Microsoft-dan iPhone üçün yenilik

02-01-2016 / 16:53

Dünyanın ən böyük texnoloji şirkətlərindən olan Microsoft digər məşhur texnoloji firmalardan olan Apple-ın istehsal etdiyi cib telefonu iPhone üçün selfie tətbiqi hazırladığını açıqlayıb.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, şirkətin verdiyi məlumata görə, bu tətbiq yalnız selfie və portret üçündür.

Tətbiqdə 13 filtr var. Bu filtrlər şəkli təmizləyir və daha yaxşı vəziyyətə gətirir.

Bundan əlavə,  “müqayisə et” bölümünə klikləyərək fotonun köhnə və təzə versiyasını görmək mümkündür.

Tətbiqin əsas funksiyası burun kiçiltmə, avtomatik poz vermə və rəng çalarlarından ibarətdir.

Tətbiq iPhone, iPad və iPod Touch modelləri üçün nəzərdə tutulub.

 

Ruhəngiz Muradova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə