Previous Next
Bağla

“Azərbaycan Dəmir Yolları” QSC-də işə qəbul prosesləri optimallaşdırılır

04-05-2023 16:54
“Azərbaycan Dəmir Yolları” QSC-də işə qəbul prosesləri optimallaşdırılır

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yeni inkişaf strategiyasına uyğun olaraq proseslərin səmərəli təşkil olunması və avtomatlaşdırılması  ilə əlaqədar  dəmir yollarının ehtiyacları, işçi heyətinə olan real təlabat və kadr potensialının inkişaf perspektivləri yenidən dəyərləndirilməkdədir. Hazırda vakansiyaların əsasən daxili kadr ehtiyatı hesabına komplektləşdirilməsi, işə qəbul prosesinin tam avtomatlaşdırılması, eyni zamanda daxili və xarici təlimlər vasitəsilə əməkdaşların bilik və bacarıqlarının əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görülməkdədir.

ADY-də işə qəbul Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla Cəmiyyətin müvafiq sahədə daxili sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə prosesi müraciətlərin ilkin seçimi, namizədlərin test imtahanlarında iştirakı və müsahibə olmaqla 3 mərhələdən ibarətdir.

ADY-də avtomatlaşdırılmış işə qəbul sisteminin tətbiqində məqsəd müsabiqələrdə şəffaflığı və obyektivliyi təmin etməkdir. Belə ki, ilkin seçim mərhələsində namizədlərin göstəricilərinin vakansiyanın tələblərinə uyğunluğu sistem tərəfindən insan müdaxiləsi olmadan tam avtomatik şəkildə həyata keçirilir. Müsabiqə prosesi dövründə məlumat mübadiləsini operativ təmin etmək məqsədilə namizədlərə “sms” bildirişlər göndərilir. Test imtahanı mərhələsində isə imtahan nəticələri dərhal ekranda əks olunmaqla yanaşı namizədlərin birbaşa elektron poçt ünvanlarına da göndərilir.

Test mərhələsi Bakı şəhərində ADY-nin Test Mərkəzində, regionlarda isə qurumun müvafiq inzibati binalarında daşına bilən elektron cihazlar vasitəsilə həyata keçirilir. Müsahibə mərhələsində iştirak edən namizədlər müvafiq meyarlar əsasında qiymətləndirilir və proses video qeydiyyata alınır.

Əməliyyatların fasiləsizliyinin təmin edilməsi və vakansiyaların təcili komplektləşdirilməsi məqsədilə ADY-də daxili və xarici Kadr Ehtiyat Bazaları (KEB) yaradılmışdır. Müvafiq vakansiya üzrə müsahibəni uğurla keçən və ən yüksək bal toplayan namizədə iş təklifi olunur, daha az bal toplayan, lakin keçid balını toplayan namizəd(lər) isə KEB-ə daxil edilir. Müvafiq vakansiya yarandığı təqdirdə öncə daxili kadr ehtiyatı bazasına müraciət olunur, vakansiya(lar) komplektləşdirilə bilinmədiyi təqdirdə xarici kadr ehtiyatı bazasına müraciət edilir.

Qeyd edək ki, 2023-cü ilin I rübünə əsasən ADY-də elektrik və hərəkət tərkibinin idarəedilməsi  sahələri üzrə vakansiyalara daha çox ehtiyac yaranmışdır.

Dövlət Məşğulluq Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində 89 nəfər işsiz vətəndaş ADY-də təşkil edilmiş kurslara cəlb olunmuşdur. Onlardan 34 nəfəri hazırda ADY-nin müxtəlif strukturlarında çalışmaqdadır.

Ali və peşə təhsili müəssisələri ilə əməkdaşlıq çərçivəsində 2023-cü ilin I rübündə 67 ali  və 25 peşə təhsilli gənclər ADY-nin işçi heyəti sıralarına qoşulmuşdur.

ADY rəhbərliyi tərəfindən korporativ sosial məsuliyyət proqramı çərçivəsində müharibə iştirakçıları, qazilər və şəhid ailələrinə daim xüsusi həssaslıqla yanaşılır. Belə ki, hazırda Cəmiyyətdə 53 şəhid ailəsinin üzvü, I və II Qarabağ müharibələrinin 829 iştirakçısı çalışmaqdadır.

ADY-də yaranan vakansiyaları mütəmadi olaraq www.career.ady.az saytından və korporativ sosial şəbəkələrindən izləmək, yaranmış suallarla bağlı isə (99412) 499 65 40 nömrəsinə və ya [email protected] elektron ünvanına müraciət göndərmək mümkündür. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ADY mobil tədbiqini yükləyənlərin sayı 400 mini ötüb

03-04-2026

ADY: Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür

24-02-2026

ADY-nin rəqəmsallaşdırılması istiqamətində irəliləyişə nail olunub

03-06-2025

Sosial mediada ADY adından saxta səhifələr açılır

02-11-2024

“ADY Mobile” tətbiqinin yüklənmə sayı 180 minə çatıb

22-01-2025

Qatarlarda ödənişsiz “Wi-Fi” xidmətinin tətbiqinə başlanılır

29-10-2024

ADY İT akademiyası yaradacaq

03-02-2025

"Azərbaycan Dəmir Yolları" mobil tətbiqini istifadəyə verib

20-10-2023

ADY ilk dəfə elektron imza ilə rəsmiləşdirilmiş qaimə əsasında yük göndərib

07-01-2025

ADY ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi sertifikatını əldə edib

14-12-2024

“Stadler” Azərbaycanda Regional Servis Mərkəzinin yaradılmasına investisiya yatıracaq

24-10-2023

ADY sədrinə yeni müavin təyin edilib

15-11-2024

ADY: Rəqəmsallaşma sərnişin təcrübəsini dəyişdirir

05-12-2025

Dəmiryolu stansiyalarında pulsuz “Wi Fi” zonaları yaradılacaq

31-05-2024

“ADY”nin fəaliyyəti rəqəmsal alətlər vasitəsilə yenidən formalaşdırılır

05-12-2025

“ADY hansısa bir istiqamətdən qatarı çıxarıb, digərinə calayır”

07-03-2023

ADY-nin elektron xidmətlər portalı “digital.login”ə inteqrasiya edilib

16-05-2025

Ayrı-ayrı dəmir yolu marşrutları xarici şirkətlərə icarəyə verilsin - Təklif

04-04-2024

ADY yenilənmiş korporativ veb-saytını təqdim edib

06-11-2024

"ADY" süni intellektin tətbiqinə hazırlaşır

03-06-2025

ADY İKT təhlükəsizlik məhsulları və lisenziyalarını aldı

06-11-2023

Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı qatarlarında pulsuz “Wi-Fi” aktivdir

13-11-2024

Səhiyyə Nazirliyi işə qəbul prosesini tam elektronlaşdırıb

11-02-2025

“Azərbaycan Dəmir Yolları” elektron xidmət portalını istifadəyə verib

11-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə