Previous Next
Bağla

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” konfransı başa çatıb

10-06-2026 08:40
“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” konfransı başa çatıb

ETN İnformasiya Texnologiyaları İnstitutunda “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” respublika konfransının bağlanış mərasimi keçirilib.

Xeberler.az məlumat verir ki, AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək seksiya iclaslarında səsləndirilən məruzələrin konfransın məqsəd və vəzifələrinə uyğun olaraq, kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın elmi-texnoloji problemləri kimi mühüm məsələləri əhatə etdiyini bildirib. Akademik təqdim olunan elmi işləri yüksək qiymətləndirərək qeyd edib ki, konfrans bu sahədə mövcud elmi-nəzəri və praktiki problemlərin müzakirəsi, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi və innovativ həll yanaşmalarının formalaşdırılması baxımından mühüm platforma rolunu oynayıb.

Akademik Rasim Əliquliyev gələcəkdə kibertəhlükəsizlik və rəqəmsal kriminalistika sahəsində dövlət qurumları, elmi müəssisələr və özəl sektor arasında əməkdaşlığın daha da genişləndirilməsinin, həmçinin yüksəkixtisaslı kadr hazırlığının gücləndirilməsinin vacibliyini qeyd edib. Bu kimi elmi-praktiki tədbirlərin davamlı təşkilinin ölkənin kibertəhlükəsizliyinin və kibersuverenliyinin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Konfransın kibertəhlükəsizlik və rəqəmsal kriminalistika sahəsində multidissiplinar problemlərin müzakirəsi baxımından mühüm elmi platforma olduğunu vurğulayan alim, 4 seksiyada ümumilikdə 96 məruzənin təqdim olunduğunu qeyd edib.

Sonra seksiya iclaslarının sədrləri çıxış edərək bildiriblər ki, konfransda təqdim olunan məruzələr “Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” istiqamətində müasir kibertəhdidlər şəraitində dövlət informasiya sistemlərinin təhlükəsizliyinin təmin olunması, rəqəmsal sübutların araşdırılması, kibercinayətkarlığa qarşı mübarizə və kiberməkanda dayanıqlığın gücləndirilməsi kimi elmi-nəzəri, texnoloji, siyasi-hüquqi və təşkilati məsələlərin geniş müzakirəsinə şərait yaradıb. Qeyd ediblər ki, tədbir kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemlərinə dair fikir mübadiləsi aparmaq, mövcud problemləri müəyyənləşdirmək və onların həlli istiqamətlərini müzakirə etmək baxımından mühüm elmi-praktiki əhəmiyyət daşıyır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026
Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş konfrans başa çatıb

Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş konfrans başa çatıb

11-11-2024
Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

05-01-2026
"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

06-06-2026
Big Data konfransı başa çatdı

Big Data konfransı başa çatdı

25-02-2016
Kibertəhlükəsizlik və rəqəmsal kriminalistika üzrə konfrans keçiriləcək

Kibertəhlükəsizlik və rəqəmsal kriminalistika üzrə konfrans keçiriləcək

17-03-2026
Akademik: Kibertəhlükəsizlik sahəsində elmi potensialın gücləndirilməsi vacibdir

Akademik: Kibertəhlükəsizlik sahəsində elmi potensialın gücləndirilməsi vacibdir

04-06-2026
İKT-nin tətbiqi üzrə AICT 2016 konfransı başa çatıb

İKT-nin tətbiqi üzrə AICT 2016 konfransı başa çatıb

17-10-2016
İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

06-03-2026
Dövlət kibersuverenliyinə dair elmi konfrans keçiriləcək

Dövlət kibersuverenliyinə dair elmi konfrans keçiriləcək

29-01-2026
“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” müzakirə edilib

“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” müzakirə edilib

10-03-2026
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
Rəqəmsal dövlətin kibersuverenliyinə dair elmi-tədqiqat müzakirə edilib

Rəqəmsal dövlətin kibersuverenliyinə dair elmi-tədqiqat müzakirə edilib

20-10-2025
Bakıda e-tibbin problemləri ilə bağlı konfrans keçirilib

Bakıda e-tibbin problemləri ilə bağlı konfrans keçirilib

24-05-2016
Sosial medianın problemləri ilə bağlı  konfrans keçiriləcək

Sosial medianın problemləri ilə bağlı konfrans keçiriləcək

12-10-2016
İnformasiya təhlükəsizliyi ilə bağlı konfrans olacaq

İnformasiya təhlükəsizliyi ilə bağlı konfrans olacaq

26-03-2015
Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025
Milli kibertəhlükəsizlik ekosisteminin formalaşmasının elmi problemləri araşdırılır

Milli kibertəhlükəsizlik ekosisteminin formalaşmasının elmi problemləri araşdırılır

13-04-2026
Informasiya təhlükəsizliyinə dair V respublika konfransı keçiriləcək

Informasiya təhlükəsizliyinə dair V respublika konfransı keçiriləcək

12-11-2019
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması mövzusunda seminar keçirilib

Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması mövzusunda seminar keçirilib

12-05-2025
Bulud sistemləri ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

Bulud sistemləri ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

22-10-2024
Elmi Şuranın 6-cı iclası keçiriləcək

Elmi Şuranın 6-cı iclası keçiriləcək

10-09-2015
İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025
Kibersuveren dövlətin formalaşdırılması üzrə konseptual yanaşmalar işlənilir

Kibersuveren dövlətin formalaşdırılması üzrə konseptual yanaşmalar işlənilir

03-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə