Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində (AKM) Kamboca Krallığının poçt və telekommunikasiya naziri Çea Vandeth ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov arasında ikitərəfli görüş keçirilib.
Xeberler.az məlumat verir ki, səfər çərçivəsində Kamboca nümayəndə heyəti Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub. Qonaqlara mərkəzin tədris proqramları, kibertəhlükəsizlik sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verilib. Nümayəndə heyəti mərkəzin təlimçiləri və tələbələri ilə söhbət aparıb.
Daha sonra keçirilən görüşdə Azərbaycanın rəqəmsal inkişafı sahəsində qəbul olunmuş qanunvericilik, eləcə də “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində həyata keçirilən tədbirlər, elektron hökumət platformaları – “mygov”, “digital.bridge” Milli Məlumat Mübadiləsi Sistemi, Rəqəmsal Sənəd Dövriyyəsi, SİMA rəqəmsal həllər platforması haqqında məlumat təqdim olunub. Həmçinin dövlət xidmətlərinin rəqəmsallaşdırılması, rəqəmsal həllərin tətbiqi və vətəndaşlara göstərilən elektron xidmətlərin inkişafı istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Görüş zamanı Azərbaycan və Kamboca arasında innovasiya ekosisteminin inkişafı, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, kibertəhlükəsizlik və rəqəmsal bacarıqların artırılması sahələrində potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.


























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları