Previous Next
Bağla

Sərbəst Satış Sertifikatının verilməsinə başlandı-Tələblər

19-04-2018 12:19
Sərbəst Satış Sertifikatının verilməsinə başlandı-Tələblər

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azexport portalı vasitəsi ilə Sərbəst Satış Sertifikatı təqdim olunub.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Azexport portalının rəhbəri Zaur Qardaşov bildirib ki, Sərbəst Satış Sertifikatı beynəlxalq ticarətdə nisbətən yeni tətbiq olunan nəzarət tənzimləmə mexanizmidir:

“Sertifikat bir çox ölkələrdə icbari xarakter daşıyır və insan orqanizmi ilə təmasda olan qida, kosmetika, tekstil, tibbi cihazlar, gigiyenik vasitələr və s. məhsulların dövriyyəsində təhlükəsizliyin təmin edilməsi üçün tətbiq edilir.”

Qeyd edək ki, Azexport portalının fəaliyyəti çərçivəsində müəyyən olunub ki, Azərbaycan məhsullarının bir çox ölkələrə ixracı üçün Sərbəst Satış Sertifikatının (“Free sales certificate”) olması zəruridir. Portal bu istiqamətdə bir sıra araşdırmalar aparıb və təkliflər verib.

 Sertifikatın verilməsi üçün aşağıdakı sənədlər tələb edilir:

• Şirkətin qeydiyyat şəhadətnaməsi;

• Sərbəst satış sertifikatı tələb olunan malların siyahısı;

• Keyfiyyət sertifikatı;

• Malların uyğunluq sertifikatı;

• (Qanunla nəzərdə tutulduğu halda) malların istehsalı üçün lisenziya;

• Beynəlxalq eyniləşdirmə nömrəsi - barkod (əgər varsa);

• Ölkə ərazisində malların satışının təsdiqi (2-3 müştəriyə, faktura, çek və ya vergi hesab-faktura).

 Sertifikatı verən orqan bu və ya digər məhsulun ölkə daxilində sərbəst dövriyyədə (satışda) olduğunu həmin sertifikatla təsdiqləyir. Təsdiqləmə üçün məhsula ölkə daxilində müxtəlif qurumlar tərəfindən verilmiş sertifikatların (keyfiyyət, gigiyenik, uyğunluq və s.) və məhsulun hazırda bir neçə ticarət şəbəkəsində satışda olmasını təsdiq edən sənədlərin olması kifayət edir. Sertifikatın verilməsi üçün əlavə heç bir laboratoriya testləri tələb olunmur.

Zaur Qardaşovun sözlərinə görə, Sertifikatın mahiyyəti həm də ondan ibarətdir ki, hökumət tərəfindən ölkədə sertifikatı verən rəsmi orqan müəyyən edilir. Azərbaycanda bu rəsmi orqan Prezident sərəncamına uyğun olaraq, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi təyin edilib.

Azərbaycan, MDB məkanında bu tip sertifikatı təqdim edən 3-cü ölkədir. Sərbəst Satış Sertifikatının verilməsi Azərbaycan şirkətlərinə əvvəllər ixracı mümkün olmayan 100-dən çox ölkənin bazarlarını açıq edir. Bu gün sertifikatın təqdim edildiyi dörd şirkət - "Gazelli Group", "Apiaz MMC"(“Ballı” brendi ), "Aznar QSC", "Brightman MMC" (“Zıra” brendi) -bu sertifikat sayəsində öz məhsullarının Ərəb ölkələri və ABŞ bazarına ixracını reallaşdırır.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azexport portalının təqdim etdiyi Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb

18-01-2019

“Azexport” portalının dəstəyi ilə Efiopiyaya məhsul ixrac ediləcək

22-11-2024

“Azexport”un dəstəyi ilə Azərbaycandan Efiopiyaya un məmulatları ixrac olunacaq

16-09-2024

Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir

22-11-2019

"Azexport" daha bir məhsula Sərbəst Satış Sertifikatı verib

09-10-2025

“Azexport” Bolqarıstana ixrac üçün sərbəst satış sertifikatı təqdim edib

17-06-2025

“Azexport” portalı İndoneziyaya ixrac üçün sərbəst satış sertifikatlarını təqdim edib

20-11-2023

"Azexport" vasitəsilə 763 sərbəst satış sertifikatı təqdim edilib

25-12-2025

Ötən il “Azexport” portalı ixracatçılara 61 ədəd sərbəst satış sertifikatı təqdim edib

22-01-2025

Azexport.az Dövlət İdarəçilik Akademiyasında e-ticarət təlimi keçirib

23-02-2019

Sahibkarların işi asanlaşdı- Yeni elektron xidmət

01-08-2017

Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb

15-11-2019

Azexport portalının xüsusi buraxılışı nəşr olundu

23-01-2019

Bu il 85 mindən çox “ASAN İmza” sertifikatı verilib

11-03-2025

Bu il vergi ödəyicilərinə 463 minə yaxın “ASAN İmza” sertifikatı verilib

09-10-2024

Cari ildə 320 minə yaxın “ASAN İmza” sertifikatı verilib

09-09-2025

Azərbaycanda aviasiya sahəsində sertifikatın qüvvəsi maksimum 90 gün müddətinə dayandırılacaq

18-10-2023

İKTA uyğunluq sertifikatı olmayan avadanlıqlarla bağlı vətəndaşlara xəbərdarlıq edir

09-02-2024

USAID və Azexport əməkdaşlıq edir

08-02-2023

Ötən il verilən “ASAN İmza” sertifikatlarının sayı 601 mini ötüb

10-01-2025

“Distant Amazon və Elektron Ticarət Təlimi”nin sertifikatları «QR kod” ilə təqdim olunub

03-06-2020

Kaspersky: Dələduzlar Avropa vaksin sertifikatlarını 300 dollara satır

05-11-2021

Azərbaycanda 5 ayda 150 mindən çox "ASAN İmza" sertifikatı verilib

12-06-2023

CYBERO MMC Azərbaycanda bir ilkə imza atdı

13-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə