“Samsung” smartfonlar üçün oyun pultu istehsal edib

18-12-2013 / 09:56
“Samsung” şirkəti “Smartphone Game Pad” oyun pultunu satışa çıxarıb. Şirkətin mətbuat xidmətinin məlumatına əsasən, o, 4-6.3 düym diaqonallı ekranla təchiz edilmiş smartfonlarla istifadə üçün nəzərdə tutulub.Mobil aparat pultun arxa hissəsindəki tutqaca bərkidilir.

Oyun pultunun çəkisi 195 qramdır. “Samsung” şirkətinin iddiasına əsasən, oyun qurğusunu “Android 4.1” platforması və daha yuxarı versiya ilə işləyən istənilən telefonda istifadə etmək olar. Bununla belə, şirkət vurğulayıb ki, oyun pultu onun “Galaxy” aparatlarına optimallaşdırılıb.

Qeyd edək ki, pult az sayda oyun dəstəkləyir. Onu hələ ki “Need for Speed Most Wanted”, “Modern Combat 4: Zero Hour”, “Prince of Persia: The Shadow and the Flame” daxil olmaqla 35 oyunda istifadə etmək mümkündür. “Samsung” şirkəti söz verib ki, gələcəkdə oyunların siyahısı artırılacaq.

Qurğu artıq Avropanın bəzi ölkələrində satışa çıxarılıb. “Samsung”un press-relizində oyun pultunun qiyməti haqqında məlumat verilmir.
(ictnews.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə