Previous Next
Bağla

RYTN-in daha bir qurumunun baş direktoru məlum oldu

27-01-2016 13:48
RYTN-in daha bir qurumunun baş direktoru məlum oldu

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN)  tabeliyində fəaliyyət göstərən AzİnTelecom MMC-nin də yeni Baş direktoru məlum olub.

Xeberler.az–ın məlumatına görə,  Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə əvvəllər Azeronline şirkətinin baş meneceri vəzifəsində çalışan Leyla Məmmədova bundan sonra AzİnTelecom-un Baş direktorunun səlahiyyətlərini icra edəcək. Qeyd edək ki, Azeronline Azercell MMC strukturuna daxil olan provayderdir.

Xeberler.az-ın məlumat verdiyi kimi, AzİnTelecom MMC ötən ilin iyul ayında RYTN tabeliyində fəaliyyət göstərən Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin  təşkilati -hüquqi formasının dəyişdirilməsi ilə yaradılıb.

AzİnTelecm MMC-nin sabiq Baş direktoru Cəlil Cəfərov isə ““MTN işi” ilə bağlı hadisələrdən sonra mənimsəmə və israfetmə (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və vəzifə səlahiyyətlərindən sui-istifadədə  ittiham edilərək həbs edilib.

Xeberler.az-ın məlumatına görə, Beynəlxalq Hesablaşma Mərkəzi (BƏHM) 1994-cü ildə Azərbaycanda rabitə sistemində beynəlxalq hesablaşmalar sahəsində respublikanın ilk müstəqil qurumu olaraq Aztelekom İB-nin tərkibində struktur vahidi kimi yaradılıb.

2004-cü ilin  fevral ayında BƏHM yeni yaradılan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyinə keçirilmişdi. 2015-ci ildən AzİnTelecom MMC olaraq fəaliyyət göstərir.

Qurum əsasən Azərbaycan Respublikası ilə dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telefon, teleqraf, teleks, kanal istifadəsi və poçt rabitəsi xidmətləri üçün beynəlxalq operatorlarla müqavilələrin bağlanması və müqavilə üzrə dövlətlərarası qarşılıqlı hesablaşmaların aparılmasını təşkil edir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

RYTN-nin daha bir qurumunun təşkilati-hüquqi forması dəyişdirildi

10-07-2015

Aztelekom-un sabiq rəhbərinin həbs müddəti artırılıb

18-08-2016

Nazirliyin sabiq məmurlarının işi məhkəməyə göndərilib

11-10-2016

Bu gün RYTN-in sabiq yüksək vəzifəli əməkdaşlarının məhkəməsi başlayır

08-11-2016

RYTN-in sabiq əməkdaşlarının cinayət işi məhkəməyə göndərilib

03-10-2016

RYTN-in sabiq əməkdaşlarının cinayət işi icraata verilib

18-10-2016

Əli Abbasova cinayət işi açıldı

26-10-2016

“AzİnTelecom”un departament direktoru vəzifəsindən azad olundu

20-06-2023

RYTN-in sabiq əməkdaşları külli miqdarda pul mənimsəyib

20-10-2016

RYTN-in keçmiş yüksək vəzifəli əməkdaşlarının həbs müddəti uzadılıb

17-05-2016

Aztelekom-a Baş direktor təyin olundu-Rəsmi

02-12-2016

BTRİB-in yeni Baş direktoru məlum oldu

27-01-2016

AzEuroTel şirkətinin rəhbəri işdən çıxarıldı

07-06-2016

Əli Abbasov dövlətə vurulmuş ziyana görə 6,8 milyon manat ödəyib

16-11-2016

“AzInTelecom” MMC-yə yeni rəhbər təyin olundu

09-02-2021

Aztelekom-un sabiq baş direktoru cərimə kamerasına salınıb

07-09-2016

Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edildi

27-07-2017

Aztelekom-a yeni rəhbər təyin edildi

14-03-2016

RYTN-in vəzifəli şəxslərinin həbs və istintaq müddəti uzadılıb

23-08-2016

Aztelekom-un baş direktoru həbs edildi

17-11-2015

AzinTelekom-un sabiq baş direktoru da azadlığa buraxıldı

27-07-2017

Aztelekom və BTRİB özəlləşdirilir?

30-12-2016

“Azərpoçt” MMC-nin Baş direktoru PTT rəhbəri ilə onlayn görüş keçirib

14-04-2021

AzInTelecom-a yeni direktor təyin olunub

14-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə