Selfie-ni sevənlər üçün yeni cihaz yaradıldı

06-01-2016 / 11:04

Las-Veqasda baş tutan və  dünyanın hər yerindən texnologiya həvəskarlarını, yazarlarını və markaları bir yerə toplayan  CES 2016  sərgisi davam edir.

Artıq bir çox insanın həyatının ayrılmaz hissəsi olan selfie cihazı CES 2016-da yeni bir cihazın  təqdim edilməsi ilə daha da inkişaf etdirilib.

Xeberler. az xarici mətbuata istinadən məlumat  verir ki,  Pic adlı  cihaz "selfie çəkmədən yaşaya bilmərəm” deyən insanlar üçün istehsal olunub.

Adı ilə yanaşı, sevimli görünüşə sahib olan Pic  hər vəziyyətdə selfie çəkmə imkanı məqsədilə istehsal edilib.  Buna görə də olduqca yığcam formada hazırlanıb.

Selfie ilə yanaşı, video  çəkəbilən bu cihaz  1080p HD görüntü  gücündə şəkillər də çəkir.

Pic-i istehsal  edən şirkətinin məlumatına görə,  Pic 1 saatlıq  video  çəkir.

Elastik quruluşu sayəsində Pic-i  biləyinizdə, velosipedinizdə də istifadə edə bilərsiniz.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə