Previous Next
Bağla

Ekspert: Rəqəmsal müavinlərlə bağlı tapşırığın icrasına 1 ay qalıb

08-05-2026 14:55
Ekspert: Rəqəmsal müavinlərlə bağlı tapşırığın icrasına 1 ay qalıb

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz nazirliklərdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul müavinlərin təyin olunması prosesinin ləng getdiyini bildirib.

Xeberler.az məlumat verir ki, ekspertin sözlərinə görə, təxminən 3 ay əvvəl Prezident yanında ölkənin rəqəmsal gələcəyi ilə bağlı keçirilən müşavirədə bu istiqamətdə ciddi tapşırıqlar verilib və qəbul edilən Fəaliyyət Planında dövlət qurumlarında rəqəmsal inkişaf, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyənləşdirilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, sənəddə bu tapşırığın icrası üçün son müddət kimi 2026-cı ilin iyun ayı müəyyən edilib və hazırda həmin müddətin başa çatmasına cəmi bir ay qalır. Buna baxmayaraq, prosesdə nəzərəçarpacaq irəliləyiş müşahidə olunmur.

Osman Gündüz hesab edir ki, rəqəmsallaşma və süni intellekt kimi strateji sahələrdə gecikmələr yolverilməzdir. O bildirib ki, burada söhbət formal vəzifələrdən deyil, yeni idarəetmə modelinin qurulmasından və transformasiya proseslərini sürətləndirəcək konkret cavabdehlik mexanizmlərindən gedir.

Ekspert qeyd edib ki, Azərbaycanda artıq bu sahədə formalaşmış və təcrübəyə malik peşəkar kadrlar mövcuddur. Onun fikrincə, dövlət qurumlarında və özəl sektorda çalışan, böyük rəqəmsal layihələr həyata keçirmiş mütəxəssislər dərhal rəqəmsal müavin kimi fəaliyyətə başlayaraq real nəticələr verə bilərlər.

Osman Gündüz region ölkələrinin rəqəmsal iqtisadiyyat, startap ekosistemi və xüsusilə süni intellekt sahəsində sürətlə irəlilədiyini vurğulayıb. O bildirib ki, bir çox ölkələr artıq bu istiqamətlər üzrə konkret cavabdeh şəxslər və strukturlar formalaşdıraraq yeni idarəetmə modelləri qurublar.

Ekspertin sözlərinə görə, Prezidentin təşəbbüsü ilə yaradılmış yeni idarəetmə modelinin tətbiqinin gecikməsi artıq strateji riskə çevrilir və proseslər sürətləndirilməlidir.

O, həmçinin qeyd edib ki, Prezidentin fərmanı ilə yaradılan Rəqəmsal İnkişaf Şurası ilə rəqəmsal müavinlərin koordinasiyalı fəaliyyəti təmin olunarsa, bu model qısa müddətdə ciddi nəticələr verə bilər.

Ekspert əlavə edib ki, Şuranın Katibliyi funksiyasını həyata keçirən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bu istiqamətdə fəaliyyətini daha da gücləndirməsi vacibdir və cəmiyyətdə qurumdan gözləntilər böyükdür.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət aparatında rəqəmsal inqilabın başlanğıcı - Təhlil

11-02-2026

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

17-02-2026

Rəşad Xalıqova yeni vəzifə verilib

20-02-2026

“Azərbaycanda rəqəmsal iqtisadiyyat dövrü başlayır” - Osman Gündüz

10-12-2025

Ekspert: İT sahəsində kadrlara ehtiyac kəskin artıb

12-09-2022

“Rəqəmsal müavinlər” modeli işə düşür - Osman Gündüz

18-05-2026

Superkompüter Mərkəzlərindən hansına "MİLLİ" statusu veriləcək ?

12-05-2026

Kibermütəxəssislərə böyük ehtiyac var – ekspert

25-07-2023

Rəqəmsal suverenliyin təminində hüquqi və texnoloji əsaslar

26-05-2026

Deputat: Azərbaycanda rəqəmsal inkişaf üçün böyük imkanlar var

13-03-2026

Milli Süni İntellekt Strategiyası gələn il hazır olacaq

16-12-2022

İKT və rəqəmsal sektordan gözləntilər özünü dorğulda bilir?

02-04-2021

Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

13-04-2022

Kibertəhlükəsizlik laboratoriyaları nə üçün yaradılır? - Şərh

06-02-2026

Nazir: Azərbaycan süni intellekt və innovasiyada çevik idarəetmə modeli tətbiq edir

14-03-2026

Ekspert: Rəqəmsal İnkişaf Konsepsiyasının qəbulu üçün 4 il lazım olub

16-01-2025

Azərbaycanda Milli Telekommunikasiya Şurası yaradılacaq

30-12-2016

“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

06-02-2026

İRİA: "Yerli kibertəhlükəsizlik startapına ciddi maraq var"

09-02-2026

TDT yanında rəqəmsal monitorinq və innovasiya mərkəzlərinin yaradılması təklif edilib

15-05-2026

Azərbaycanın milli rəqəmsal transformasiya gündəliyi barədə məlumat verilib

20-05-2026

Bu qurumların strukturu niyə təsdiqlənmir?

06-01-2021

Azərbaycanda Yeni Nəsil İqtisadiyyat Strategiyasının əsas istiqamətləri açıqlanıb

21-09-2023

Ekspert: Süni İntellekt Akademiyasını hansı qurum yaradır?

08-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə