Samsung ağıllı ev sistemi yaradıb

07-09-2015 / 21:10

Berlində keçirilən “IFA 2015” sərgisində Cənubi Koreyanın Samsung şirkəti  “ağıllı ev” üçün 200-dən çox müxtəlif ev qurğusunun hərəkətini sinxronlaşdıran idarəetmə sistemini təqdim edib.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni sistem Samsung-un SmartThings şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Samsung Smart Things Hub adlandırılan sistemin mərkəzi qurğusu bir növ sistemin ayrı-ayrı modullarından məlumatların daxil olduğu server rolunu oynayır.

Samsung Smart Things Hub-ı Android və ya iOS üçün mobil proqramın köməyi ilə idarə etmək olar. Qurğu 10 saata qədər avtonom işləmək qabiliyyətinə malik daxili akkumulyatorla təchiz edilib.

Yeni qurğunun dəyəri ABŞ-da 99 dollar təşkil edir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə