Previous Next
Bağla

Kaspersky: Dələduzlar Avropa vaksin sertifikatlarını 300 dollara satır

05-11-2021 17:51
Kaspersky: Dələduzlar Avropa vaksin sertifikatlarını 300 dollara satır

Kaspersky bir neçə kölgə şəbəkə meydançalarını araşdırıb və koronavirus infeksiyasına qarşı Avropa nümunəsində onlayn peyvənd sertifikatı üçün satış təkliflərinin olduğunu aşkarlayıb. Elanlardakı sənəd ortalama 300 ABŞ dolları qarşılığında təklif olunur.
 
Dələduzlar əmin edirlər ki, sertifikatı aldığı zaman müştəri haqqında məlumatlar bazaya əlavə edilir və ona unikal QR kod təyin olunur. Alıcı peyvənd olunacağı ölkəni və peyvənd istehsalçısını seçməkdə sərbəstdir: AstraZeneca, Pfizer, Johnson&Johnson və ya Moderna. Sertifikatın özü guya hansısa bir Şərqi Avropa ölkəsində hazırlanır. Mütəxəssislər güman edir ki, elanın əsas məqsədi istifadəçilərdən pul qoparmaqdır.

 
Sertifikatı QR kodla və digər bütün məlumatlarla birgə elektron sənəd formatında göndərəcəklərinə söz verirlər. Satıcılar əmin edirlər ki, sənədin doğruluğunu CovPass, CovidCheck, Corona Warn və digər rəsmi tətbiqlərin köməyilə yoxlamaq mümkündür. Bəzi hallarda ödənişin istənilən kriptovalyuta ilə qəbul edildiyi qeyd olunur. Elanlara həm ingilis, həm də rus dillərində rast gəlmək olar.

 “Təcavüzkarlar çoxdandır ki, müxtəlif üsullarla pandemiya, məhdudiyyətlər və peyvəndləmə mövzularından qazanc əldə etməyə çalışırlar. Hələ bu ilin mart ayında COVID-19-a qarşı xarici ölkə peyvəndlərinin satıldığının şahidi olmuşuq. Daha sonra bu mövzuya maraq azaldı. İndi təcavüzkarlar insanların dünyanı daha sərbəst gəzmək arzusuna kökləniblər, çünki bəzi ölkələrdə müvafiq peyvənd sənədləri olmayanlar üçün səyahət məhdudiyyəti tətbiq olunur. Hər bir halda, kölgə şəbəkələrdən hər hansı bir sertifikatı almamağı təkidlə tövsiyə edirik. Çox güman ki, bütün bu tipli elanlar insanların pulunu ələ keçirmək üçün adi dələduzluq cəhdləridir”, - deyə Kaspersky-nin kiber təhlükəsizlik mütəxəssisi Dmitri Qalov bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky: Covid-19 vaksini “darknet”-də ortalama 500 dollara satılır

Kaspersky: Covid-19 vaksini “darknet”-də ortalama 500 dollara satılır

10-03-2021
KXDR hakerləri koronavirusa qarşı peyvəndlər barədə məlumatları oğurlamağa çalışıb

KXDR hakerləri koronavirusa qarşı peyvəndlər barədə məlumatları oğurlamağa çalışıb

16-02-2021
Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021
Kaspersky rusdilli kiber cinayətkarlığın son beş ildə olan təkamülünü təhlil edib

Kaspersky rusdilli kiber cinayətkarlığın son beş ildə olan təkamülünü təhlil edib

29-10-2021
Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022
Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021
Kaspersky tanınmış oyunlarda zərərli proqram aşkarlayıb

Kaspersky tanınmış oyunlarda zərərli proqram aşkarlayıb

28-09-2021
“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

25-11-2021
Kaspersky: insanların yalnız 42 faizi peyvənd olunan və ya antitellərə malik şəxslərlə görüşməyə hazırdır

Kaspersky: insanların yalnız 42 faizi peyvənd olunan və ya antitellərə malik şəxslərlə görüşməyə hazırdır

07-07-2021
Azərbaycanda internetdə dələduzluq mənbələri aşkarlanıb

Azərbaycanda internetdə dələduzluq mənbələri aşkarlanıb

11-11-2020
Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021
Kaspersky bank troyanı QakBot-un yeni versiyasına yoluxmalarda artım qeydə alıb

Kaspersky bank troyanı QakBot-un yeni versiyasına yoluxmalarda artım qeydə alıb

03-09-2021
Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

10-07-2020
Azexport portalı növbəti sərbəst satış sertifikatlarını təqdim edib

Azexport portalı növbəti sərbəst satış sertifikatlarını təqdim edib

18-06-2026
 "Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022
Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021
Bir sıra rəqəmsal sənəd və məlumatlar vətəndaşların istifadəsinə verilib

Bir sıra rəqəmsal sənəd və məlumatlar vətəndaşların istifadəsinə verilib

13-02-2025
Kaspersky kütləvi zərərli poçt göndərişləri aşkarlayıb

Kaspersky kütləvi zərərli poçt göndərişləri aşkarlayıb

04-05-2022
Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020
Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

20-05-2022
Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022
“Kaspersky”dən kibertəhdid mənzərəsinin necə dəyişəcəyinə dair proqnoz

“Kaspersky”dən kibertəhdid mənzərəsinin necə dəyişəcəyinə dair proqnoz

25-11-2020
Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020
“Azexport” Bolqarıstana ixrac üçün sərbəst satış sertifikatı təqdim edib

“Azexport” Bolqarıstana ixrac üçün sərbəst satış sertifikatı təqdim edib

17-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə