Previous Next
Bağla

Azərbaycanda alternativ enerji sahəsinə diqqət artırılır

12-04-2017 11:27
Azərbaycanda alternativ enerji sahəsinə diqqət artırılır

Kommunal xidmətlərin inkişafına və  ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinə aid Tədbirlər planı çərçivəsində Energetika Nazirliyinin yerinə yetirəcəyi vəzifələr üzrə yaradılmış işçi qrupunun toplantısı keçirilib.

Nazirliyin mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, iclasda kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinin 4 strateji hədəfini, 10 prioritet istiqamətini əhatə edən 20 tədbirin, eləcə də ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi üzrə bir tədbirin əsas icraçısı kimi Energetika Nazirliyinin əlaqələndiriciliyi ilə 2017-ci ildə görüləcək işlər müzakirə edilib.

Qeyd edilib ki, nazirliyinin tabeliyində  Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi publik hüquqi şəxs milli istehsal portfelinin şaxələndirilməsi məqsədilə alternativ və bərpa olunan enerji potensialını ilin sonuna qədər qiymətləndirməlidir.

Agentlik və Azərenerji ASC tərəfindən investisiya qoyuluşu tələb olunan elektrik stansiyalarının istismar və maliyyələşmə formaları ikinci rübdə müəyyənləşdirilməlidir.

Dayanıqlı və etibarlı istilik təchizatı infrastrukturunun yaradılması məqsədilə alternativ enerji mənbələrindən istifadə, enerji potensialının müəyyənləşdirilməsi, istilik təchizatı sahəsində institusional tədbirlərin həyata keçirilməsi ilə bağlı müzakirələrin ilin dördüncü rübündə mümkünlüyü ifadə edilib. Bu sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçiriləcəyi qeyd edilib.

9 fevral 2017-ci il tarixində “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin Energetika Nazirliyi üzrə icrasını təmin etmək məqsədilə  energetika naziri Natiq Əliyevin müvafiq əmri ilə işçi qrupu yaradılıb.

Tədbirlər Planında nəzərdə tutulan işlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsi və bu sahədə ortaya çıxan problemlərin aradan qaldırılmasına kömək məqsədilə işçi qrupu Energetika Nazirliyi, ARDNŞ, Azərenerji ASC, Azərişıq ASC, Azəristiliktəchizat ASC-nin nümayəndələri və müstəqil ekspertlərdən təşkil olunub.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əlaqələndirmə və monitorinq üzrə alt İşçi Qrupun növbəti iclası keçirilib

13-01-2023

“Yaşıl enerji məkanı” üzrə İşçi qrup 2023-cü ilin yekun hesabatını müzakirə edib

19-02-2024

Strateji Yol Xəritəsində ən aşağı nəticə İKT-dədir

02-10-2017

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

30-05-2024

Azərbaycan və Tunis "yaşıl enerji" ilə bağlı əməkdaşlığı müzakirə edib

17-01-2023

“Masdar” şirkəti ilə yaşıl enerji layihələri üzrə müqavilələr imzalanıb

04-06-2024

Yaponiya şirkəti ilə hibrid elektrik enerjisinin istehsalı sahəsində sənəd imzalanıb

24-06-2023

Prezident İKT-nin inkişafına dair yol xəritəsini təsdiq edib

07-12-2016

“Gələcəkdə adi vətəndaş da elektrik enerjisi istehsal edib dövlətə sata biləcək”

03-04-2021

Üzən günəş panelləri sisteminin pilot layihəsi həyata keçiriləcək

18-07-2018

“Kommunal xidmətlərlə bağlı vahid informasiya sisteminin yaradılması üzrə” Altqrupun iclası keçirilib

18-11-2025

Strateji Yol Xəritəsinin icra vəziyyəti açıqlanıb.

20-07-2018

İİTKM-də Strateji Yol Xəritələri üzrə işçi qrupların müzakirələri keçirilib

06-12-2018

Rəqəmsal İqtisadiyyat Strategiyası çərçivəsində enerji sistemində yeni mexanizmlər tətbiq edilir

23-02-2026

Strateji Yol Xəritəsi necə icra olunur?-Monitorinq

12-09-2017

Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq

23-10-2025

Azərbaycanda İKT-nin inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb

30-12-2016

Daha bir Dövlət Agentliyinin xidməti Portala qoşulacaq

14-08-2015

Bərpa olunan energetika ilə bağlı beynəlxalq konfrans keçiriləcək

12-07-2016

“Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası baş tutub

06-04-2025

Azərbaycanın alternativ və bərpa olunan enerji layihələrinə maraq göstərirlər

08-07-2015

Kommunal xidmət sahələrində perspektiv planlar müzakirə edilib

11-08-2020

Azərbaycanda elektromobillərdən istifadə ediləcək

29-12-2016

Prezident elektromobillərdən istifadənin təşviqi ilə bağlı Sərəncam verib

07-03-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə