Now Security şirkəti Samsung telefonlarında olan böyük bir boşluğu ortaya çıxarıb.
Xəbərlər-in xarici sayta istinadən verdiyi məlumata görə, Now Security şirkətinin apardığı araşdırma nəticəsində məlum olub ki, dünya üzərində 600 milyon Samsung istifadəçisinin şəxsi məlumatları təhlükə altındadır.
Belə ki, Samsung S6, S5, S4 və S4 mini üzərində əvvəlcədən yazılı gələn ekran klaviaturası olan Swiftkey keyboard tətbiqetməsi Samsung üçün özəl olan dil yenilənməsində belə bir səhvə yol verib. Swiftkey-dən mediaya ötürülən məlumata görə, bu problem bir neçə gün ərzində aradan qaldırılacaq və yeniləmə bütün Samsung telefonlarına göndəriləcək.
Bilmədiyiniz şəhərdə olan açıq Wi-Fi -lara qoşulmaq təhlükəlidir. Çünki boşluqdan istifadə etmək istəyən hacker yalnız Wi-Fi vasitəsi ilə telefonlara müdaxilə edə bilir. Mütəxəssislər hesab edir ki, mobil datadan istifadə təhlükəsizdir.
İsmayıl İsmayılov
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri