Samsung-un reklama ayırdığı pul 14 milyard dollara çatıb

29-11-2013 / 09:51

Son illərdə mobil platformalar arasında fərqlənən texnologiya nəhəngi Samsung illər keçdikcə böyüməyə davam edir.

Xəbərlər-in verdiyi məlumata görə, şirkətin böyüməsində reklama ayırdığı pul da böyük rol oynayır. Keçən il 401 milyon dolları reklama xərcləyən Samsung-un bu il ayırdığı büdcə isə eşidənləri təəccübləndirəcək.

Şirkət bu il sadəcə reklama 14 milyard dollarlıq nəhəng büdcə ayıracaq ki, bu da Samsung-un gəlirlərinin 5,6 faizi edir. 

Samsung-un Mobil departamentinin rəhbəri J.K.Şin reklam xərclərinin şirkətin uğurunun əsas səbəblərindən biri reklam və tanıtıma çox maliyyə ayırmasındadır.
Bununla yanaşı, şirkətin rüblük nəticələri də Samsung-un reklam strategiyasının uğurlu olduğunu göstərir.

Ülkər Eldarqızı

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə