Previous Next
Bağla

Osman Gündüz: Milli Süni İntellekt Mərkəzindən strateji yanaşma gözlənilir

02-07-2026 17:41
Osman Gündüz: Milli Süni İntellekt Mərkəzindən strateji yanaşma gözlənilir

Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz Milli Süni İntellekt Mərkəzinin fəaliyyəti ilə bağlı paylaşım edərək, qurumun gündəliyinin daha strateji məsələlərə yönəlməli olduğunu bildirib.

Ekspert qeyd edib ki, əvvəllər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən, hazırda isə AZCON Holding-in tərkibində olan Milli Süni İntellekt Mərkəzi İRİA və BMT-nin müvafiq departamenti ilə əməkdaşlıq çərçivəsində keçirilən "Rəqəmsal hökumətin inkişafı" tədbirində bir sıra rəqəmsal həlləri təqdim edib.

Osman Gündüzün fikrincə, dövlət qurumu statusuna malik və "milli" statusunu daşıyan bir mərkəzin əsas missiyası ayrı-ayrı rəqəmsal məhsulların təqdimatından daha çox, ölkənin süni intellekt siyasətinin formalaşdırılması, koordinasiyası və tətbiqi ilə bağlı strateji məsələlərin gündəmə gətirilməsi olmalıdır.

Ekspert hesab edir ki, Rəqəmsal İnkişaf Şurasının son iclasında ölkənin rəqəmsal transformasiyası üzrə mühüm prioritetlər müəyyənləşdirildiyi bir vaxtda Milli Süni İntellekt Mərkəzindən daha geniş strateji baxış nümayiş etdirməsi gözlənilirdi.

Onun sözlərinə görə, hazırda əsas diqqət aşağıdakı məsələlərə yönəlməlidir:

  • Azərbaycanın süni intellekt üzrə milli data siyasətinin formalaşdırılması;
  • dövlət qurumlarında AI texnologiyalarının tətbiqi prinsiplərinin müəyyənləşdirilməsi;
  • prioritet layihələrin, dövlət sifarişlərinin və investisiya mexanizmlərinin açıqlanması;
  • açıq data, fərdi məlumatların qorunması, alqoritmik şəffaflıq, etik çərçivələr və AI risklərinin idarə olunması;
  • qlobal süni intellekt təşəbbüsləri ilə ayaqlaşmaq üçün konkret yol xəritəsinin hazırlanması.

Osman Gündüz bildirib ki, süni intellekt sahəsində dövlət qurumlarından ayrı-ayrı rəqəmsal həllərin təqdimatından daha çox fundamental, institusional və uzunmüddətli strateji addımlar gözlənilir.

Ekspert ümid etdiyini ifadə edib ki, Rəqəmsal İnkişaf Şurasının Katibliyi bu məsələləri diqqətdə saxlayacaq və ölkədə süni intellekt sahəsində daha sistemli və strateji yanaşmanın formalaşdırılmasına töhfə verəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Akademik: Təhsil sistemi süni intellekt dövrünün tələblərinə uyğun mütəxəssislər hazırlamalıdır

Akademik: Təhsil sistemi süni intellekt dövrünün tələblərinə uyğun mütəxəssislər hazırlamalıdır

03-07-2026
Azərbaycan "Nvidia" ilə əməkdaşlığı müzakirə edib

Azərbaycan "Nvidia" ilə əməkdaşlığı müzakirə edib

13-12-2025
Ekspert: Rəqəmsal müavinlərlə bağlı tapşırığın icrasına 1 ay qalıb

Ekspert: Rəqəmsal müavinlərlə bağlı tapşırığın icrasına 1 ay qalıb

08-05-2026
İİB toplantısında Azərbaycanın süni intellekt strategiyası təqdim edilib

İİB toplantısında Azərbaycanın süni intellekt strategiyası təqdim edilib

18-06-2026
Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edib

Azərbaycan süni intellektə hazırlıq səviyyəsinə görə ən yüksək irəliləyiş əldə edib

05-01-2026
Milli Süni İntellekt Mərkəzi 3 süni intellekt layihəsini istifadəyə verib

Milli Süni İntellekt Mərkəzi 3 süni intellekt layihəsini istifadəyə verib

11-12-2025
Deputat: Azərbaycanda rəqəmsal inkişaf üçün böyük imkanlar var

Deputat: Azərbaycanda rəqəmsal inkişaf üçün böyük imkanlar var

13-03-2026
Prezident Kitabxanası süni intellektin tətbiqinə başlayır

Prezident Kitabxanası süni intellektin tətbiqinə başlayır

18-02-2026
Ekspert: Azərbaycan süni intellekt ekosistemində yeni mərhələyə keçir

Ekspert: Azərbaycan süni intellekt ekosistemində yeni mərhələyə keçir

13-09-2025
Azərbaycanın milli rəqəmsal transformasiya gündəliyi barədə məlumat verilib

Azərbaycanın milli rəqəmsal transformasiya gündəliyi barədə məlumat verilib

20-05-2026
Milli Süni İntellekt Strategiyası gələn il hazır olacaq

Milli Süni İntellekt Strategiyası gələn il hazır olacaq

16-12-2022
Akademik: "MilliNet"lə yanaşı Milli Süni İntellekt Mükafatı da təsis olunmalıdır

Akademik: "MilliNet"lə yanaşı Milli Süni İntellekt Mükafatı da təsis olunmalıdır

19-12-2025
Süni intellekt üzrə Milli Strategiya üçün Yol Xəritəsi tərtib edilib

Süni intellekt üzrə Milli Strategiya üçün Yol Xəritəsi tərtib edilib

26-01-2023
Zahid Oruc: Ölkəmizdə süni intellekt mühəndisinə daha çox ehtiyac var

Zahid Oruc: Ölkəmizdə süni intellekt mühəndisinə daha çox ehtiyac var

11-02-2026
İranda Süni İntellekt Mərkəzi yaradılır

İranda Süni İntellekt Mərkəzi yaradılır

29-10-2025
BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

17-02-2026
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

29-06-2026
Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

28-04-2026
SOCAR Azərbaycanda süni intellekt və data mərkəzi yaradacaq

SOCAR Azərbaycanda süni intellekt və data mərkəzi yaradacaq

02-06-2026
Rəşad Xalıqova yeni vəzifə verilib

Rəşad Xalıqova yeni vəzifə verilib

20-02-2026
Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub

Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub

10-06-2026
Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub

Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub

12-09-2025
Osman Gündüz: 2-ci Superkompüter Mərkəzini quracaq şirkət bəlli olub

Osman Gündüz: 2-ci Superkompüter Mərkəzini quracaq şirkət bəlli olub

26-05-2025
Superkompüter Mərkəzlərindən hansına "MİLLİ" statusu veriləcək ?

Superkompüter Mərkəzlərindən hansına "MİLLİ" statusu veriləcək ?

12-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə