Previous Next
Bağla

Rəşad Xalıqova yeni vəzifə verilib

20-02-2026 16:01
Rəşad Xalıqova yeni vəzifə verilib
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədr müavini Rəşad Xalıqov vəzifəsindən azad olunub. O, rəqəmsal inkişaf və nəqliyyat nazirinin əmri ilə Nazirliyin rəqəmsal inkişaf və innovasiya şöbəsinin müdiri təyin edilib.
 
Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz sosial media hesabında paylaşım edib.
 
Ekspert bildirib ki, Yeni təyinat formal olaraq “şöbə müdiri” kimi səslənsə də, mahiyyət və səlahiyyət baxımından daha üstün statusa malikdir. Sözügedən struktur bölmə nazirliyin daxilində və strukturuna daxil olmayan tabeli qurumlarda rəqəmsal inkişaf və innovasiyalar üzrə siyasətin hazırlanması, koordinasiyası və icrasına cavabdeh olan strateji mərkəz rolunu oynayır:
 
"Bu şöbə rəqəmsal transformasiya, kibertəhlükəsizlik, internet idarəçiliyi və fərdi məlumatların mühafizəsi üzrə siyasətin formalaşdırılmasında, eləcə də süni intellekt, data idarəçiliyi və oxşar istiqamətlərdə fəaliyyətin əlaqələndirilməsində iştirak edir.
Xatırladıram ki, bir neçə gün öncə Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” mövzusunda keçirilən müşavirədə sektor üzrə vahid fəaliyyət planı təqdim olunmuşdu. Dövlət başçısının süni intellekt, data infrastrukturu və mərkəzləşdirilmiş vahid rəqəmsal idarəetmə ilə bağlı mesajları göstərdi ki, sektorda artıq yeni mərhələ başlayır.
 
Bu kontekstdə kadr dəyişikliyini sırf vəzifə dəyişikliyi kimi yox, daha çox koordinasiyanın gücləndirilməsi və mərkəzi idarəetmənin sərtləşdirilməsi addımı kimi qiymətləndirmək olar".
 
Osman Gündüzün sözlərinə görə, son illərdə İRİA-da məhz Rəşad Xalıqovun kurasiya etdiyi rəqəmsal hökumət və transformasiya istiqamətində, o cümlədən myGov ekosistemi çərçivəsində müəyyən görünən müsbət nəticələr əldə olunmuşdu. Eyni zamanda startap və innovasiya blokunda problemlərin qalması da sirr deyil:
 
"Bu baxımdan indiki təyinat əsas diqqətin rəqəmsal sektorun vahid arxitektura əsasında yenidən qurulmasına yönəldiyini göstərir.
 
Nazir Rəşad Nəbiyevin bu qərarını uğurlu hesab etmək olar. Düşünürəm ki bu təyinatın məntiqi də ondan ibarətdir ki, yeni çağırışlar fonunda koordinasiya və siyasət səviyyəsində daha güclü idarəetmə qurulsun.
 
Ümid etmək olar ki, bu təyinat rəqəmsal transformasiya və süni intellekt sahəsində daha sistemli dönüşə səbəb olacaq".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr müavini təyin edilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr müavini təyin edilib

10-01-2024
Dövlət aparatında rəqəmsal inqilabın başlanğıcı - Təhlil

Dövlət aparatında rəqəmsal inqilabın başlanğıcı - Təhlil

11-02-2026
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində yeni təyinat olub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində yeni təyinat olub

06-07-2023
Nazir Britaniyanın elm, innovasiya və texnologiyalar nazirinin müavini ilə görüşüb

Nazir Britaniyanın elm, innovasiya və texnologiyalar nazirinin müavini ilə görüşüb

05-03-2026
Ekspert: Rəqəmsal müavinlərlə bağlı tapşırığın icrasına 1 ay qalıb

Ekspert: Rəqəmsal müavinlərlə bağlı tapşırığın icrasına 1 ay qalıb

08-05-2026
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edilib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edilib

04-03-2025
Rəşad Nəbiyev Apple şirkətinin rəhbəri ilə görüşüb

Rəşad Nəbiyev Apple şirkətinin rəhbəri ilə görüşüb

13-12-2025
Rəşad Xalıqov: "Əhalinin 25 faizi minimal rəqəmsal biliklərə malikdir"

Rəşad Xalıqov: "Əhalinin 25 faizi minimal rəqəmsal biliklərə malikdir"

28-04-2025
“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

06-02-2026
Azərbaycanda Rəqəmsal Məcəllə hazırlanıb

Azərbaycanda Rəqəmsal Məcəllə hazırlanıb

13-12-2024
TAU-da İT və süni intellekt üzrə kadr hazırlığına dair vorkşop keçirilib

TAU-da İT və süni intellekt üzrə kadr hazırlığına dair vorkşop keçirilib

22-02-2026
BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

17-02-2026
Ekspert: İRİA-nın vəsaitindən istifadə qaydaları və sədri dəyişib

Ekspert: İRİA-nın vəsaitindən istifadə qaydaları və sədri dəyişib

16-01-2025
Nazir Türkiyənin Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb

Nazir Türkiyənin Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb

11-06-2022
Azərbaycan ilə Türkiyə arasında Rəqəmsal Transformasiya Forumu təsis ediləcək

Azərbaycan ilə Türkiyə arasında Rəqəmsal Transformasiya Forumu təsis ediləcək

15-01-2022
Vençur fondları ilə bağlı dəyişikliklər təklifi hökumətə göndərilib

Vençur fondları ilə bağlı dəyişikliklər təklifi hökumətə göndərilib

25-11-2024
Rəqəmsal transformasiya üçün yeni qanunvericilik paketi hazırlanır

Rəqəmsal transformasiya üçün yeni qanunvericilik paketi hazırlanır

09-06-2026
Milli Süni İntellekt Strategiyası gələn il hazır olacaq

Milli Süni İntellekt Strategiyası gələn il hazır olacaq

16-12-2022
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri işdən çıxıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri işdən çıxıb

23-06-2023
Nazir: Azərbaycan süni intellekt və innovasiyada çevik idarəetmə modeli tətbiq edir

Nazir: Azərbaycan süni intellekt və innovasiyada çevik idarəetmə modeli tətbiq edir

14-03-2026
 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbərliyi ilə görüş keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbərliyi ilə görüş keçirilib

23-02-2023
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə müşavir təyin edilib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə müşavir təyin edilib

02-02-2022
Rəqəmsal İnkişaf Nazirliyinin rəqəmsallaşma konsepsiyası razılaşma prosesindədir

Rəqəmsal İnkişaf Nazirliyinin rəqəmsallaşma konsepsiyası razılaşma prosesindədir

13-02-2022
Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü keçirilib

Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü keçirilib

03-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə