Previous Next
Bağla

Səhiyyə Nazirliyi işə qəbul prosesini tam elektronlaşdırıb

11-02-2025 13:37
Səhiyyə Nazirliyi işə qəbul prosesini tam elektronlaşdırıb

Səhiyyə Nazirliyi işə qəbul prosesini tam elektronlaşdırıb. “İşə Qəbul” alt sistemi səhiyyə müəssisələrində kadr seçim prosesini daha şəffaf, səmərəli və obyektiv həyata keçirmək məqsədilə tətbiq olunub. Sistem vasitəsilə tibb müəssisələrinin vakant yerləri elan edilir və namizədlər uyğun olduqları vəzifələrə müraciət edə bilirlər.

Xeberler.az Azərtaca istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin Treninq və Monitorinq Bölməsinin mütəxəssisi Aqşin Səmədov deyib. Bildirib ki, işə qəbul prosesinin əsas mərhələlərindən biri müsahibədir: “Müsahibə səhiyyə müəssisəsində komissiya üzvləri tərəfindən keçirilir və namizədlərin bilik və bacarıqları müəyyən edilmiş meyarlar üzrə qiymətləndirilir. Bu zaman hər bir namizədə eyni vakansiya üzrə eyni suallar verilir. Namizədin cavabları hər bir meyar üzrə 2 (qeyri-kafi), 3 (kafi), 4 (yaxşı) və ya 5 (əla) balla qiymətləndirilir. Əgər namizəd hər hansı meyar üzrə 2 bal alarsa, müsahibədən uğursuz keçmiş hesab edilir. Bütün meyarlar üzrə topladığı ballar yekun qiymətləndirməyə daxil edilir və nəticə sistemə ötürülür. Müsahibə başa çatdıqdan sonra sistem bütün namizədlərin yekun ballarını avtomatik müqayisə edir və ən yüksək bal toplayan namizədi seçir. Seçim nəticələri namizədlərə sistem üzərindən fərdi qaydada bildirilir”.

A.Səmədovun sözlərinə görə, namizədlər öz təhsil, bilik və bacarıqlarına uyğun olan bir neçə vakant vəzifəyə eyni anda müraciət edə bilərlər: “Bu, səhiyyə sahəsində işləyən kadrlar üçün daha geniş iş imkanları yaradır və müəssisələrə daha çox namizəd arasından seçim etməyə şərait yaradır. Sistem müsahibə vaxtlarının üst-üstə düşməsinin qarşısını alır. Bir namizəd üçün artıq bir tibb müəssisəsində müsahibə vaxtı təyin edildikdə, digər tibb müəssisələri həmin tarixdə eyni namizədi müsahibəyə dəvət edə bilmir. Bu mexanizm həm namizədlər, həm də səhiyyə müəssisələri üçün işə qəbul prosesini daha səmərəli və nizamlı edir”.

“Səhiyyə Nazirliyinin Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) çərçivəsində fəaliyyət göstərən “İşə Qəbul” alt sistemi işə qəbul prosesinin tam elektronlaşdırılmasını təmin edərək bir sıra üstünlüklər yaradır. Belə ki, mərkəzləşdirilmiş sistem - bütün səhiyyə müəssisələrinin vakansiyaları vahid platformada toplanır və namizədlər üçün əlçatan olur. Şəffaf və obyektiv qiymətləndirmə - müsahibə nəticələri sistemdə qeyd olunur və seçim reytinq əsasında aparılır. Avtomatlaşdırılmış uyğunluq yoxlaması - namizədlərin təhsili, iş təcrübəsi və ixtisas göstəriciləri sistem tərəfindən avtomatik filtrasiya edilir. Sənədlərin doğrulanması -namizədlərin diplom, sertifikat və digər sənədləri avtomatik yoxlanılır, bu da saxta sənəd təqdim edilməsinin qarşısını alır. Effektiv idarəetmə - müəssisələr real vaxt rejimində vakansiyalar və müraciət edən namizədlər haqqında məlumat əldə edə bilir. İstifadəçi dostu interfeys - həm işəgötürənlər, həm də namizədlər üçün müraciətlərin statusunu izləmək və bildirişlər almaq imkanı yaradılır. Sistem insan faktorunu minimuma endirərək səhiyyə müəssisələrinin ən uyğun kadrları daha sürətli və səmərəli şəkildə seçməsinə imkan yaradır. Elektronlaşdırılmış işə qəbul mexanizmi səhiyyə sahəsində insan resurslarının idarə edilməsini müasir tələblərə uyğunlaşdıraraq optimallaşdırır”, - deyə Aqşin Səmədov əlavə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
"AzInTelecom" MMC onlayn işə qəbul prosesini həyata keçirib

"AzInTelecom" MMC onlayn işə qəbul prosesini həyata keçirib

29-12-2020
E-bülleten nədir və əvvəlki kağız versiyadan nə ilə fərqlənir?

E-bülleten nədir və əvvəlki kağız versiyadan nə ilə fərqlənir?

23-04-2025
Elektron Səhiyyə Mərkəzinə 31 minə yaxın  müraciət edilib

Elektron Səhiyyə Mərkəzinə 31 minə yaxın müraciət edilib

27-12-2015
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlanır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlanır

23-10-2025
“Azərbaycan Dəmir Yolları” QSC-də işə qəbul prosesləri optimallaşdırılır

“Azərbaycan Dəmir Yolları” QSC-də işə qəbul prosesləri optimallaşdırılır

04-05-2023
Bir həftə ərzində 1730 elektron xəstəlik vərəqi imzalanıb

Bir həftə ərzində 1730 elektron xəstəlik vərəqi imzalanıb

07-05-2025
Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək

Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək

01-05-2025
”Elektron səhiyyə” portalı yeniləndi

”Elektron səhiyyə” portalı yeniləndi

17-12-2015
Mayın 1-dən “e-bülleten” sisteminə keçid ediləcək

Mayın 1-dən “e-bülleten” sisteminə keçid ediləcək

21-04-2025
Səhiyyə müəssisələrinin elektron poçt xidməti vahid domendə birləşdi

Səhiyyə müəssisələrinin elektron poçt xidməti vahid domendə birləşdi

09-03-2011
Xəstəlik vərəqələri elektron formada tərtib ediləcək

Xəstəlik vərəqələri elektron formada tərtib ediləcək

05-04-2024
Müəllimlərin işə götürülməsi üzrə elektron ərizə qəbulu başa çatıb

Müəllimlərin işə götürülməsi üzrə elektron ərizə qəbulu başa çatıb

16-07-2015
STEAM tədris edən müəllimlər üçün keçirilən müsabiqənin müsahibə mərhələsinə başlanılıb

STEAM tədris edən müəllimlər üçün keçirilən müsabiqənin müsahibə mərhələsinə başlanılıb

11-09-2024
Əlillik dərəcəsi elektron qaydada necə qiymətləndirilir?

Əlillik dərəcəsi elektron qaydada necə qiymətləndirilir?

02-08-2017
Naxçıvanda e-səhiyyə sistemi qurulur

Naxçıvanda e-səhiyyə sistemi qurulur

04-11-2025
Ekspert: Səhiyyə sistemi nə dərəcədə rəqəmsallaşıb ?

Ekspert: Səhiyyə sistemi nə dərəcədə rəqəmsallaşıb ?

09-12-2019
Elektron səhiyyə xidmətinə edilən müraciətlərin sayı açıqlanıb

Elektron səhiyyə xidmətinə edilən müraciətlərin sayı açıqlanıb

28-09-2015
Səhiyyə sistemində yeni texnologiyanın tətbiqinə başlanıb

Səhiyyə sistemində yeni texnologiyanın tətbiqinə başlanıb

23-01-2018
Ən axsaq yerimiz səhiyyə sistemidir

Ən axsaq yerimiz səhiyyə sistemidir

19-12-2020
Nazirlik: Bütün tibbi qeydiyyat sənədləri elektronlaşdırılacaq

Nazirlik: Bütün tibbi qeydiyyat sənədləri elektronlaşdırılacaq

18-12-2024
Elektron Səhiyyə Xidmətinə müraciətlər çoxalıb

Elektron Səhiyyə Xidmətinə müraciətlər çoxalıb

30-04-2015
Azərbaycanın elektron səhiyyə sahəsində yenilik

Azərbaycanın elektron səhiyyə sahəsində yenilik

09-12-2015
Elektron Səhiyyə Mərkəzi yaradıldı

Elektron Səhiyyə Mərkəzi yaradıldı

29-12-2014
"Elektron Səhiyyə" internet portalı yenilənib

"Elektron Səhiyyə" internet portalı yenilənib

28-02-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə