Ötən həftə dünyada yüksək texnologiyalar, İKT sektoru kifayət qədər zəngin olması ilə yadda qaldı.
Məlumat verdyimiz kimi, ABŞ-ın Las-Veqas şəhərində keçirilən Consumer Electronics Show 2016 ( CES) sərgisində İT şirkətlər bir sıra yeni texnologiyalarını nümayiş etdirdi.
Bundan başqa, elm adamları tərəfindən bir sıra yeni innovativ kəşflər də təqdim edildi.
Bununla yanaşı, tanınmış İT şirkətlər 2015 ilə bağlı bəzi maraqlı nəticələrini açıqladı.
Bütün bunlar ötən həftə dünya mediasının gündəmini zəbt etdi.
Olduqca yeni innovativ layihələr, avadanlıqlar təqdim edilən CES-i Xeberler.az olaraq izləməyə çalışdıq və bununla bağlı saytımızda mütəmadi məlumatlar yayımladıq.
Lakin bəzən oxucularımız işlərinin çoxluğundan bütün bu olanlar barədə operativ məlumat əldə bilmir.
Bunu nəzərə alaraq ötən həftə dünyada baş verən texnoloji yeniliklərin , açıqlanan maraqlı məlumatların qısa icmalını təqdim edirik:
Bayram tətilindən sonra Microsoft Windows 10 ilə işləyən aktiv cihaz sayının 200 milyonu keçdiyini açıqladı. Statistikaya görə, Windows 10 Windows 7-dən yüzdə 140, Windows 8-dən isə yüzdə 400 nisbətində daha sürətli böyüyərək Microsoft-un ən sürətli böyüyən əməliyyat sistemi olub.
Əlbəttə, bu, şirkət üçün böyük rəqəm idi.
Microsoft-dan daha bir maraqlı məlumat verildi. Belə ki, şirkətin marketinq üzrə direktoru Kris Каposella bəyan edib ki, şirkət böyük uğura imza atacaq yeni smartfon hazırlayır.
App Store yeni il dövründə, yəni yanvarın 3-nə kimi davam edən iki həftə ərzində rekorda imza atdı. Belə ki, rekord müştərilərin tətbiqlər üçün 1.1 milyard dollar xərcləməsi ilə bağlı olub.
Microsoft şirkəti daha bir məlumat yayaraq bildirdi ki, yanvarın 12-də Internet Explorer (IE) brauzerinin 8, 9 və 10-cu versiyalarına dəstəyi dayandıracaq.
Facebook da Messenger-in aktiv istifadəçi sayının 800 milyona çatdığını bildirdi.
Şirkət həmçinin istifadəçilərin şikayətini nəzərə alaraq xəbərlər bölməsini bir neçə hissəyə böləcəyini açıqladı. Bununla da dostlarınızın və ya üzv olduğunuz qrup və səhifələrin etdiyi paylaşımlar kateqoriyalara əsasən görünməyə başlayacaq.
Amazon onlayn ticarət platforması bir çox şirkətin etdiyi kimi öz əməliyyat sistemini yaratmağı qərara alıb.
Daha bir maraqlı ixtira isə Yaponiyadan gəldi. Belə ki, yaponiyalı bir elm adamı düşüncələri oxuyan texnologiya hazırlayıb. Kyuşu Texnologiya İnstitutundan professor Toşimasa Yamazakinin hazırladığı texnologiya bir insanın danışmadan əvvəl beyin dalğaları ilə deyəcəklərini əvvəlcədən bildirir.
Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları içərisində elektronika və dərman olan yeni sarğı növü yaratdılar. Belə ki, bu ağıllı sarğı yaraya insanın köməyi olmadan qulluq edir.
Blackview ULtra Plus Apple-ın son model ağıllı telefonu iPhone 6S Plus-a oxşar telefon kimi təqdim etdi.
WiFi Alliance təşkilatı “Wi-Fi 802.11ah” (“Halow”) rabitə standartını rəsmən təsdiq edib. Belə ki, yeni rabitə standartı indiki ilə müqayisədə simsiz rabitə siqnalının radiusunu iki dəfə artırmağa imkan verir. Bu halda yeni standart siqnalın divarın digər tərəfinə daha yaxşı ötürülməsini təmin edir və bu zaman daha az enerji sərf edilir.
Parrot-un yeni Disco adlı yüksək sürətli dronunu təqdim etdi. Bu dronun sürəti 80 km/saata çata bilir. Parrat-un yeni dorunu Azərbaycanlı gənclər-startapçılar arasında da ciddi müzakirələrə səbəb oldu.
Samsung böyük bir sensor ekrana malik olan soyuducu istehsal etdiyini açıqladı. Bu soyuducunun sensor ekranı əsas kontrol mərkəzi olacaq.
Yadınızdadırsa, Türkiyənin Məlumat Texnologiyaları və Ünsiyyət Təşkilatı (BTK) Twitter-i 54 minə qədər ( 150 min lirə) cəzalandırmışdı.
Twitter-in bu pulu ödəməkdən boyun qaçırması və cəza qərarının ləğv olunması üçün məhkəməyə müraciət etməsi də xarici medianın gündəm mövzusu oldu.
CES 2016-da ən maraqlı IBM şirkəti ilə Pepper robotunun istehsalçısı Yaponiyanın Softbank texnologiya şirkəti arasında imzalanan saziş oldu. Belə ki, Təkmilləşdirilmiş Pepper robotu məlumatları (məsələn, sosial mediada postları, şəkil, video və mətn) təhlil edə biləcək.
CES-də qlobal internet televiziya bağlantısı olmaq yolunda addımlayan Netflix-in CES 2016-da fəaliyyətə başlayacağı yeni bazarları arasında Azərbaycanın da adının olması ölkə gündəmini canlandırdı.
Sərgidə daha bir maraqlı təqdimat isə Fransanın Digitsole şirkətinin ağıllı ayaqqabı seriyasını təqdim etməsi oldu. Ayaqqabının əsas üstünlüyü qış fəslində ayaqları isitmək qabiliyyətinə malik olmasındadır. Bundan əlavə, krossovkalar içərisində yerləşdirilmiş sensor sayəsində atdığınız addımların sayını, həmçinin gün ərzində itirdiyiniz kalorini hesablaya bilir.
CES 2016 sərgisi çərçivəsində təşkil edilən Techcrunch Hardware Battlefield müsabiqəsində təqdimat edən Glance Clock layihəsi divar saatlarının funksiyasını dəyişdirməyə hazırlaşdığını açıqladı. Belə ki, Uber sifarişinin çatacağı vaxtı müəyyən edə və daha çox bu kimi funksiyaları yerinə yetirə biləcək ağıllı divar saatı üzərində işlədiyini bildirdi.
Sərgidə Çinli dron istehsalçısı Ehang insansız hava vasitələri klassik dron modellerindən başqa, sərnişin daşıyabilən yeni dron təqdim etməsi olduqca maraqla qarşılandı.
CES 2016 –da Nvidia Drive PX2 adlı avtomobil prosessoru təqdim etdi. Drive PX2 prosessorunun 150 ədəd MacBook Pro prosessoru gücündə olduğu açıqlandı.
CES 2016-da "selfie çəkmədən yaşaya bilmərəm” deyən insanlar üçün Pic adlı yeni selfie cihazı təqdim edildi.
Apple direktoru Tim Cook ötən il 10 milyon 281 min dollar qazananığını açıqladı.
Deloitte ötən il Türkiyənin internet və texnologiya sahəsinə 1 milyard dollara yaxın yatırım edildiyini açıqladı.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri