Previous Next
Bağla

Sərxan Həşimova Microsoft-da yeni vəzifə verildi

28-11-2017 12:23
Sərxan Həşimova Microsoft-da yeni vəzifə verildi

Microsoft Azerbaijan şirkətinin baş direktoru Sərxan Həşimov Microsoft-un MDB üzrə İdarə Heyətinin üzvü seçilib.

Xeberler.az bildirir ki, Sərxan Həşimov korporasiyanın biznesinin Türkmənistan və Tacikistanda inkişafı məsuliyyətini də üzərinə götürüb.

Sərxan Həşimovun əsas vəzifələri Microsoft-un biznesinin Türkmənistan və Tacikistanda inkişafı, o cümlədən bulud texnologiyaları sahəsində, əsas tərəfdaşlar və sifarişçilərlə işgüzar əlaqələrin qorunub saxlanması, həmçinin dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığın inkişafı və nümayəndəliyin komandasına rəhbərlik etməsindən ibarətdir.

“Türkmənistan və Tacikistan bazarları bizim şirkətin bulud və mobil texnologiyaları, platforma həlləri və birgə iş üzrə vəsaitlər kimi prioritet istiqamətlərini uğurlu inkişaf etdirməsi üçün lazımi xüsusiyyətlərə malikdirlər. Əminəm ki, missiyamızı icra edərək – insanlara və təşkilatlara daha çox nailiyyət qazanmaqda yardım göstərərək biz ölkə iqtisadiyyatına və cəmiyyətin inkişafına öz töhfəmizi verə biləcəyik”, - deyə Sərxan Həşimov bildirib.

İKT sahəsində 13 il bundan öncə əmək fəaliyyətinə başlayan Sərxan Həşimov HP, Oracle və SAP kimi beynəlxalq şirkətlərdə çalışaraq karyera qurmağı bacarıb.

O, iki il ərzində Oracle şirkətinin ən uğurlu əməkdaşlarından biri olub, SAP şirkətində isə o, 2015-ci ilin nəticələrinə əsasən, dünyanın ən yaxşı işçilərdən biri seçilib. Sərxan Həşimov irimiqyaslı layihələrin idarə edilməsi, konsaltinq xidmətlərinin təqdim olunması və biznesin inkişafı sahələrində geniş təcrübəyə, eyni zamanda, bulud texnologiyaları, mobil tətbiqlər və şirkətin resurslarının idarə edilməsi (ERP) sahələrində geniş biliyə malikdir.

Sərxan Həşimov evlidir, şahmatla məşğul olan 9 yaşında bir oğlu var.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sərxan Həşimov Azərbaycanı ABŞ-da təmsil edəcək

02-04-2018

Microsoft Azerbaijan-a yeni rəhbər təyin edilib

14-03-2016

Azərbaycanın dövlət qurumlarına Microsoft-un lisenziyaları paylanır

19-02-2019

Microsoft Bakıda ən yeni cihazlarını təqdim edib

30-10-2017

Microsoft yeni məhsullarını təqdim edir

30-11-2016

Microsoft Bakıda böyük tədbir keçirəcək

15-02-2018

Microsoft Azerbaijan şirkətinə yeni baş menecer təyin edilib

07-11-2019

Microsoft maliyyə rəhbərləri və HR- direktorları bir araya toplayıb

15-11-2016

“Microsoft texnologiyaları neft-qaz sahəsində çalışanlara kömək edir”

01-06-2017

Dövlət qurumlarına əlavə 20 min proqram təminatı lisenziyaları veriləcək

26-03-2019

İqtisadi İslahatların Təhlili Mərkəzi Microsoft Azərbaycan-la memorandum imzaladı-Foto

16-01-2017

Microsoft Azerbaijan dövlət başçısına məhsullarını təqdim edib

08-12-2017

İstək Liseyi Microsoft-un texnologiyasından istifadə edəcək

07-06-2017

Şamaxıda ilk dəfə DigiGirlz konfransı keçirilib

28-12-2018

Microsoft Gəncədə ilk dəfə qızlar üçün konfrans keçirib- Foto

17-05-2017

"SİMA" "E-taxes" portalına inteqrasiya edilə bilər

25-02-2022

Imagine Cup müsabiqəsinin qalibləri elan ediləcək

11-05-2018

Microsoft Azərbaycanla yeni əməkdaşlığa başladı

01-12-2016

Şamaxıda Kod saatı layihəsi təqdim edilib

28-12-2018

İslamiadada İT təminatına hansı şirkət cavabdeh olacaq?

04-05-2017

ADNSU Microsoft həllərindən istifadə edəcək

18-04-2018

Microsoft-un təşkilatçılığı ilə Kibertəhlükəsizlik həftəsi sona çatıb

19-03-2019

Nazirlik kiber hücumlara qarşı Microsoft-la birləşdi

02-04-2018

"Microsoft Azerbaijan" şirkətinə kimlər rəhbərlik edib?

17-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə