Previous Next
Bağla

Bakıda keçiriləcək Qlobal Beyin Mərkəzləri Forumuna hazırlıq Nyu-Yorkda müzakirə edilib

24-09-2024 18:28
Bakıda keçiriləcək Qlobal Beyin Mərkəzləri Forumuna hazırlıq  Nyu-Yorkda müzakirə edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı BMT-nin Nyu-Yorkda keçirilən “Gələcəyin sammiti”ndə iştirakı çərçivəsində Asiya İnkişaf Bankı İnstitutunun (AİBİ) icraçı direktoru Tetsuşi Sonobe, onun müşaviri Nikolas Buşoud və təşkilatın media və əməkdaşlıq üzrə məsləhətçisi Kaori Hitomi ilə birgə cari ilin noyabr ayının 12-də COP29 çərçivəsində Bakıda keçirilməsi planlaşdırılan Qlobal Beyin Mərkəzləri Forumunun təşkilati məsələlərini müzakirə edib.

“Qlobal Yaşıl İqtisadiyyat: Maliyyələşdirmə, İnnovasiya və İqlim Fəaliyyəti” başlığı ilə keçiriləcək forumun əsas məqsədi hökumət nümayəndələrini, alimləri, özəl sektor təmsilçilərini, QHT-lər və digər maraqlı tərəfləri bir yerə toplayaraq iqlim dəyişikliyi ilə bağlı vacib məsələləri müzakirə etməkdir. AİBİ ilə birgə təşkil ediləcək Forumda T20 şəbəkəsinə daxil olan və qlobal miqyasda ən nüfuzlu beyin mərkəzlərinin iştirakı planlaşdırılır. Forum ölkələr arasında dialoqu təşviq etməklə iqlim dəyişikliyinin təsirlərini daha dərindən anlamağı və Paris Sazişinin icrasına yönəlmiş tədbirləri sürətləndirməyi qarşıya hədəf qoyur.

Forumun missiyası ölkələr və təşkilatlar arasında təcrübə mübadiləsi və əməkdaşlığı gücləndirərək iqlimlə bağlı fəaliyyətə vahid yanaşmanı müəyyənləşdirmək, aşağı karbonlu iqtisadiyyata keçidi sürətləndirmək üçün innovativ texnologiyalar və təcrübələrin təşviqi, şəffaflıq və hesabatlılığın artırılması ilə maraqlı tərəflər arasında etimadın qurulmasını təmin etməkdir.

Forumda aşağıdakı mövzuların müzakirəsi nəzərdə tutulur:

1. iqlim dəyişikliyi, ədalətli keçid və beyin mərkəzlərinin rolu üzrə beynəlxalq sazişlər;

2. təmiz enerji və kritik minerallara keçid;

3.iqlim dəyişikliyinə adaptasiya və maliyyə məsələləri;

4. iqlim dəyişikliyi təsirlərinin azaldılması, adaptasiyada innovasiyalar və əməkdaşlıq;

5. iqlim dəyişikliyi və maraqlı tərəflərin korporativ sosial məsuliyyəti.

Qlobal Beyin Mərkəzləri Forumu COP29 çərçivəsində həyata keçirilən mühüm tədbirlərdən biri olaraq iqlim dəyişikliyi ilə mübarizədə geniş auditoriyanı bir yerə toplayacaq.

Forumun təşkil olunması Azərbaycanın COP29 çərçivəsində qlobal arenada nüfuzunun artırılmasına və beynəlxalq səviyyədə beyin mərkəzləri şəbəkəsi daxilində ölkənin strateji mövqeyinin gücləndirilməsinə əhəmiyyətli töhfə verəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Qlobal Beyin Mərkəzləri Forumu keçiriləcək

04-11-2024

İİTKM-də Qlobal Beyin Mərkəzləri Forumu keçirilib

16-11-2024

Vüsal Qasımlı “Qlobal Beyin Mərkəzlərinin Əməkdaşlığı” tədbirində çıxış edib

23-09-2024

Vüsal Qasımlı qlobal beyin mərkəzləri tədbirində çıxış edib

22-03-2025

Vüsal Qasımlı Nyu-Yorkda nüfuzlu beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb.

24-09-2024

“Qlobal iqlim böhranında strateji kommunikasiya” mövzusunda iclaslar keçiriləcək

11-11-2024

COP29 çərçivəsində Davamlı İnnovasiya Forumu keçiriləcək

03-11-2024

COP29 çərçivəsində dayanıqlı inkişaf liderlərinin görüşü keçiriləcək

11-11-2024

İqlim dəyişikliyi ilə mübarizədə texnologiyadan istifadə müzakirə olunub

17-11-2024

“Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” tədbirində nələr müzakirə ediləcək?

18-11-2024

Sədr müavini: COP29 yeni innovativ texnologiyaların təqdimatı üçün vacib bir platforma yaradacaq

24-10-2024

COP29-un prezidenti: Rəqəmsal texnologiyalardan istifadə emissiyaların təsirlərini azaldır

16-11-2024

Çində Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumu keçirilir

06-09-2025

“Azərkosmos” Norveçdə “İqlim dəyişikliyi üzrə qlobal kosmik konfrans”da iştirak edir

24-05-2023

COP29-dan sonra ölkələr və təşkilatlar “yaşıl rəqəmsal aktivliyə” geniş yer ayırır

27-11-2024

Sədr: Beynəlxalq kosmosa əsaslanan İqlim Fəaliyyəti öhdəliyi qəbul ediləcək

16-11-2024

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə dəyirmi masada nələr müzakirə olunacaq?

10-11-2024

COP29 çərçivəsində Kosmik Liderlərin Sammiti keçirilir

16-11-2024

RİNN COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb

04-11-2024

Nigar Arpadarai: Karbon saxlama, enerji səmərəliliyi texnologiyalarında yeniliklərə ehtiyacımız var

04-10-2024

İqlim dəyişikliyi ilə bağlı elektron platforma istifadəyə verilib

05-04-2024

Elm və Təhsil Nazirliyi COP29-da müzakirə ediləcək mövzuları açıqlayıb

11-11-2024

COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub

11-11-2024

Azərbaycan "Summit of the Future: Multilateral Solutions for a Better Tomorrow" sammitində təmsil olunur

22-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə