Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin təşkilati -hüquqi forması dəyişdirilib.
Xeberler.az-ın məlumatına görə, qurum Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilərək AzİnTelekom MMC adlandırılıb.
Qeyd edək ki, Mərkəzin təşkilati-hüquqi formasının dəyişdirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına uyğun olaraq həyata keçirilib.
Xatırladaq ki, RYTN-nin əmri ilə 1994-cü ildə Azərbaycanda rabitə sistemində beynəlxalq hesablaşmalar sahəsində respublikanın ilk müstəqil qurumu olan Beynəlxalq Hesablaşma Mərkəzi (BHM) “Aztelekom İB”-nin tərkibində struktur vahidi kimi yaradılıb.
2004-cü ilin fevral ayında BƏHM yeni yaradılan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyinə keçirilib.
Xatırladaq ki, ötən gün Aztelekom İstehsalat Birliyinin də təşkilati-hüquqi forması dəyişidirilərək məhdud məsuliyyətli cəmiyyətə (MMC) çevrilib.
Məltəm Talıbzadə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
 Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
 Windows 10-u necə sürətləndirmək olar?
 Bizi idarə edən güc: Netokratiya
 Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
 Facebook müəmması
 4G mobil texnologiyası niyə ləngiyir?
 Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
 “Asan imzanı belə gördüm”- Azər Həsrət
 Satışa çıxarılmış Azərbaycan adları