Previous Next
Bağla

“Aztelekom”un Qarabağ Regional Filialı yaradılıb

04-08-2025 10:42
“Aztelekom”un Qarabağ Regional Filialı yaradılıb

Ölkə üzrə xidmətlərin daha çevik və səmərəli təşkili məqsədilə AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC təşkilati strukturunda bir sıra mühüm dəyişikliklər həyata keçirib. Bu dəyişikliklər idarəetmənin optimallaşdırılması, regional xidmətlərin keyfiyyətinin artırılması və infrastrukturun səmərəli idarə olunması məqsədini daşıyır.

Xeberler.az bildirir ki, yenidən təşkilatlanma çərçivəsində “Aztelekom” MMC-nin tərkibində Qarabağ Regional Filialı yaradılıb. Yeni filialın tərkibinə Bərdə, Tərtər, Kəlbəcər, Ağcabədi, Ağdərə, Ağdam, Laçın, Xocalı, Şuşa, Xankəndi, Xocavənd, Qubadlı, Füzuli, Cəbrayıl və Zəngilan daxil olmaqla, ümumilikdə 15 rayon və şəhər şöbəsi daxildir.

Qarabağ Regional Filialının yaradılması, sadəcə struktur dəyişikliyi deyil – bu addım həm də bölgədə daimi məskunlaşmanın sürətlənməsi fonunda telekommunikasiya xidmətlərinin əlçatanlığını və keyfiyyətini artırmaqla yanaşı, operativ texniki dəstəyin təmin olunmasına, rəqəmsal infrastrukturun genişləndirilməsinə, sosial-iqtisadi inkişafın dəstəklənməsinə və məşğulluq imkanlarının artmasına töhfə verir.

Qarabağ Regional Filialının yaradılması həmçinin bölgənin ölkənin ümumi telekommunikasiya şəbəkəsinə tam və səmərəli inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Hazırda “Aztelekom” MMC-nin təşkilati strukturu 8 Regional Filial və 7 Rabitə Xidmətləri Mərkəzi olmaqla, ümumilikdə 15 idarəetmə vahidindən ibarətdir. Bu struktur modelləşməsi bölgələr üzrə idarəetmənin çevikliyini artırmaqla yanaşı, müştəriyönümlü xidmətlərin daha operativ və keyfiyətli şəkildə göstərilməsinə imkan yaradır.

“Aztelekom” MMC qarşıdakı dövrdə də fəaliyyətini səmərəlilik, keyfiyyət və innovasiyaya əsaslanaraq davam etdirməkdə qərarlıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Aztelekom"un iki yeni regional filialı yaradılıb

27-12-2021

“Aztelekom”da struktur istahatları və vəzifə təyinatları aparılıb

23-09-2021

Naxçıvanın keçmiş rabitə və yeni texnologiyalar nazirinə vəzifə verilib

23-10-2021

Qarabağ Regional DOST Mərkəzinin açılışından 2 il ötür

07-08-2025

“Aztelekom”un Şuşada filialı açılıb

07-01-2022

“Onlayn Azərbaycan” layihəsinin iştirakçıları üçün səyyar təlimlərə start verilib

22-12-2023

"Aztelekom"da kadr dəyişikliyi olub

19-03-2025

Füzulidə DOST məntəqəsi fəaliyyətə başlayıb

27-11-2025

Azərpoçt 11 regional poçt filialı yaradıb

10-10-2019

“Aztelekom” MMC-nin yenidən təşkili qeydə alınıb

15-05-2025

“Aztelekom” daha bir beynəlxalq mükafata layiq görülüb

04-03-2026

"Aztelekom" MMC Xankəndi və Xocalıda genişzolaqlı internet şəbəkəsi qurur

02-10-2023

"Aztelekom"un nizamnamə kapitalı 3 dəfəyə yaxın artırılıb

30-05-2025

“Azərpoçt” Şuşada fəaliyyət göstərməyə başlayıb

24-01-2025

Zəfərin 5 ili: “Aztelekom” Böyük Qayıdışa töhfə verməyə davam edir

06-11-2025

“Nar” Qarabağda şəbəkə əhatəsini genişləndirir

15-12-2023

"Aztelekom" yenidən təşkil edilir

25-04-2025

“Aztelekom” çağrı xidmətlərini vahid “170” Çağrı mərkəzində birləşdirir

23-02-2026

“Yolumuz Qarabağ”a portalında icazələrin verilməsi müvəqqəti dayandırılıb

30-06-2025

“Aztelekom” müəllimlər üçün rəqəmsal savadlılıq təşəbbüsünü genişləndirir

16-03-2026

“Azercell” mobil tətbiqində “Aztelekom”a aid bölmə yaradılıb

05-11-2025

Aztelekom IPTV xidmətləri üçün avadanlığın satın alınmasına 550 min manata yaxın vəsait yönəldəcək

16-01-2019

RYTN-nin daha bir qurumunun təşkilati-hüquqi forması dəyişdirildi

10-07-2015

Qarabağ və Şərqi Zəngəzurda rabitə infrastrukturu ilə bağlı görülən işlər açıqlanıb

05-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə