Samsung Tobi: Həm əylənin, həm də təhlükəsizliyinizi qoruyun!

10-12-2008 / 20:01

Samsung Tobi təqdim edildi...

Samsung Tobi, fərqli rənglərə sahib modelləriylə də diqqət çəkir.

Eyni zamanda S3030 kimi də tanınan yeni Samsung Tobi-nin diqqət çəkən ən əhəmiyyətli xüsusiyyətlərindən biri bəzi təhlükəsizlik funksiyalarının telefonda iştirak etməsidir.

Məsələn, SOUS Axtarış, ya da SOUS Mesajı kimi təcili vəziyyətlərdə istifadə edilə biləcək funksiyaları istifadəçilərinə təqdim edən yeni Samsung Tobi, istifadəçi dostu interfeysiylə də nəzər-diqqəti cəlb etməyi bacardı.

Monster, Snowman və Ocean World kimi sevimli xarakterləri üç mövzu altında bir araya gətirən Samsung Tobinin digər xüsusiyyətləri isə bunlardır: GPRS üç-bant network, 1.9 düym QCIF 65K ekran, 1.3 megapiksel kamera, music player, Bluetooth Messenger üçün dəstək, Bluetooth 2.0 və USB 2.0 dəstəyi. Bununla yanaşı Tobi, MP3, AAC, AAC+, eAAC+ və WMA fayl formatlarıyla da tam uyğun olaraq işləyə bilir.

15 MB-lik daxili yaddaşı olan Samsung Tobinin tutumu microSD kartı ilə 8 GBə qədər də artırıla bilir.

Bənövşəyi, mavi, açıq yaşıl, açıq kök və qar kimi ağ fərqli rəng kombinasiyalarına da sahib olan Samsung Tobinin qiyməti hələ açıqlanmamışdır.

 


 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə