Plastik kart istifadəçilərinin sayı azalır

21-08-2015 / 20:34

Samsung Electronics şirkəti öz mobil ödəmə sistemini istifadəyə verib. Samsung Pay adlı xidmət hələ ki Koreya Respublikasında əlçatandır. Amma yaxın gələcəkdə bu xidmətdən dünyanın bir çox ölkələrində yararlanmaq mümkün olacaq.

Xeberler.az xarici mətbuata istinadla məlumat verir ki, Samsung Pay istifadəçiləri aldığı məhsulların dəyərini ödəmək üçün öz smartfonlarını mağazanın kassasındakı qurğuya yaxınlaşdırmalıdır. Galaxy S6, Galaxy S6 Edge, Galaxy S6 Edge+ və Galaxy Note 5 smartfonları yeni xidməti dəstəkləyir. Əsas şərt odur ki, xidmətə inteqrasiya edilmiş ödəmə kartı “Samsung Pay” servisini dəstəkləyən bank tərəfindən verilməlidir.

Samsung Pay xidmətinin yaradıcıları əmin edirlər ki, ənənəvi bank əməliyyatlarının əksəriyyətində bu texnologiyadan istifadə etmək mümkün olacaq. Nəticədə isə bu, yaxın gələcəkdə plastik kartlardan tamamilə imtinaya səbəb olacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə