Previous Next
Bağla

Azexport portalının təqdim etdiyi Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb

18-01-2019 16:12
Azexport portalının təqdim etdiyi Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı “Sərbəst Satış Sertifikatı – yeni ixrac imkanları” mövzusunda təqdimat edib.

Xeberler.az  bildirir ki, tədbirin keçirilməsində başlıca məqsəd sertifikat sayəsində hansı ölkələrə ixrac imkanlarının genişlənməsi barədə məlumatlar təqdim etmək və sahibkarları sertifikatın imkanlarından istifadəyə çağırmaqdır.

Qeyd edək ki, Azexport portalı vasitəsi ilə təqdim olunan Sərbəst Satış Sertifikatının verilməsi, Azərbaycan şirkətləri üçün əvvəllər ixracı mümkün olmayan 100-dən çox ölkənin bazarlarını açıq edib. Belə ki, 2018-ci ildə sertifikat təqdim olunan dörd şirkət – “Gazelli Group”, “Apiaz MMC” (“Ballı” brendi ), “Aznar” QSC, “Brightman” MMC (“ZIRA” brendi) – artıq bu sertifikat sayəsində öz məhsullarını Amerika Birləşmiş Ştatları, Dominikan, Filippin, İndoneziya, Çin, Səudiyyə Ərəbistanı,
Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər kimi bir çox ölkələrə məhsul ixracını reallaşdırıb.

Dünyanın əksər ölkələrinə idxal üçün icbari xarakter daşıyan sertifikat insan orqanizmi ilə təmasda olan qida, kosmetika, tekstil, tibbi cihazlar, gigiyenik vasitələr və s. məhsulların dövriyyəsində təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır. Sertifikatı verən orqan bu və ya digər məhsulun ölkə daxilində sərbəst dövriyyədə (satışda) olduğunu həmin sertifikatla təsdiqləyir.

Təsdiqləmə üçün məhsula ölkə daxilində müxtəlif qurumlar tərəfindən verilmiş sertifikatların və məhsulun hazırda ticarət şəbəkəsində satışda olmasını təsdiq edən sənədlərin olması kifayət edir. Sertifikatın verilməsi üçün əlavə heç bir laboratoriya testləri tələb olunmur. Azərbaycanda ilk dəfə təqdim olunan Sərbəst Satış Sertifikatını əldə edən “Gazelli Group”-un departament direktoru Nigar Ramazanova bildirib ki, bu sertifikat bir çox ölkələrə ixrac zamanı yaranan problemləri aradan qaldırıb:

“Bundan əvvəl bəzi ölkələrdən aldığımız ixrac sifarişlərini reallaşdıra bilmirdik. Buna səbəb ölkədə Sərbəst Satış Sertifikatını təqdim edən qurumun olmaması idi. Hazırda bu problemimiz aradan qalxıb və biz əksər ərəb ölkələrinə rahatlıqla məhsul ixrac edə bilirik.”

“Aznar” QSC-nin ixrac departamentinin nümayəndəsi Toğrul Qasımov isə əlavə edib ki, təmsil etdiyi qurumun yeni ixrac bazarlarına çıxması məhz Sərbəst Satış Sertifikatını əldə edəndən sonra mümkün olub:

Uzun müddətdir ki, bizə Filippin, Dominikan və digər Okeaniya ölkələrindən ixrac sifarişləri daxil olurdu. Lakin Sərbəst Satış Sertifikatının olmaması ixracı reallaşdırmağımıza mane olurdu. Hazırda Azexport portalı vasitəsi ilə sertifikatları əldə edə bilirik. Bu bizim üçün yeni ixrac imkanları deməkdir.Düşünürəm ki, bir müddət sonra Amerika və Okeaniya ölkələri ilə yanaşı dünyanın əksər ölkəri bu sertifikatı idxal zamanı zəruri kimi hesab edəcək.

“Brightman” MMC-nin nümayəndəsi Afət Əhmədova da Sərbəst Satış Sertifikatı vasitəsi ilə şirkətin əldə etdiyi böyük üstünlüklərdən danışıb:

“Şirkətimiz ixrac coğrafiyasını genişləndirməyə çalışır. Son bir neçə ayda Sərbəst Satış Sertifikatını əldə etdikdən sonra biz nəhayət ki, ABŞ bazarına daxil ola bildik. Bu bazarda məhsul satmaq üçün isə SSS sertifikatı tələb olunur. Bu sertifikatı aldıqdan sonra rahat şəkildə ABŞ bazarına giriş əldə etdik. Hazırda məhsulların BƏƏ bazarına ixracına çalışırıq. Bu bazarda da SSS sertifikatı tələb olunan sənədlər siyahısındadır. Bu sertifikatla silahlanaraq tez bir zamanda BƏƏ bazarında da Azərbaycan məhsullarını uğurla satmaqda israrlılıq.”

Qeyd edək ki, Sertifikatın verilməsi üçün tələb olunan sənədlərə şirkətin qeydiyyat şəhadətnaməsi, sərbəst satış sertifikatı tələb olunan malların siyahısı, keyfiyyət sertifikatı, malların uyğunluq sertifikatı, (qanunla nəzərdə tutulduğu halda) malların istehsalı üçün lisenziya, beynəlxalq eyniləşdirmə nömrəsi - barkod (əgər varsa), ölkə ərazisində malların satışının təsdiqi (2-3 müştəriyə, faktura, çek və ya
vergi hesab-faktura) daxildir. Sərbəst Satış Sertifikatı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli Fərmanına uyğun olaraq Azexport.az portalı vasitəsi ilə təqdim olunur. Sahibkarlarla görüş zamanı Azexport portalının təqdim etdiyi yeniliklər də müzakirə olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Sərbəst Satış Sertifikatının verilməsinə başlandı-Tələblər

Sərbəst Satış Sertifikatının verilməsinə başlandı-Tələblər

19-04-2018
“Azexport”un dəstəyi ilə Azərbaycandan Efiopiyaya un məmulatları ixrac olunacaq

“Azexport”un dəstəyi ilə Azərbaycandan Efiopiyaya un məmulatları ixrac olunacaq

16-09-2024
Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir

Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir

22-11-2019
“Azexport” portalının dəstəyi ilə Efiopiyaya məhsul ixrac ediləcək

“Azexport” portalının dəstəyi ilə Efiopiyaya məhsul ixrac ediləcək

22-11-2024
“Azexport” portalı İndoneziyaya ixrac üçün sərbəst satış sertifikatlarını təqdim edib

“Azexport” portalı İndoneziyaya ixrac üçün sərbəst satış sertifikatlarını təqdim edib

20-11-2023
“Azexport” Bolqarıstana ixrac üçün sərbəst satış sertifikatı təqdim edib

“Azexport” Bolqarıstana ixrac üçün sərbəst satış sertifikatı təqdim edib

17-06-2025
"Azexport" daha bir məhsula Sərbəst Satış Sertifikatı verib

"Azexport" daha bir məhsula Sərbəst Satış Sertifikatı verib

09-10-2025
Azexport portalı növbəti sərbəst satış sertifikatlarını təqdim edib

Azexport portalı növbəti sərbəst satış sertifikatlarını təqdim edib

18-06-2026
"Azexport" vasitəsilə 763 sərbəst satış sertifikatı təqdim edilib

"Azexport" vasitəsilə 763 sərbəst satış sertifikatı təqdim edilib

25-12-2025
Ötən il “Azexport” portalı ixracatçılara 61 ədəd sərbəst satış sertifikatı təqdim edib

Ötən il “Azexport” portalı ixracatçılara 61 ədəd sərbəst satış sertifikatı təqdim edib

22-01-2025
Azexport.az Dövlət İdarəçilik Akademiyasında e-ticarət təlimi keçirib

Azexport.az Dövlət İdarəçilik Akademiyasında e-ticarət təlimi keçirib

23-02-2019
Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb

Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb

15-11-2019
İslahat icmalının xüsusi buraxılışı onlayn vahid ixrac ərizəsinə həsr olunub

İslahat icmalının xüsusi buraxılışı onlayn vahid ixrac ərizəsinə həsr olunub

22-02-2019
 Sahibkarların işi asanlaşdı- Yeni elektron xidmət

Sahibkarların işi asanlaşdı- Yeni elektron xidmət

01-08-2017
Azexport yeni elektron satış portalları ilə əməkdaşlığa başlayıb

Azexport yeni elektron satış portalları ilə əməkdaşlığa başlayıb

27-07-2018
Azexport portalının xüsusi buraxılışı nəşr olundu

Azexport portalının xüsusi buraxılışı nəşr olundu

23-01-2019
Azexport.az 2 qlobal portala inteqrasiya olunub

Azexport.az 2 qlobal portala inteqrasiya olunub

15-02-2017
Ötən il Azexport.az 475 milyon dollar ixrac sifarişi alıb

Ötən il Azexport.az 475 milyon dollar ixrac sifarişi alıb

18-01-2018
Azexport portalı vasitəsilə son 10 ildə ilk dəfə Rusiyaya yun ixracı həyata keçirilib

Azexport portalı vasitəsilə son 10 ildə ilk dəfə Rusiyaya yun ixracı həyata keçirilib

11-12-2018
Azərbaycanda sahibkarlar üçün yeni e-xidmət-Video

Azərbaycanda sahibkarlar üçün yeni e-xidmət-Video

14-02-2018
Azexport.az-a 37,6 milyon ixrac sifarişi daxil olub

Azexport.az-a 37,6 milyon ixrac sifarişi daxil olub

07-04-2018
Azexport.az-a 185,6 milyon ixrac sifarişi daxil olub

Azexport.az-a 185,6 milyon ixrac sifarişi daxil olub

27-04-2018
Azexport portalına daxil olan ixrac sifarişlərin dəyəri azalıb

Azexport portalına daxil olan ixrac sifarişlərin dəyəri azalıb

30-09-2022
Azexport.az-da 111 milyon dollardan çox sifariş olub

Azexport.az-da 111 milyon dollardan çox sifariş olub

24-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə