Bu modellə ictimai şəbəkələrə girmək daha asan olacaq!

16-09-2009 / 21:00

Samsung şirkəti istifadəçilərin hər yerdən ictimai şəbəkələrə girməsi üçün şərait yaradacaq telefon istehsal edib. S3653 Corby Samsung-un müxtəlif touch ekranlı telefonlar inkişaf etdirmə strategiyasının tamamlayıcısı kimi çıxış edir.

Hazırda cib telefonu vasitəsilə daha çox ictimai şəbəkələrə axın vardır. Bu model ictimai şəbəkə sahəsində bütün istəklərə cavab verir. Samsung Electronics-in səlahiyyətli nümayəndələrindən biri olan JK Shin qeyd edib ki, Corby dizaynı və funksiyaları baxımından gənc istifadəçilərin ehtiyacını ödəməyə qadirdir.

S3653 Corby Jamaika Sarısı, Romantik Çəhrayı, Minimalist Ağ və Festival Narıncı kimi rəng variantlarında istifadəçilərə təqdim edilir. Diqqət çəkici və yığcam bir dizaynda ən yaxşı ictimai şəbəkə xidmətlərini və inkişaf etdirilmiş multimediya qabiliyyətlərini birləşdirən Samsung S3653 Corby 2.8 düymlük QVGA ekrana malikdir.

 Dörd bant və EDGE şəbəkələrinə uyğun olan telefon, istifadəçilərin olduqları yerdən müstəqil və davamlı əlaqədə qalmalarını təmin edir. 50MB daxili yaddaş + microSD ilə 8GB-a qədər xarici yaddaş kartı var. 93 qram ağırlığındadır.

Samsung şirkəti S3653 Corby modelini bu yaxınlarda Avropa bazarına satışa çıxaracaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə