Previous Next
Bağla

Ekspert: İRİA-nın vəsaitindən istifadə qaydaları və sədri dəyişib

16-01-2025 15:58
Ekspert: İRİA-nın vəsaitindən istifadə qaydaları və sədri dəyişib
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin əmri ilə Fərid Osmanov İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
 
Qeyd edək ki, bir neçə gün öncə Prezidentin fərmanı ilə RİNN tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası da yeni redaksiyada təsdiqlənmişdi.
 
Xeberler.az məlumat verir ki, məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Ekspert bildirib ki, uzun illər bu Qaydalar mövcud olsa da ondan effektiv istifadə etmək mümkün olmamışdı:
 
"Odur ki, indiyədək İRİA tərəfindən startaplara, xüsusilə də ilkin inkişaf dövrü keçirən startaplara, yaxud hansısa bir innovativ, texnoloji layihələrə, rəqəmsal layihələrə investisya ayırmaq, qrantlar vermək, maliyyə dəstəyi göstərməklə bağlı sistemli addımlar olmayıb.
 
İndi isə görünən odur ki, Nazirlik bu sektora böyük vəsaitlər yatırmaq və bu vəsaitlərdən effektiv istiafdə etmək niyyətindədir".
 
Osman Gündüzün sözlərinə görə, yeni təyin olunan sədr də uzun illər bank sektorunda çalışıb, Mərkəzi Bankın icraçı direktoru olub:
 
"Əvvəlki sədr İnarə Vəliyevanın dövründə həm rəqəmsal hökumət quruculuğu, həm də innovasiya-startap ekosistemin problemləri ətrafında dəfələrlə müzakirələrimiz və mübahisələrimiz olub. Bəzi addımların qüsurlu olduğunu da bildirmişəm. Uğurlu addımları da olub. Xüsusilə də ötən il rəqəmsal transformasiya, rəqəmsal hökumət quruculuğu və bəzi çatışmazlıqlar olsa da İT kadrların hazırlanması sahəsi də müəyyən irəliləyişlərlə yadda qaldı.
 
İnarə xanımın dövründə ən ciddi çatışmazlıqlar innovasiyalar və startap ekosistemin inkişafı, İKT güzəştlərdən effektiv istifadə ilə bağlı olub.
 
Qlobal hesabatlarda da ötən il bu sektorda vəziyyətin acınacaqlı olduğu qeyd edilib".
 
Ekspert qeyd edib ki, bunlarin İRİA-ya aid olanı və olmayanları da vardı, indi görünür ki bu həm də vəsaitlərdən istifadə ilə də bağlı olub:
 
"Beynəlxalq reytinqlərlə bağlı komissiyanın son toplantılarından, İnarə xanımın təqdimatlarından görünürdü ki, İRİA da bunun fərqindədir və vəziyyətdən çıxış yolu ilə bağlı nəsə hazırlayırdılar.
 
Həmin nəsənin biri, vəsaitlərdən istiafdə ilə bağlı qaydalar artıq təsdiqləndi. Amma görünür ki, artıq başqa bir məsul şəxs bu işləri davam etdirəcək".
 
Osman Gündüz bildirib ki, Fərid Osmanov da sektorda tanınan bir şəxsdir. 20 ildir ki bank sektorundadır:
 
"Amma sirr deyil ki, ən konservativ, mühafizəkar sahələrdən biri də bank sektorudur.
 
Əgər yeni sədr innovasiya və startap ekosistemə də konservativ yanaşmalar sərgiləsə sürətli inkişaf gözləmək sadəlövhlük olardı.
 
Hansı ki region ölkələrinin xeyli irəli getdikləri indiki zamanda Azərbaycan üçün sürətli inkişaf olduqca zəruridir.
 
Yeni sədr üçün start vəziyyəti əvvəlkilərdən daha münbitdir - ən azı qurumun vəsaitindən istifadə qaydalarını Prezident təsdiqləyib, müəyyən mexanizmlər hazırlanıb.
 
Qalır ki hökumət İRİA-ya bu vəsaitləri versin və maraqlı tərəflər cəlb edilməklə işlərə başlanılsın".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: İnanıram ki, startap və innovasiya sektorunda ciddi irəliləyişlər müşahidə edə biləcəyik

10-01-2025

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə yeni sədr təyin olunub

16-01-2025

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbərliyi ilə görüş keçirilib

23-02-2023

“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

06-02-2026

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr müavini təyin edilib

10-01-2024

Osman Gündüz: İRİA-da “təmizləmə” başlanıb

13-02-2025

Azərbaycanda neçə startap var?

13-03-2024

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri işdən çıxıb

23-06-2023

İRİA ilin ən böyük texnologiya sərgisinə qatılıb

20-10-2023

İRİA-nın vəsaitindən istifadə Qaydası təsdiqlənib

10-01-2025

Ekspert: Azərbaycanın startap ekosisteminin vəziyyəti düşündürücüdür

22-08-2025

Rəşad Xalıqova yeni vəzifə verilib

20-02-2026

"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi" dəyişib

12-08-2025

Vençur fondları ilə bağlı dəyişikliklər təklifi hökumətə göndərilib

25-11-2024

İRİA “Digital Azerbaijan” brendini təqdim edib

01-12-2023

İRİA: "Bu günədək 600-dən çox startap proqramlarımızdan keçib"

05-12-2025

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi auditor seçib

24-04-2026

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi zərərini azaldıb

02-09-2025

Ekspert:Mərkəzi Bankdan daha konkret və daha innovativ mesajlar gözləyirdik

16-06-2022

Ekspert: Ekosistemdə investisiya yönümlü qurumun yaradılması olduqca əhəmiyyətlidir

14-06-2022

İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

01-10-2025

İRİA: “Epam Systems”in Azərbaycana gəlmə prosesi yekunlaşmaq üzrədir

11-09-2025

Paytaxtda “Bakı İnvestisiya Günü” keçiriləcək

06-07-2023

Azərbaycan dünya startap reytinqində 6 pillə irəliləyib

20-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə