Previous Next
Bağla

Qəzadan öncə SCADA-nın hansı vəziyyətdə olması bilinmir - Osman Gündüz

05-07-2018 13:25
Qəzadan öncə SCADA-nın hansı vəziyyətdə olması bilinmir - Osman Gündüz

Ölkənin enerji sistemini real vaxtda avtomatik olaraq idarə etməyə imkan verən rəqəmsal SCADA (Supervisory Control and Data Acquisition) sisteminin yaradılmasına 58 milyon dollar xərclənib.

Qeyd edək ki, SCADA bütün ölkə boyu fəaliyyətdə olan elektrik stansiyaları arasında fiber-optik şəbəkənin və 3 dispetçer məntəqəsinin qurulması, qəzaların operativ ləğvi üçün imkanların yaradılması, şəbəkənin tam rəqəmsallaşdırılması, uzaqdan idarəetmə sisteminin qurulması, enerji obyektlərində baş verən bütün fiziki proseslərin uzaqdan avtomatik idarə edilməsi və s. üçün nəzərdə tutulub.

Lakin xəbər verdiyimiz kimi sözü gedən sistem aradan çıxıb və enerji təminatı əldə  etmək mümkün olmayıb.

Xeberler.az-a mövzu ilə bağlı açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, bildirib ki, qəzadan öncə SCADA-nın hansı vəziyyətdə olması bilinmir.

"Komissiyanın dünənki toplantısında deyilənlərdən belə anlamaq olur ki, enerji sistemində baş verən qəzada SCADA sıradan çıxıb. Bu səbəbdən növbəti qərarların qəbulunda bu sistemdən istifadə mümkünsüz olub. SCADA qərar qəbul edənlərə hər hansı məlumat verə bilməyib və onlar komissiya üzvlərinə “nağıllar” danışıblar. Qəzadan öncə SCADA-nın hansı vəziyyətdə olması da maraq doğuran məsələlərdəndir.

Osman Gündüz həmçinin komissiyanın SCADA sisteminin auditini, nəzərdə tutulanların yerində olmasını, sistemin dayanıqlığını və qəza zamanı nə üçün işləmədiyini araşdıracağına güman etdiyini də qeyd edib.

"Dünən keçirilən müşavirədən sonra hiss olunurdu ki, prezident baş verənlər haqqında tam məlumatlıdır və əminəm ki, qəzanın səbəbləri, enerji sisteminin bütün ölkədə çökməsi tam dərindən araşdırılacaq və təqsirkarlar öz cəzasını alacaqlar."

Qeyd edək ki, SCADA sisteminin quraşdırılmasının birinci mərhələsində dünyada tanınmış şirkət olan SİEMENS iştirak edib. 2007-ci ildən sonra bu şirkətin xidmətlərindən imtina edilib və müvafiq işləri görmək üçün Azərenerji Dünya Bankı ilə birgə Fransanın Areva şirkəti seçilib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert SCADA sistemi haqqında danışdı

13-02-2019

Ekspert: Ölkəni zülmətə çevirən “3 iyul” enerji böhranından sonra AzərEnerji SCADA sistemini yenidən qurub

03-09-2024

Ekspert : Yeni SCADA sisteminin bir il ərzində qurulacağı gözlənilir

19-03-2019

“Azərenerji”nin idarəetmə sistemi yenilənir

21-05-2020

Enerji sektorunda “3 iyul böhranı” təkrarlana bilərmi?

03-07-2019

Azərenerji enerji sisteminin dispetçer mərkəzini yenidən qurur

12-02-2019

Azərbaycanda neft-qaz yataqlarının virtual modeli hazırlanacaq

29-06-2016

Dövlət resurslarının informasiya təhlükəsizliyinə kim cavabdehdir?-EKSPERT

06-07-2018

Enerji sektorunda baş verən qəza, onun səbəbləri və nəticələri haqqında

04-07-2018

Metronun 20 stansiyasını SCADA sistemi ilə təmin edəcək şirkət bəlli olub

02-03-2019

Generallar təhlükəszilik komissiyasının toplantısında nəyi müzakirə ediblər ?

08-05-2024

Preziden SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib

23-06-2025

Rəqəmsal İqtisadiyyat Strategiyası çərçivəsində enerji sistemində yeni mexanizmlər tətbiq edilir

23-02-2026

Enerji sistemində yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirilib

05-07-2018

Enerji sistemində yaranan problem internet xidmətinə təsir etmədi

09-07-2018

Partlayışla bağlı ekspert açıqlama verdi

03-07-2018

2018-ci ildə texnologiyalar sahəsində yaddaqalan hadisələr və tədbirlər

18-01-2019

Ekspert Azərbaycanın ən uğursuz İT layihələrindən danışdı

19-02-2019

Prezident İlham Əliyev: "Bir qəzaya görə bütün enerji sistemi çökməməlidir"

10-07-2018

Elektrik stansiyasının avtomatika və idarəetmə sistemi pozulub - Yaqub Eyyubov

05-07-2018

Azərbaycan İstilik Elektrik Stansiyasının fəaliyyəti bərpa edilib

04-07-2018

Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılması qəbul edilib

31-10-2025

Xızı rayonunda “Yeni Yaşma” Külək Elektrik Parkı istifadəyə verilib

12-10-2018

Azərenerjinin yenidən qurulan yarımstansiyaları istifadəyə verilib

29-12-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə