Əmlak Məsələləri Dövlət Komitəsinin “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyasının əsas hədəfi vətəndaşlara ünvanlarda rahat, sürətli və keyfiyyətli xidmətlər göstərməkdir.
Xeberler.az bildirir ki, Abşeron rayonu üzrə müxtəlif yerlərdə reallaşan kampaniyanın mobil xidmətləri artıq paytaxtın kənd və qəsəbələrində keçirilir. Səyyar avtobusun bu həftəki dayanacağı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi olacaq. Kənd sakinləri 30-31 oktyabr tarixlərində saat 09:00-dan 17:00-a qədər bütün növ daşınmaz əmlakın qeydiyyat xidmətlərindən yararlana biləcək.
Sahil qəsəbəsi, Emin Quliyev küçəsi 12 ünvanında yerləşən səyyar ofisdə sakinlərə fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla
bağlı qeydiyyat xidmətləri göstəriləcək. İctimai əhəmiyyətli kampaniya sayəsində bütün xidmətlər ərazi idarələrindəki kimi göstərilir. Sosial aksiyaya yeniliklərin cəlb olunması ilə artıq daha çox vətəndaşın xidmətlərdən istifadəsi təmin olunur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri