Ötən həftə nə ilə yadda qaldı?

13-07-2015 / 12:57

Xəbərlər “İT GÜNDƏM” rubrikası çərçivəsində növbəti yazını təqdim edir. 
Bu dəfə biz ötən həftə İKT sahəsində gündəmdə olan mövzuların qısa icmalını diqqətinizə çatdırırıq.

Qeyd edək ki, Xeberler.az ötən icmalı iyunun 6-da təqdim etmişdi.

Gündəmin ən diqqət çəkən hadisələrindən biri Rabitə  və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi və Aztelekom-un təşkilati-hüquqi formasının dəyişməsi oldu.
Aztelekom İstehsalat Birliyi məhdud məsuliyyətli cəmiyyətə (MMC) çevrildi. Qeyd edək ki, ötən il  Aztelekom İstehsalat Birliyi və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin birgə  açıq səhmdar cəmiyyət yaratması müzakirə olunurdu.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə İKT-nin inkişafı sahəsində atılan addımlardan biri də Azərbaycanda ilk Sənaye Mərkəzli Texnoparkın yaradılması haqqında xəbər oldu.
Qeyd edək ki, Xəzər Texnoparkının  layihəsi artıq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim olunub. Sənaye Texnoparkında ölkəmizdə ilk dəfə olaraq bir sıra innovativ Mərkəzlər yaradılacaq.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə nazir Əli Abbasov Ucarda vətəndaşlarla görüşüb.
Nazirin əhaliyə göstərilən telekommunikasiya, Internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların suallarını cavablandırıb.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Bütün sosial medianın diqqət mərkəzində olan daha bir məsələ isə Skype proqramında problemin, hətta ona məhdudiyyətin qoyulması ilə bağlı məlumatlar idi.
Mərkəzdən verilən məlumata görə, Skype-ın Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən qəsdən bağlanması ilə bağlı yayılmış məlumatlar tamamilə uydurulmuş məlumatdır və heç bir həqiqəti əks etdirmir. Qeyd edək ki, bu məsələ bir neçə gün sosial şəbəkələrdə, mediada səs-küyə səbəb oldu.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Sosial medianın marağına səbəb olan daha bir hadisə isə özəl zərflə məktub göndərilə bilməməsidir.
Xeberler.az olaraq, məsələni araşdırmaq üçün Azərpoçtun 1 saylı filialının 7 saylı  Poçt Şöbəsinə yollandıq. Özümüz aldığımız adi zərf vasitəsi ilə məktubu göndərməyə çalışdıq. Lakin zərfi qəbul etmədilər və bizə məlumat verildi ki, mütləq Azərpoçt-a məxsus zərfləri almalıyıq. 
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

"Elektron hökumət" sahəsində atılan önəmli addımlardan daha biri, ünvanlı sosial yardım almaq istəyənlərin İnternet vasitəsilə müraciət edə biləcəyidir.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Sosial mediada diqqət çəkən daha bir məlumat isə WhatsApp-a like (layk) funksiyasının gəlməsi oldu.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Ötən həftə "Elektron hökumət" quruculuğu sahəsində atılan önəmli addımlardan daha biri I sinfə qəbul ilə bağlı elektron qeydiyyatın başlamasıdır.
Qeydiyyat mektebeqebul.edu.az saytında aparılır və iyul ayının 31-dək davam edəcək.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə