Samsung şirkəti Galaxy Note 7-in istehsalını dayandırır.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, şirkət Galaxy Note 7-nin istehsalını dayandırmaq qərarını Cənubi Koreya, ABŞ və Çindəki istehlakçı təhlükəsizliyi təmin edən qurumlarla birlikdə verib.
İstehsalı dayandırma qərarının "müvəqqəti bir müddət üçün" olduğu deyilsə də, hələlik dəqiq bir zaman aralığından bəhs edilmir.
Məlum olduğu kimi, Galaxy Note 7 böhranının dərinləşməsi cihazın batareyası ilə əlaqədər ilk şikayətlərlə başladı.
Bu ciddi problemin fərqinə gec də olsa varan Samsung, dünya çapında 2,5 milyon Galaxy Note 7-ni yenisi ilə dəyişdirməyə başladı. Amma görünür bu da problemi həll etməyib.
Galaxy Note 7 Samsung-un bu günə qədər ən böyük cihaz toplatma əməliyyatı olaraq tarixə düşüb.
Məsələ ilə bağlı Samsung rəsmi açıqlama verməyib.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri