Previous Next
Bağla

Rəqəmsal islahatlara dair ictimai dinləmə keçirilib

08-07-2026 19:30
Rəqəmsal islahatlara dair ictimai dinləmə keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində həyata keçirilən islahatlara həsr olunan ictimai dinləmə təşkil edib.

Xeberler.az məlumat verir ki, tədbirdə startap, investisiya fondları, yerli və xarici şirkətlərin nümayəndələri, texnopark rezidentləri və ekspertlər iştirak ediblər. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov rəqəmsal inkişafın sürətləndirilməsi istiqamətində görülən işlər, əldə olunan nəticələr və qarşıdakı hədəflər barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin fevral ayında keçirilən müşavirədə rəqəmsal inkişaf üçün yol xəritəsi rolunu oynayan mühüm qərarlar qəbul edilib.

Həmin qərarlara uyğun olaraq, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı” təsdiqlənib. Rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində dövlət siyasətinin vahid yanaşma əsasında həyata keçirilməsi məqsədilə Rəqəmsal İnkişaf Şurası yaradılıb.

Nazir müavini qeyd edib ki, Şuranın fəaliyyəti dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə, rəqəmsal transformasiyanın sürətləndirilməsinə və innovasiya əsaslı iqtisadi modelə keçidin təmin olunmasına mühüm töhfə verəcək. 29 iyun 2026-cı il tarixində Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda Fəaliyyət Planının icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları istiqamətində görülən işlər müzakirə olunub.

Sənəd ölkənin növbəti üç il üzrə rəqəmsal transformasiya və texnoloji inkişaf prioritetlərini müəyyən edir. Onun icrası üzrə bir sıra tədbirlər görülüb və proses davam etdirilir.

Məlumat verilib ki, dövlət xidmətlərinin vətəndaşlar və biznes subyektləri üçün daha əlçatan olması məqsədilə “mygov” və “mygov biznes” platformaları üzərində iş aparılır. Dövlət qurumlarının xidmətləri mərhələli şəkildə vahid ekosistemə inteqrasiya edilir, rəqəmsal olmayan xidmətlərin rəqəmsallaşdırılması və proaktiv xidmətlərin payının artırılması istiqamətində addımlar atılır.

İnnovasiya ekosisteminin inkişafı, İKT ixracının artırılması və Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsi də prioritetlər arasındadır. Bu məqsədlə texnoloji inkişafı dəstəkləyən və qanunvericilik bazasının təkmilləşdirilməsini nəzərdə tutan geniş islahat paketi hazırlanıb. Süni intellektin dövlət idarəçiliyinə və ictimai xidmətlərə tətbiqi Fəaliyyət Planının əsas istiqamətlərindəndir. Bu sahədə yüksəksəviyyəli hesablama infrastrukturunun yaradılması və dövlət xidmətlərinin süni intellekt əsaslı həllərlə təkmilləşdirilməsi nəzərdə tutulur.

Rəqəmsal transformasiyanın etibarlı şəkildə davam etdirilməsi üçün kibertəhlükəsizliyin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə hüquqi və institusional islahatlar həyata keçirilir.

Qarşıya qoyulan strateji hədəflərin uğurlu icrası ölkəmizin texnoloji potensialının gücləndirilməsinə, rəqəmsal suverenliyinin möhkəmləndirilməsinə və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasına mühüm töhfə verəcək. İctimai dinləmədə Fəaliyyət Planında innovasiya ekosisteminin inkişafı ilə bağlı nəzərdə tutulan qanunvericilik təşəbbüslərinin təqdimatı olub.

Tədbirdə iştirakçıların təklif və rəyləri dinlənilib, rəqəmsal inkişaf gündəliyinin əsas istiqamətləri, həyata keçirilən islahatlar və qarşıda duran prioritetlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İRİA ilə İctimai Şura üzvləri arasında görüş keçirilib

İRİA ilə İctimai Şura üzvləri arasında görüş keçirilib

06-07-2026
Rəqəmsal inkişaf planı təsdiqləndi – Nələr gözlənilir?

Rəqəmsal inkişaf planı təsdiqləndi – Nələr gözlənilir?

02-03-2026
Rəqəmsal transformasiya üçün yeni qanunvericilik paketi hazırlanır

Rəqəmsal transformasiya üçün yeni qanunvericilik paketi hazırlanır

09-06-2026
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

27-02-2026
Rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı təsdiqlənib

Rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı təsdiqlənib

27-02-2026
Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib

Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib

29-06-2026
Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

06-07-2026
AQTA rəqəmsal transformasiyaya keçidi sürətləndirir

AQTA rəqəmsal transformasiyaya keçidi sürətləndirir

18-02-2026
Naxçıvanda “İnnovasiya üzrə Alt İşçi Qrupu"nun iclası keçirilib

Naxçıvanda “İnnovasiya üzrə Alt İşçi Qrupu"nun iclası keçirilib

23-10-2025
Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026
Prezident: Rəqəmsal suverenliyin möhkəmləndirilməsi əsas vəzifələrimizdəndir

Prezident: Rəqəmsal suverenliyin möhkəmləndirilməsi əsas vəzifələrimizdəndir

15-05-2026
BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

17-02-2026
Rəqəmsal infrastrukturda yeni mərhələ: Milli Superkompüter Mərkəzi

Rəqəmsal infrastrukturda yeni mərhələ: Milli Superkompüter Mərkəzi

25-05-2026
"mygov" ilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcək

"mygov" ilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcək

05-05-2026
RİNN-də Çadın rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri ilə görüş keçirilib

RİNN-də Çadın rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri ilə görüş keçirilib

29-01-2026
“Rəqəmsal hökumətin inkişafı” mövzusunda vörkşop keçirilib

“Rəqəmsal hökumətin inkişafı” mövzusunda vörkşop keçirilib

02-07-2026
RİNN-də “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib

RİNN-də “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib

09-06-2026
ADPU-nun rəqəmsallaşmaya dair tədbirlər planı təkmilləşdiriləcək

ADPU-nun rəqəmsallaşmaya dair tədbirlər planı təkmilləşdiriləcək

03-04-2026
Nazir Rəşad Nəbiyev innovasiya ekosisteminin fəal üzvləri ilə görüşüb

Nazir Rəşad Nəbiyev innovasiya ekosisteminin fəal üzvləri ilə görüşüb

25-02-2023
İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

17-03-2026
e-Sosial mobil tətbiqi bu gündən fəaliyyətini dayandırıb

e-Sosial mobil tətbiqi bu gündən fəaliyyətini dayandırıb

01-05-2026
Prezident Kitabxanası süni intellektin tətbiqinə başlayır

Prezident Kitabxanası süni intellektin tətbiqinə başlayır

18-02-2026
“Rəqəmsal Hökumətin İnkişafı” işçi qrupunun ilk iclası keçirilib

“Rəqəmsal Hökumətin İnkişafı” işçi qrupunun ilk iclası keçirilib

18-12-2024
RİNN-də Koreyanın İKT-nin Təşviqi Assosiasiyasının sədr müavini ilə görüş olub

RİNN-də Koreyanın İKT-nin Təşviqi Assosiasiyasının sədr müavini ilə görüş olub

26-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə