Previous Next
Bağla

İslamiadada İT təminatına hansı şirkət cavabdeh olacaq?

04-05-2017 16:11
 İslamiadada İT təminatına hansı şirkət cavabdeh olacaq?

Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının Əməmliyyat Komitəsi və Microsoft korporasiyası arasında tərəfdaşlığa dair saziş imzalanıb.

Xeberler.az-ın məlumatına görə, sənədi Bakı 2017 Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov və Microsoft Azerbaijan şirkətinin baş direktoru Sərxan Həşimov imzalayıblar.

Microsoft sözügedən yarışların rəsmi dəstəkçisi kimi “Bakı 2017 Skype Zonası” təşəbbüsünü həyata keçirmək məqsədilə texniki proqram təminatı, avadanlıq və brendinqin təminatına cavabdeh olacaq.

Bu maraqlı və yenilikçi təşəbbüs İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 57 üzv ölkəsindən olan medal qazanmış idmançıların öz uğurlarını dostları və ailələri ilə video-əlaqə yaradaraq qeyd etmələrinə imkan verəcək.

“Bakı 2017 Skype Zonası" idmançıların hər bir reaksiyasını üç kamera ilə qeydə alaraq tamaşaçılara Oyunların ən maraqlı həyat hekayələrini yaxından izləmək imkanı yaradacaq.

Söhbətlər veb-kamera, eləcə də laptop ekranının və idmançının kürəyinin arxasındakı kameralar vasitəsilə lentə alınacaq.

 Əvvəlcə 10 dəqiqə sürən videolar 90 saniyəlik kliplər şəklində montaj olunacaq və “Bakı 2017”nin sosial media kanalları (Facebook.com/baku2017; Twitter.com/Baku2017isg; Youtube.com/Baku2017) vasitəsilə onlayn rejimdə yayımlanacaq.

Bakı 2017 Əməliyyat Komitəsinin direktoru, Atletlər kəndinin meri və könüllülərin səfiri Elçin Səfərov Microsoft şirkəti ilə tərəfdaşlığı şərh edərək bildirib:

"Biz Microsoft kimi bütün dünyada tanınmış brendin Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi dəstəkçisi sırasında görməkdən məmnunuq.

"Bakı 2017 Skype Zonası” yeni üfüqlər açır və azarkeşlərə qazandıqları uğurun sevincini yaşayan və uğurlarını dostları və ailələri ilə birlikdə qeyd edən idmançıların hisslərini paylaşmaq kimi gözəl imkan yaradır".

Microsoft Azerbaijan şirkətinin baş direktoru Sərxan Həşimov əlavə edib: “İqtisadiyyatın qeyri-neft sektorunun, o cümlədən informasiya-kommunikasiyaları texnologiyalarının inkişafı Azərbaycan üçün prioritet sahələrdən biridir, milli iqtisadiyyatın modernləşdirilməsində informasiya texnologiyalarından istifadə isə böyük əhəmiyyət kəsb edir. Microsoft korporasiyası İslam Həmrəylik Oyunları kimi möhtəşəm idman tədbirinə dəstək göstərməkdən və sözügedən yarışların tərəfdaşı qismində çıxış etməkdən qürur duyur. Gələcəkdə də innovativ texnoloji yanaşmalarımızla dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsinə dəstək olmaq niyyətindəyik”.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İslam Oyunları ilə bağlı Skype-da yenilik

İslam Oyunları ilə bağlı Skype-da yenilik

12-05-2017
IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün məlumatı onlayn izləmək olar

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün məlumatı onlayn izləmək olar

14-04-2017
Nar Avropa çempionatının rəsmi tərəfdaşı seçildi

Nar Avropa çempionatının rəsmi tərəfdaşı seçildi

31-08-2017
IV İslam Həmrəyliyi Oyunları ərəfəsində bizi heç bir problem gözləmir

IV İslam Həmrəyliyi Oyunları ərəfəsində bizi heç bir problem gözləmir

08-10-2015
Əli Abbasov IV İslam Həmrəyliyi Oyunları ilə bağlı əmr imzaladı

Əli Abbasov IV İslam Həmrəyliyi Oyunları ilə bağlı əmr imzaladı

06-10-2015
İslam Oyunlarına həsr olunmuş poçt markaları-Foto

İslam Oyunlarına həsr olunmuş poçt markaları-Foto

12-05-2017
Avropa Oyunları Yaponiyanın İnternet televiziyasında

Avropa Oyunları Yaponiyanın İnternet televiziyasında

09-06-2015
Azərkosmos Bakı 2015-in rəsmi peyk yayım təchizatçısı oldu

Azərkosmos Bakı 2015-in rəsmi peyk yayım təchizatçısı oldu

16-04-2015
Microsoft Skype-ı neçə milyarda alır?

Microsoft Skype-ı neçə milyarda alır?

11-05-2011
Microsoft Azerbaijan  Skype-dakı problemi  araşdırır

Microsoft Azerbaijan Skype-dakı problemi araşdırır

21-09-2015
“Microsoft texnologiyaları neft-qaz sahəsində çalışanlara kömək edir”

“Microsoft texnologiyaları neft-qaz sahəsində çalışanlara kömək edir”

01-06-2017
6 min idmançının məlumatları  Bakı 2015-in rəsmi saytı və mobil tətbiqetməsinə əlavə edilib

6 min idmançının məlumatları Bakı 2015-in rəsmi saytı və mobil tətbiqetməsinə əlavə edilib

05-06-2015
İlk Avropa Oyunlarında Microsoft-un bulud texnologiyasından istifadə edilib

İlk Avropa Oyunlarında Microsoft-un bulud texnologiyasından istifadə edilib

10-02-2016
Atletlər kəndində yeni poçt şöbəsi istifadəyə verilir

Atletlər kəndində yeni poçt şöbəsi istifadəyə verilir

19-05-2015
İslam Oyunlarının kibertəhlükəsizliyi və İT təminatı necə qurulub?

İslam Oyunlarının kibertəhlükəsizliyi və İT təminatı necə qurulub?

16-05-2017
Azercell Uşaq Paralimpiya İdman Oyunlarına dəstək olub

Azercell Uşaq Paralimpiya İdman Oyunlarına dəstək olub

12-12-2017
Sərxan Həşimova Microsoft-da yeni vəzifə verildi

Sərxan Həşimova Microsoft-da yeni vəzifə verildi

28-11-2017
“Bakı 2015”-in Açılış mərasiminə biletlərin hamısı satılıb

“Bakı 2015”-in Açılış mərasiminə biletlərin hamısı satılıb

10-06-2015
“Microsoft World Championship Hackathon”u keçirilib

“Microsoft World Championship Hackathon”u keçirilib

23-05-2026
Microsoft Skype-ın London ofisini bağlayır-Video

Microsoft Skype-ın London ofisini bağlayır-Video

19-09-2016
"Skype" bu gündən fəaliyyətini dayandırıb

"Skype" bu gündən fəaliyyətini dayandırıb

05-05-2025
Azərbaycanda bu İT müsabiqəyə qeydiyyat başladı

Azərbaycanda bu İT müsabiqəyə qeydiyyat başladı

21-02-2018
Azercell “Ən yaxşı idman dəstəkçisi” nominasiyasında mükafatlandırılıb

Azercell “Ən yaxşı idman dəstəkçisi” nominasiyasında mükafatlandırılıb

27-12-2025
Microsoft Gəncədə ilk dəfə qızlar üçün konfrans keçirib- Foto

Microsoft Gəncədə ilk dəfə qızlar üçün konfrans keçirib- Foto

17-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə