Selfie üçün ilk dron ixtira edilib

19-07-2016 / 14:26

Selfie çubuğu uzun müddətdir əksər fotoqrafiya həvəskarları üçün əvəzedilməz qurğu hesab edilir, onsuz həm həvəskarlar, həm də peşəkarlar üçün istənilən fotosessiyanı təsəvvür etmək qeyri-mümkündür.

Belə qurğular gündəlik həyata daxil olduqdan sonra onlar daim təkmilləşdirilərək daha qəribə formalar alır və daim yeni funksiyalarla təchiz edilir.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, belə qurğulardan biri bu yaxınlarda patent hüququnun alındığı, istifadəçiyə gözəl dalğalanan saçlarla fotoşəkillər çəkməyə imkan verən ventilyatorun quraşdırıldığı selfi çubuğudur. Qurğunun iş prinsipi çox sadədir. Belə ki, selfi çubuğunda quraşdırılan propeller şəkil çəkdirən insanın saçlarını dalğalandırır.

Məlumata görə, avstraliyalı ixtiraçı Saymon Kantor selfie çubuğunu əsas kimi götürərək onun alternativini kəşf etməklə Android və iOS əməliyyat sistemləri ilə uyğunluq təşkil edən selfi üçün ilk pilotsuz uçan aparat yaradıb.

Kiçikölçülü dron 25 km/saat sürətlə uçur, eləcə də istifadəçidən 25 metr məsafəyədək aralana və 25 dəqiqəyədək havada qala bilir. Həmçinin GPS modulu ilə təchiz edilən aparat maneələrdən yan keçir.

Bundan başqa, qiyməti 400 dollar təşkil edən qurğu istifadəçinin arxasınca nəzarət olmadan uçur ki, bu da ona müxtəlif və çoxlu şəkillər çəkməyə imkan verir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə