Previous Next
Bağla

Rəqəmsal iqtisadiyyata həsr olunan konfransın Bəyannaməsi qəbul edilib

15-02-2020 12:59
Rəqəmsal iqtisadiyyata həsr olunan konfransın Bəyannaməsi qəbul edilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfrans başa çatıb.

Xeberler.az bildirir ki, konfransın ikinci günü “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının müdiri, akademik Əli Abbasovun moderatorluğu ilə plenar müzakirələr keçirilib. Akademik Ə.Abbasov “Azərbaycanda rəqəmsal iqtisadiyyat, gələcəyə baxış və xarici əməkdaşlıq” mövzusunda geniş təqdimatla çıxış edib. Bildirib ki, konfransda rəqəmsal iqtisadiyyata akademik baxış ortaya qoyulub, eyni zamanda real sektorun bu istiqamətdə fəaliyyəti geniş təhlil edilib.

Sonra isə türkiyəli, estoniyalı alimlərın təqdimatları dinlənilib. Təqdimatlarda  rəqəmsal iqtisadiyyatın riskləri və həlli yollarından danışılıb, rəqəmsal iqtisadiyyatla bağlı son trendlər açıqlanıb. Eləcə də Estoniyanın dövlət sektorunda rəqəmsal çevrilmə prosesi barədə ətraflı məlumat verilib.

Konfrans çərçivəsində, həmçinin informasiya texnologiyaları şirkətlərinin panel təqdimatları olub. İlk təqdimatla “AzerTelecom” MMC-nin Baş icraçı direktoru Fuad Allahverdiyev çıxış edib. O, rəhbəri olduğu şirkətin beynəlxalq və regional layihələrindən danışıb.

Daha sonra konfrans iştirakçiları “Sinam” şirkətinin fəaliyyət sahələri barədə məlumat əldə ediblər. Şirkətin prezidenti Elçin Əliyev təqdimatında proqram təminatı və elektron xidmətlər istiqamətində həyata keçirdikləri yenilikləri paylaşıb.

“Azərkosmos” ASC-nin sədr müavini Dunay Bədirxanov isə Rəqəmsal transformasiyada insan kapitalının rolundan danışıb. O, rəqəmsal iqtisadiyyat sahəsində kadr hazırlığı istiqamətində “Azərkosmos”la Təhsil Nazirliyinin birgə həyata keçirdiyi layihələrdən də söz açıb.

Bundan başqa, “Rəqəmsal transformasiyada texnoloji”, “Humanitar və etik problemlər”, “Rəqəmsal valyutalar və elektron ticarət: potensial risklər və faydalar”, “Ağıllı şəhər: beynəlxalq təcrübə” adlı bölmə iclaslarında da konfransın mövzusuna aid alimlərin çıxışları olub, müzakirələr aparılıb.

Plenar məruzələr və bölmə iclaslarından sonra beynəlxalq konfransın yekun tədbiri keçirilib. Burada dünyanın 20-dən çox ölkəsindən elmi və beynəlxalq təşkilatları təmsil edən iştirakçıların adından konfransın Bəyannaməsi qəbul olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

UNEC rəqəmsal iqtisadiyyatla bağlı dünya alimlərini bir araya gətirəcək

31-01-2020

Rəqəmsal iqtisadiyyata həsr olunan III Beynəlxalq elmi konfrans keçiriləcək

19-07-2023

Bakcell beynəlxalq konfransın keçirilməsinə dəstək göstərib

17-02-2020

Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar mövzusunda konfrans keçirilib

14-02-2020

“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17-02-2020

Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş konfrans başa çatıb

11-11-2024

"Regional İnkişaf-Rəqəmsal İqtisadiyyat" mövzusunda 2-ci Beynəlxalq elmi praktik konfransı keçirilib

21-12-2023

Dövlət sektorunda Rəqəmsal Transformasiya mövzusunda müzakirələr aparılıb

25-11-2019

Azərbaycan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumuna qatılıb

07-11-2025

Rəqəmsal erada gənclər üçün imkanlar mövzusunda konfrans keçiriləcək

03-09-2018

Dövlət Vergi Xidməti beynəlxalq kommunikasiya forumunda təmsil olunub

10-03-2025

“Yaşıl və rəqəmsal transformasiyalar” adlı konfrans keçirilib

09-11-2024

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Əbu-Dabidə beynəlxalq konfransda təqdim olundu

22-12-2018

“Süni İntellekt Texnologiyaları və Aerokosmik Problemlər” Konfransı keçirilib

10-07-2025

Azərbaycanın nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransında iştirak edib

18-12-2023

Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma VIII beynəlxalq elmi konfransı (COIA-2022) keçirilib

31-08-2022

Azərbaycanda 4Sİ texnologiyalarının tətbiqi müzakirə edilib

13-07-2023

İKT-nin tətbiqi üzrə AICT 2016 konfransı başa çatıb

17-10-2016

İKT-nin tətbiqi inşaat sahəsində insan əməyini azaldır

06-07-2018

“Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” konfransı keçirilib

14-05-2025

“Aktivlərin idarə edilməsi” mövzusunda konfrans keçirilib

14-12-2024

“Azərpoçt” Çində keçirilən beynəlxalq seminarda təmsil olunub

05-08-2025

“Asan İmza” Romada təqdim edildi

06-05-2015

“Rəqəmsal iqtisadiyyat” dərsliyi nəşr olundu

27-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə