Previous Next
Bağla

“Rəqəmsal liderlik” proqramının Şuşa görüşündə “Rəqəmsallaşma üzrə Yol Xəritəsi” təqdim edilib

12-07-2024 13:31
“Rəqəmsal liderlik” proqramının Şuşa görüşündə “Rəqəmsallaşma üzrə Yol Xəritəsi” təqdim edilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə keçirilən və 60-dan çox dövlət qurumunun 80-dən çox səlahiyyətli nümayəndəsinin iştirak etdiyi “Rəqəmsal liderlik” proqramının 9 – 10 iyul tarixlərində növbəti görüşü Şuşa şəhərində baş tutub.

Tədbiri giriş nitqi ilə açan İRİA-nın sədr müavini Rəşad Xalıqov budəfəki “Rəqəmsal liderlik” görüşünün Şuşada keçirilməsinin rəmzi əhəmiyyətini vurğulayıb: ”Şuşa Zəfər tariximizin simvoludur, bizim üçün ilham mənbəyidir. Məqsədimiz ortaq səylərimizlə Azərbaycanın rəqəmsallaşmasını yeni zirvələrə yüksəltməkdir”.

Daha sonra mövzular üzrə sessiyalara start verilib. İlk olaraq İRİA-nın Monitorinq və hesabatlılıq şöbəsinin müdiri İlham Salmanov “Rəqəmsallaşma üzrə Yol Xəritəsi” mövzusunda çıxış edib. Çıxışında o, ölkənin rəqəmsal inkişaf konsepsiyanın təməl sütunları olan rəqəmsal hökumət, rəqəmsal cəmiyyət və rəqəmsal biznes, o cümlədən konsepsiyanın Əsas Hədəf Göstəriciləri və əldə olunan irəliləyiş barədə ətraflı məlumat verib. İ. Salmanov bildirib ki, indiyə qədər “Rəqəmsal liderlik” proqramı çərçivəsində vətəndaşyönümlü xidmətlər göstərən 7 dövlət qurumunun rəqəmsal transformasiya üzrə yol xəritələri razılaşdırılıb və yaxın zamanda icrasına başlanılacaq. “Bu prosesə cari ilin mart ayından ƏƏSMN ilə başladıq və ilin sonuna kimi 10 dövlət qurumunun rəqəmsal yol xəritəsinin tamamlanması nəzərdə tutulub”, – deyə, o qeyd edib.



Növbəti sessiyada İRİA-nın Data təhlili şöbəsinin müdiri Behbud Ramazan data keyfiyyəti və data əsaslı qərarvermə sahələrində İRİA-nın qabaqcıl təcrübəsi haqqında təqdimat edib. Belə ki, İRİA 5 dövlət qurumu ilə data keyfiyyətinin artırılması məqsədilə finləşmə prosesinin təkmilləşdirilməsi layihəsini həyata keçirib. Bu prosesdə müxtəlif dövlət qurumlarının məlumat bazaları arasında müqayisəli təhlillər aparılmış və nəticə etibarilə datalar dürüstləşdirilmiş və zənginləşdirilmişdir. B. Ramazan, eyni zamanda, İRİA-nın data əsaslı qərarvermə istiqamətində qurumlarla fəaliyyətini də tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Müxtəlif dövlət qurumları üçün başlanğıc olaraq həm data mühəndisliyi, həm də analitik işlərin görülməsi, o cümlədən hesabatlılıq, audit və KPI göstəricilərinin ölçülməsi və real zamanda izlənilməsi üçün platforma hazırlanıb”. Əlavə olaraq, İRİA rəsmisi qeyd edib ki, bu mexanizm qurumlarda data əsaslı effektiv qərarvermə prosedurlarının sürətlənməsinə mühüm töhfə verəcək.

Proqramın ikinci günündə Strateji tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Orxan İsmayılov “Rəqəmsal şəxsiyyət vəsiqəsi” mövzusu ilə çıxış edib. O, vətəndaşların “mygov” platforması üzərindən 4 fiziki sənədin eyni hüquqi əsasa malik rəqəmsal analoqundan istifadəsinin tezliklə mümkün olacağını bildirib. Təqdimatında o, həmçinin “mygov”dan əldə olunan məlumatların həqiqiliyinin yoxlanılması üçün tətbiq - “mygov Checker” haqqında ətraflı məlumat verib: “Bu tətbiqin xüsusiyyəti ondan ibarətdir ki, ‘mygov’la QR kod əsasında təqdim edilən məlumatın həqiqliyini təsdiqləmək mümkündür ”.

Tədbirin ikinci gününün digər sessiyalarında beynəlxalq səviyyəli data mütəxəssisləri Vüsal Dadalov və İqbal Səfərov müvafiq olaraq “Data Lakehouse” və “Data əsaslı idarəetmə” mövzularında, o cümlədən İRİA-nın Data mühəndisliyi şöbəsinin baş mütəxəssisi Həsənağa Əliyev “Açıq məlumatlar portalı” mövzularında təqdimatlarla çıxış ediblər. Təqdimatlar interaktiv sual-cavab sessiyası ilə davam edib.

Qeyd edək ki, Şuşada baş tutan görüş “BESTCOMP Group” şirkətinin tərəfdaşlığı ilə keçirilib. Bundan əvvəlki “Rəqəmsal liderlik” görüşlərində, əsasən, vörkşoplar keçirilib və müxtəlif dövlət qurumlarını təmsil edən rəqəmsal transformasiya üzrə rəhbər şəxslərin bu mövzuda 500-dən çox təklifi toplanıb. Təkliflər müvafiq klasterlərə uyğun kateqoriyalaşdırılıb və rəqəmsallaşma üzrə yol xəritələrinin hazırlanması zamanı nəzərə alınıb.
“Rəqəmsal liderlik” proqramının əsas məqsədi rəqəmsal hökumətin inkişafı və təşviqi üzrə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsinin və rəqəmsal hökumətə sürətli keçidin təmin edilməsi, o cümlədən rəqəmsallaşma sahəsində beynəlxalq rəqabətliliyin artırılmasına töhfə verməkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Rəqəmsal liderlik" proqramının növbəti görüşü Naxçıvanda baş tutub

21-10-2025

“Azərbaycanda Rəqəmsal İnkişaf Konsepsiyası” müzakirə edilib

22-04-2025

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr müavini təyin edilib

10-01-2024

Afrika Azərbaycanın rəqəmsal dövlət məhsullarına böyük maraq göstərir

21-11-2025

Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü keçirilib

03-10-2025

Sinqapurun rəqəmsal inkişaf təcrübəsi araşdırılıb

16-04-2025

Rəqəmsal tranformasiya üzrə təlim proqramı bu gün yekunlaşır

08-12-2023

“Hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası” mövzusu müzakirə olunub

17-11-2024

“Rəqəmsal akademiya” proqramının strateji sessiyası başa çatıb

03-07-2025

“DigiMATE” və Rəqəmsal Yetkinlik İndeksi konsepsiyası qurulacaq

11-03-2024

Azərbaycan Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edəcək

05-05-2025

İRİA “Digital Azerbaijan” brendini təqdim edib

01-12-2023

İRİA və Efiopiyanın dövlət rəsmiləri görüşüb

10-12-2024

Afrika ölkələri ilə rəqəmsal sahə üzrə əməkdaşlıq müzakirə edilib

04-12-2025

“mygov”un ilkin versiyası Cenevrədə nüfuzlu mükafata layiq görülüb

31-05-2024

Samir Məmmədov: "Azərbaycanda rəqəmsal inkişaf üzrə sürətli transformasiya üçün zəmin yaradılıb"

30-09-2024

İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

20-10-2023

“İnsan kapitalında rəqəmsal yanaşmalar” mövzusunda sessiya keçirilib

28-11-2025

İRİA: Vətəndaşlara “mygov”la 400-dən çox elektron xidmət təqdim olunur

02-02-2026

"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

05-05-2025

İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

17-03-2026

İRİA və Qlobal İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə Vörkşop keçirilib

13-11-2024

"mygov"un 2 milyonuncu istifadəçisi təltif edilib

27-11-2025

İRİA "texnopark rezidentləri" müzakirəsinə dövlət qurumlarını da dəvət etməyib - Ekspert

20-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə