Previous Next
Bağla

Fərdi sahibkarlar üçün SİMA imza istifadəyə verilib

27-04-2023 11:35
Fərdi sahibkarlar üçün SİMA imza istifadəyə verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın fərdi sahibkarlar üçün nəzərdə tutulan həlli hazırlanaraq istifadəyə verilib.

Xeberler.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, artıq fiziki şəxs kimi VÖEN əsasında fəaliyyət göstərən sahibkarlar da SİMA rəqəmsal imzanın təqdim etdiyi innovativ üstünlüklərdən yararlanmaqla xidmət mərkəzlərinə getmək və növbələrdə vaxt itirmək kimi çətinliklərdən azad olacaqlar.

Belə ki, SİMA mobil tətbiqində qeydiyyatdan keçib rəqəmsal imza əldə edən vətəndaşlar daha sonra VÖEN-i daxil etməklə 3 illik ödənişsiz fərdi sahibkar imza sertifikatı əldə edəcəklər.

Fərdi sahibkar imza sertifikatından istifadə etmək üçün aylıq, birillik və üçillik olmaqla uyğun abunə tarifləri seçilə bilər. Abunə planının tarifi bir aylıq 2.4 AZN, birillik 25 AZN və üçillik 55 AZN müəyyənləşdirilib.

SİMA yeni nəsil rəqəmsal imzanın sahibkar həllinin ilk istifadəçiləri güzəşt kampaniyası çərçivəsində elan olunduqdan sonrakı bir ay ərzində “3AYPULSUZ” promokodu ilə qeydiyyatdan keçərək üç aylıq abunə tarifini pulsuz əldə edəcəklər.

SİMA yeni nəsil rəqəmsal imza sahibkarlara limitsiz sənəd imzalama, avtorizasiya və imzalanmış sənədlərin həqiqiliyinin yoxlanılması imkanı verir.

Bununla da fərdi sahibkarlar banklar vasitəsilə kredit müraciəti, kart hesabının açılması və digər əməliyyatları həyata keçirərkən, sığorta şirkətlərinin istənilən xidmətindən yararlanarkən sənədləri SİMA ilə rahat və çevik şəkildə imzalaya biləcəklər.

Eyni zamanda B2B (business-to-business – biznesdən biznesə) xidməti göstərən sahibkarlar tərəfdaşlarına göndərəcəkləri, yaxud qarşı tərəfdən daxil olan istənilən sənədləri SİMA ilə imzalaya biləcəklər.

B2C (business-to-citizen – biznesdən vətəndaşa) xidməti göstərən fərdi sahibkarlar istehlakçılara göstərilən xidmətlə bağlı təsdiqləyəcəkləri sənədləri SİMA rəqəmsal imza ilə imzalayacaqlar.

Qeyd edilən prosesləri həyata keçirmək üçün fərdi sahibkarlar kommersiya qurumlarından müvafiq sənədi istənilən kommunikasiya alətləri vasitəsilə əldə edib SİMA mobil tətbiqində imzalayaraq eyni üsulla geri göndərə biləcəklər. Eyni proses B2B (biznesdən biznesə) və B2C (biznesdən vətəndaşa) xidmətlərindən yararlanarkən də keçərlidir.

SİMA yeni nəsil rəqəmsal imza fərdi sahibkarlar üçün B2G (business-to-government – biznesdən dövlətə) xidmətləri üzrə də çoxşaxəli imkanlar yaradır.

Fərdi sahibkarlar “ASAN Login” Vahid Giriş Sisteminə SİMA rəqəmsal imza ilə daxil olaraq aşağıdakı portallara giriş əldə edirlər:

E-customs portalında:

– İdxal olunan məhsulların bəyan edilməsi;

– Şəxsi hesab e-vərəqəsinə giriş.

E-gov portalında:

– Dövlət elektron xidmətlərindən istifadə (37 portala giriş).

Əmək Münasibətləri və Məşğulluq altsistemində:

– Əmək bildirişlərinin əlavə edilməsi.

Lisenziyalar və icazələr portalında:

– İcazələr və lisenziyalar üzrə müraciətlərin göndərilməsi.

Hazırda SİMA rəqəmsal imzanın fərdi sahibkarlar üçün nəzərdə tutulan həllinin digər dövlət qurumlarının elektron sistemlərinə və portallarına inteqrasiyası ilə bağlı texniki işlər davam etdirilir.

Ümumiyyətlə, SİMA vasitəsilə imza tələb olunan bütün elektron xidmətlərdən yararlanmaq mümkündür.

Artıq elektron imza əldə etmək üçün xidmət mərkəzlərindən asılılığa son qoyulur. Bununla da ölkənin istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər bir vətəndaş və fərdi sahibkarlıq fəaliyyəti göstərən hər kəs olduğu yerdən elektron dövlət xidmətlərindən yararlanmış olacaq.

Bu imkan vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, fərdlərin rəqəmsal hökumət konseptindəki rolunun daha da aktivləşməsinə və fərdi sahibkarlıq subyektlərinin fəaliyyətinin daha da sadələşməsinə səbəb olacaq.

Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın sima.az rəsmi saytından və “157” “AzInTelecom” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sahibkarlar “Yelo” mobil tətbiqində maliyyə əməliyyatlarını SİMA ilə həyata keçirəcəklər

21-06-2023

“SİMA İmza”nın hüquqi şəxs həlli istifadəyə verilib

29-04-2024

SİMA elektron gömrük xidmətlərini daha əlçatan etdi

23-06-2022

SİMA vasitəsilə iş yerlərindən arayışların alınması daha rahat oldu

14-06-2022

Cərimələr və etibarnamələrlə bağlı məlumatlar daha əlçatan oldu

21-06-2022

SİMA ilə “E-gov” sisteminə giriş daha əlçatan oldu

18-07-2022

“Asan Login” üzərindən göstərilən dövlət xidmətləri SİMA ilə daha əlçatan oldu  

16-05-2022

Vergi bəyannamələrini “SİMA İmza” ilə ödənişsiz təqdim et!

03-07-2025

“SİMA” Vergi portalının fərdi sahibkar xidmətlərinə inteqrasiya edilib

13-05-2025

ABB biznes proseslərində “SİMA İmza”nın geniş tətbiqinə başlayıb

09-01-2025

“SİMA İmza”nın yüklənilmə sayı 5 milyonu ötüb

16-09-2025

“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü

13-09-2024

“SİMA İmza” ilə banka getmədən ATB-dən kart sifariş et!

05-04-2024

“SİMA İmza” və “Yelo Bank”dan yenilik

25-04-2025

“SİMA İmza” ilə “Expressbank”da depozit yerləşdirilməsi rəqəmsallaşdı

22-01-2026

SİMA İmza mobil tətbiqinin istifadəçi sayı 500 mini keçib

23-11-2023

SİMA üzrə yeni tərəfdaş “Yelo Bank” oldu

18-05-2022

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

Əcnəbilər SİMA rəqəmsal imza sahibi ola biləcək

14-11-2023

SİMA ilə mobil cihazlarda “ASAN Login”ə giriş mümkün oldu

12-10-2022

ərlər Siyasət İqtisadiyyat Cə SİMA ilə yeni bank hesablarının açılması sadələşdi

15-08-2023

“SİMA İmza” tətbiqinin yüklənmə sayı 3 milyonu ötüb

22-01-2025

SİMA ilə həyat sığortası məhsullarını əldə etmək imkanı yaradıldı

15-08-2022

SİMA ilə “Etik İmza”da bütün sənədləri dərhal imzalamaq mümkün oldu

22-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə