Previous Next
Bağla

Ruanda Prezidenti “ASAN xidmət” mərkəzində olub

20-09-2025 19:10
Ruanda Prezidenti “ASAN xidmət” mərkəzində olub

Sentyabrın 20-də Ruanda Respublikasının Prezidenti Pol Kaqame Bakıda “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Xeberler.az məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ali qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Ruanda Prezidentinə “ASAN xidmət” modeli ilə bağlı təqdimat edilib. Milli brendimiz olan ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilat ilə müqavilə imzalandığı diqqətə çatdırılıb.

Həmçinin vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədə təşviq edir.

“ASAN xidmət” təcrübəsinin Ruanda tərəfi ilə paylaşılması məqsədilə əməkdaşlıq əlaqələri 2024-cü ilin noyabr ayında COP29-da iştirak etmək üçün ölkəmizdə səfərdə olmuş Ruanda Prezidenti ilə Azərbaycan Prezidenti arasında keçirilən görüşün yekunlarına əsasən qurulub.

Bu çərçivədə cari ilin iyun ayında Dövlət Agentliyi ilə Ruandanın müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

WUF13-ün suriyalı və ruandalı iştirakçıları “ASAN xidmət”də olublar

18-05-2026

Efiopiyanın Baş naziri “ASAN xidmət”də olub

27-02-2026

Ruandanın və Zimbabvenin rəsmiləri "ASAN xidmət"də olublar

21-11-2025

“ASAN xidmət” modeli Ruandada tətbiq ediləcək

30-06-2025

WUF13-ün iştirakçıları “ASAN xidmət”də olublar

18-05-2026

Somalinin Prezidenti "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

12-02-2025

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

“Amazon”un sabiq vitse-prezidenti “ASAN xidmət”də

04-12-2023

"ASAN xidmət" modeli BMT xətti ilə 4 qitəyə ixrac olunacaq

14-11-2024

Ruanda Prezidenti: "ASAN xidmət" modelindən faydalana bilərik

20-09-2025

Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub

27-02-2025

Seneqallı nazir “ASAN xidmət”də olub

28-11-2025

Esvatini Kralı "ASAN xidmət" mərkəzində olub

19-05-2026

"ASAN xidmət" modelinin tətbiqi üçün 30 ölkə ilə əməkdaşlıq edilir

02-12-2025

Pakistan Milli Assambleyasının sədri “ASAN xidmət”də olub

08-07-2025

"ASAN xidmət" təcrübəsinin Tacikistanla paylaşılması müzakirə edilib

21-05-2026

“ASAN xidmət” və SESRIC arasında anlaşma memorandumu imzalanıb

18-11-2024

“ASAN xidmət” modeli Qvineyada tətbiq ediləcək

16-03-2026

Keniyalı nazir "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub

13-11-2024

“ASAN xidmət” İslam İnkişaf Bankı ilə əməkdaşlığı genişləndirir

08-10-2025

“ASAN xidmət” təcrübəsi Qazaxıstanla paylaşılır

26-02-2025

Liviyanın səfiri "ASAN xidmət"də olub

02-09-2025

Türkiyənin media nümayəndələri “ASAN xidmət”də olublar

30-07-2025

Braziliyanın nümayəndə heyəti “ASAN xidmət”də olub

13-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə