Samsung-dan yeni videokamera

28-09-2009 / 16:00

Samsung yeni dizaynda fərqli xüsusiyyətləri olan videokamera istehsal edib. SMX-C10 adlı model  SD/SDHC üzərinə qeyd edir və daxili yaddaşı yoxdur. “Oynat-təşkil et-paylaş” xüsusiyyəti ilə asan istifadə və əlaqə təmin edir. Videokamera mobil istifadəçilərin ciblərində daşıya bilməsi üçün hazırlanıb.  Samsung SMX-C10  istifadəçisinə hərəkətli olanda  belə asan və keyfiyyətli çəkiliş imkanı təqdim  edə bilir.

32GB-lıq yaddaş kartı ilə 12 saata qədər çəkiliş edə bilir. USB kabeliylə və AC adapteri sayəsində SMX-C10 video kamera, həm səyahətdə həm də evdə sürətli şarj imkanı təmin edir.

Intelli-Studio proqramının köməyi ilə SMX-C10 hər cür kompüterdə istifadə edilə bilər. Bunun üçün  kameranı kompüterinizin USB girişinə bağlamaq, paylaşmaq istədiyiniz faylı seçmək və iç qisimindəki Ona Touch düyməsini basmaq lazımdır. Videkameranın çəkisi 156 qramdır. 3 cür rəng çalarında istifadəçilərə təqdim edilir. SMX-C10-la 11 fərqli dijital effektlə video çəkmək mümkündür.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə