Previous Next
Bağla

Əlillik dərəcəsi elektron qaydada necə qiymətləndirilir?

02-08-2017 12:29
Əlillik dərəcəsi elektron qaydada necə qiymətləndirilir?

Əlillik dərəcəsi almaq üçün özünə qəsd yolu  ilə dövlət orqanına təzyiq etmək cəhdi qeyri-qanunidir və bu heç vaxt müsbət nəticələnə bilməz. Hazırda əlilliyin təyinatı proseduru elektron sistem vasitəsilə və tam şəffaf şəkildə həyata keçirilir. Ona görə də hansısa şəxsin özünə qəsd edərək şantaj etməklə əlilllik dərəcəsi almaq üçün müvafiq dövlət orqanına təzyiq göstərmək cəhdinin heç bir mənası yoxdur.

Xeberler.az-ın məlumarına görə,  bunu  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev vətəndaş Cabbarov Sərxan Sərvər oğlunun əlillik dərəcəsi almaq üçün özünü yandırmaq istəməsi hadisəsinə münasibət bildirərkən vurğulayıb.

E.Babayev bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) haqqında əsasnaməyə edilmiş dəyişikliklərə əsasən vətəndaşların onlara əlillik dərəcələrinin təyin edilməsi məqsədilə TSEK-lərə müvafiq sənədlərlə müraciət etmələri, TSEK-də müayinə olunmaqla əlilliyin qiymətləndirilməsi proseduru ləğv olunub:

“Bu proses artıq elektron qaydada, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) vasitəsilə həyata keçirilir. Belə ki, əlilliyin qiymətləndirilməsi üçün göndərişin (forma 88) rəsmiləşdirilməsi haqqında məlumat Səhiyyə Nazirliyindən elektron qaydada real vaxt rejimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq elektron sisteminə - TSERAS-a ötürülür. Göndərişi verən səhiyyə müəssisəsinin, onu təsdiq edən şəxslərin, eyni zamanda göndərişin aid olduğu şəxsin (əlillik vəziyyəti qiymətləndirilməli olan vətəndaşın) kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar elektron sistem tərəfindən adsızlaşdırılmaqla kodlaşdırılır. Bundan sonra həmin göndəriş əlilliyin qiymətləndirilməsi üçün elektron şəkildə onu vermiş səhiyyə müəssisəsinin yerləşdiyi və şəxsin qeydiyyatda olduğu yer üzrə TSEK istisna olunmaqla hər hansı TSEK-ə göndərilir”.

Nazirlik rəsmisi qeyd edib ki, göndərişi elektron formada qəbul etmiş TSEK tərəfindən həmin sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında şəxsin əlilliyi qiymətləndirilir və əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edilir.

Beləliklə, elektron sistem göndərişin kimə aid olduğu, hətta hansı rayon və şəhərin səhiyyə müəssisəsindən göndərildiyi bilinmədən, tam obyektiv və şəffaf şəkildə əlillik qrupunun təyin olunub-olunmamasına dair qərar qəbul edilməsinə imkan verir:

“Eyni zamanda, əlillik qrupunun təyin edilib-edilməməsinə  dair qərar barədə məlumat, eləcə də əlillik təyin olunmasından imtina verilibsə, bu imtinanın səbəbi də vətəndaşın elektron ünvanına və ya telefonla mesaj vasitəsilə ona çatdırılır: “Ona görə bir daha diqqətə çatdırırıq ki, əlilliyin qiymətləndirilməsi üçün elektron qaydada, insan müdaxiləsi, subyektiv yanaşmalar mümkün olmayan belə bir şəffaf sistem mövcud olduğu halda, özünə xəsarət yetirmək, şantaj vasitəsilə dövlət orqanına təzyiq etmək, guya bununla əlillik dərəcəsi almağa nail olmaq düşüncəsi yanlışdır. Belə cəhdlər qeyri-qanunidir və heç vaxt müsbət nəticələnə də bilməz”.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirliyin e-xidmətlərinə 6 milyondan çox müraciət olub

20-09-2017

Əlilliyi olan şəxslərin Elektron İnformasiya Bazası yaradılır

23-09-2019

Əlillik verilməsi üzrə sənəd qəbulu elektron formada olacaq

02-05-2012

Əlilliyi müəyyən edən sənədləri elektron qaydada qəbul edəcək yeni dövlət orqanı müəyyənləşib

09-06-2015

Tibbi-sosial ekspertiza sistemi tam elektronlaşdırılır

31-08-2015

Əlilliyi olan şəxslər üçün elektron sistem yaradılır

09-08-2019

Əlillik müayinəsinin nəticəsini telefonla öyrənəcəksiniz

01-02-2016

Nazirliyin innovativ yenilikləri Vyanada təqdim edilib

28-09-2016

Sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi elektron formada aparılacaq

15-09-2015

Nazirlik: Ötən il sosial sahə üzrə 400 min elektron arayış verilib

30-01-2025

Sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sistemi təkmilləşdirilir

14-09-2015

Əlillik müayinəsinin nəticəsini elektron formada necə öyrənmək olar?

17-01-2016

Son iki ayda sosial sahə üzrə 113 min elektron arayış verilib

25-03-2025

Nazirlikdə Dünya Bankının nümayəndələri ilə görüş keçirilib

04-12-2025

Yeni elektron xidmət istifadəyə verilib

10-12-2015

On bir ayda sosial sahə üzrə 349 min elektron arayış verilib

21-12-2024

İşsizlikdən sığorta ödənişinin təyinatı elektron qaydada aparılır

29-04-2025

Sosial sahə üzrə son on ayda 307 min elektron arayış verilib

28-11-2024

DOST mərkəzlərində əhaliyə proaktiv xidmətlər də göstəriləcək

03-12-2018

Əlilliyə görə pensiyaların elektron qaydada təyinatına başlanacaq

06-03-2019

Son beş ayda sosial sahə üzrə 260 min elektron arayış verilib

26-06-2025

Əlilliyə görə aylıq müavinətin təyinatı elektronlaşdırılıb

25-11-2019

Bu il ƏƏSMN 304 minədək e-arayış verib

19-07-2025

Ünvanlı dövlət sosial yardım sisteminin avtomatlaşdırılması prosesi yekunlaşıb

07-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə