Samsung-dan yeni dizaynda fərqli cib telefonu

31-07-2009 / 15:02

Samsung firması yeni dizaynda telefonunu təqdim edib. Samsung S5200 10,9mm incəliyindədir, sürüşkən qapaqlı, parlaq görünüşü ilə diqqət çəkir.

Samsung S5200-də Avtomatik Fokus (AutoFocus) və flaşlı 3.2 megapiksel kamera, FM Radio, microSD xarici yaddaş kartı yuvası, Bluetooth 2.1 əlaqəsi və multimedia oynadıcı da var. 3.2 megapiksel kameraya sahib olan Samsung S5200 eyni zamanda üz tanıma, gülüş qəbul etmə və panoramik çəkiliş xüsusiyyətlərinə malikdir.

MP3, AMR, AAC, Windows media audio plus, MPEG4 və H. 264 video kliplərini dəsəkləmə xüsusiyyətinə sahib olan Samsung S5200-də FM radio RDS formatlıdır.

Yaddaşı 8 GB-dək artırıla bilər. Telefonda veb brauzer və təcili anlarda istifadə edilən “SOS Mesaj” xüsusiyyəti var. 1000 ədədlik Telefon Dəftəri, 300 SMS Tutumlu Mesaj Qutusu var.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə