Samsung Pay 30 milyon dollar gəlir əldə etdi

26-09-2015 / 14:53

Samsung şirkətinin ödəmə sistemi olan Samsung Pay avqust ayından sınaq məqsədilə Cənubi Koreyada xidmət göstərir.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Cənubi Koreyada 1 ay boyunca Samsung Pay-dən  1,5 milyon əməliyyat həyata keçirilib.

Şirkətdən bildirilib ki, 1,5 milyon əməliyyatın ümumi əməliyyat dəyəri 30 milyon dolları ötüb.

Qeyd edək ki, Samsung Pay ilə istifadəçilər 20 dollar dəyərində ödəniş edirlər. 

Samsung nəşr etdiyi illik bülletenində əməliyyatların həyata keçirildiyi telefonların adlarını da açıqlayıb. Məlum olub ki, əməliyyatların 60 faizi Galaxy Note 5 smartfonu ilə həyata keçirilib. 

Samsung-un Galaxy Note 5, Galaxy S6 edge +, Galaxy S6 və Galaxy S6 edge modelləri ilə yanaşı , Samsung-un ağıllı saatı Gear 2  ilə istifadə edilən Samsung Pay xidməti Android Pay-ə alternativ olduğu kimi Apple Pay-ə də rəqibdir.

Samsung Pay xidmətinin sentyabrın 28-ə qədər ABŞ-da, sonra isə İngiltərə, İspaniya və Çində istifadəyə təqdim ediləcəyi gözlənilir.

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə