Samsung Galaxy Note 10-un təqdimat tarixi açıqlandı

03-07-2019 / 10:55

Samsung Galaxy modellərinin yeni seriyalarının təqdimat tarixini açıqlayıb. 

Xeberler.az bildirir ki, Samsung’un “Samsung Galaxy Unpacked 2019: The Next Galaxy” adlı təqdimat mərasiminin dəvətnamələri artıq göndərilməyə başlayıb. Təqdimat mərasimi isə 7 avqust 2019-cu ildə New-York-da yerli vaxtla 16:00-da, Azərbaycan vaxtı ilə 01:00-da baş tutacaq. 

Samsungun bugünə qədərki ən güclü telefon olacağı ehtimal olunan model iki versiya ilə təqdim olunacaq. Bunlardan birincisi standart model olan Galaxy Note 10 modeli 6.3 inç ekranla, digəri isə 6.8 inç ekranla daha böyük ekrana sahib Galaxy Note 10+ olacaq. 

Samsung Galaxy Note 10-da daha çox maraqla gözlənən xüsusiyyət isə Samsung’un ağıllı qələmi S Pen-dir. S Pen bütün Galaxy Note 10 seriyalarında yer alacaq.


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.