Previous Next
Bağla

Dövlət aparatında rəqəmsal inqilabın başlanğıcı - Təhlil

11-02-2026 21:29
Dövlət aparatında rəqəmsal inqilabın başlanğıcı - Təhlil

Prezident İlham Əliyevin bu gün səsləndirdiyi tapşırıq sadəcə kadr dəyişikliyi deyil, dövlət idarəçiliyində yeni modelə keçid kimi qiymətləndirilir.

Dövlət başçısı rəqəmsal arxitektura mövzusunda keçirilən müşavirədə nazirliklərdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə ayrıca cavabdeh nazir müavininin olmasının vacibliyini vurğulayıb. Bu yanaşma göstərir ki, rəqəmsal transformasiya artıq texniki məsələ deyil, birbaşa rəhbərlik səviyyəsində strateji məsuliyyət sahəsinə çevrilir.

Xeberler.az bildirir ki, məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.

Ekspertin fikrincə, Prezidentin bu mövqeyi həm də uzun müddətdir mövcud olan koordinasiya probleminin etirafıdır. “Kim kiminlə işləyir və kim cavabdehdir?” sualına daha aydın struktur cavab formalaşdırılır.

"Dünya təcrübəsi də göstərir ki, süni intellekt layihələri struktur dəyişikliklər tələb edir, data mübadiləsi qurumlararası müqavimət yarada bilir, proseslərin avtomatlaşdırılması isə insan faktoruna toxunur. Buna görə də kibertəhlükəsizlik və rəqəmsallaşma ilə bağlı qərarların yalnız İT şöbələri səviyyəsində qalması effektiv deyil.

Müşahidələr göstərir ki, əvvəllər dövlət qurumlarında hətta sadə rəqəmsal layihələrin tətbiqi belə ciddi müqavimətlə qarşılaşırdı. Bu isə İT rəhbərlərinin real dəyişikliklər aparmaq imkanlarını məhdudlaşdırırdı".

Osman Gündüzün sözlərinə görə, Yeni yanaşmanın düzgün tətbiq olunacağı təqdirdə dövlət idarəçiliyində süni intellekt tətbiqlərinin genişlənəcəyi və myGov kimi vahid platformalara keçidin sürətlənəcəyi gözlənilir. Lakin ekspertlər xəbərdarlıq edirlər ki, bu funksiyalar formal şəkildə sahədən xəbərsiz şəxslərə həvalə edilsə və real səlahiyyət, həmçinin büdcə verilməsə, model effektiv işləməyəcək.

Bu tapşırıq onu göstərir ki, rəqəmsallaşma artıq ayrıca layihə deyil, dövlət idarəçiliyinin yeni fəlsəfəsi kimi qəbul olunur.

Müzakirələr fonunda belə sual yaranır: kimlər rəqəmsal üzrə nazir müavini ola bilər?

Ekspert hesab edir ki, hazırda dövlət sektorunda kifayət qədər peşəkar kadr bazası mövcuddur. Bir sıra nazirliklərdə təcrübəli nazir müşavirləri, idarə rəisləri, rəqəmsal mərkəz rəhbərləri və Chief Digital Officer (CDO) vəzifəsini icra edən şəxslər var ki, onlar bu vəzifəni dərhal icra etməyə hazırdırlar.

Bu qərarın yaxın dövrdə konkret kadr dəyişiklikləri ilə müşayiət olunacağı gözlənilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Rəqəmsal müavinlərlə bağlı tapşırığın icrasına 1 ay qalıb

Ekspert: Rəqəmsal müavinlərlə bağlı tapşırığın icrasına 1 ay qalıb

08-05-2026
Rəşad Xalıqova yeni vəzifə verilib

Rəşad Xalıqova yeni vəzifə verilib

20-02-2026
BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

17-02-2026
Sinqapurun rəqəmsal inkişaf təcrübəsi araşdırılıb

Sinqapurun rəqəmsal inkişaf təcrübəsi araşdırılıb

16-04-2025
Ekspert: Elektron Təhlükəsizlik Xidməti sektorda dönüş yarada biləcəkmi?

Ekspert: Elektron Təhlükəsizlik Xidməti sektorda dönüş yarada biləcəkmi?

22-10-2021
Dünya Bankı ilə maliyyə idarəçiliyinin rəqəmsallaşdırılması müzakirə edilib

Dünya Bankı ilə maliyyə idarəçiliyinin rəqəmsallaşdırılması müzakirə edilib

12-11-2025
Kibertəhlükəsizlik laboratoriyaları nə üçün yaradılır? - Şərh

Kibertəhlükəsizlik laboratoriyaları nə üçün yaradılır? - Şərh

06-02-2026
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib

Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib

04-06-2026
Samir Məmmədov: “Cyberpark” layihəsi çərçivəsində iki startap fəaliyyət göstərir

Samir Məmmədov: “Cyberpark” layihəsi çərçivəsində iki startap fəaliyyət göstərir

30-07-2025
Nazir: Azərbaycan süni intellekt və innovasiyada çevik idarəetmə modeli tətbiq edir

Nazir: Azərbaycan süni intellekt və innovasiyada çevik idarəetmə modeli tətbiq edir

14-03-2026
“Azərbaycanda rəqəmsal iqtisadiyyat dövrü başlayır” - Osman Gündüz

“Azərbaycanda rəqəmsal iqtisadiyyat dövrü başlayır” - Osman Gündüz

10-12-2025
“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

“İnnovasiya və startap ekosistemi üçün açıq dialoq vacibdir” — Ekspert

06-02-2026
İRİA: "Rəqəmsal transformasiyanın mərkəzində insan kapitalı dayanır"

İRİA: "Rəqəmsal transformasiyanın mərkəzində insan kapitalı dayanır"

03-06-2026
Deputat: Azərbaycanda rəqəmsal inkişaf üçün böyük imkanlar var

Deputat: Azərbaycanda rəqəmsal inkişaf üçün böyük imkanlar var

13-03-2026
İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycanın rəqəmsal arxitekturası müzakirə edilib

İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycanın rəqəmsal arxitekturası müzakirə edilib

14-02-2026
Nazir: Rəqəmsal dövlət idarəçiliyində süni intellektin rolu genişlənir

Nazir: Rəqəmsal dövlət idarəçiliyində süni intellektin rolu genişlənir

24-10-2025
Nazir müavini: Rəqəmsallaşma icra prosesində əsas problemləri həll edir

Nazir müavini: Rəqəmsallaşma icra prosesində əsas problemləri həll edir

20-02-2026
m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

18-02-2026
Elektron informasiya sistemləri üzrə İşçi Qrupun iclası keçirilib

Elektron informasiya sistemləri üzrə İşçi Qrupun iclası keçirilib

09-01-2026
Akademik: Müasir şəhərsalma rəqəmsallaşma və süni intellektsiz mümkün deyil

Akademik: Müasir şəhərsalma rəqəmsallaşma və süni intellektsiz mümkün deyil

15-05-2026
Akademik: Süni intellektin hüquqi statusu arzuolunan səviyyədə deyil

Akademik: Süni intellektin hüquqi statusu arzuolunan səviyyədə deyil

11-03-2026
TAU-da İT və süni intellekt üzrə kadr hazırlığına dair vorkşop keçirilib

TAU-da İT və süni intellekt üzrə kadr hazırlığına dair vorkşop keçirilib

22-02-2026
Prezident: Rəqəmsal suverenliyin möhkəmləndirilməsi əsas vəzifələrimizdəndir

Prezident: Rəqəmsal suverenliyin möhkəmləndirilməsi əsas vəzifələrimizdəndir

15-05-2026
Kibermütəxəssislərə böyük ehtiyac var – ekspert

Kibermütəxəssislərə böyük ehtiyac var – ekspert

25-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə