SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə xidmətlərini rəqəmsallaşdıran qurumların sayı 100-ə çatıb. Rəqəmsal imzanın 100-cü tərəfdaşı “Azerconnect” şirkəti olub.
2022-ci ildə istifadəyə verilmiş “SİMA İmza” bu günədək bir çox dövlət və özəl qurumların etibar etdiyi rəqəmsal platformaya çevrilərək vergi, gömrük, ədliyyə, təhsil, səhiyyə, bank, sığorta, onlayn ticarət və s. kimi sahələrdə tətbiq edilməyə başlanılıb. SİMA rəqəmsal imza sayəsində vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulub, xidmət göstərənlərin iş yükü və xərcləri azalıb. Hazırda “SİMA İmza”dan Azərbaycan vətəndaşları, Azərbaycanda qanuni əsasla yaşayan əcnəbilər, fərdi sahibkarlar, hüquqi şəxslər və dövlət qurumları istifadə edə bilirlər. İmzanı əldə etmək üçün hər hansı fiziki daşıyıcıya və ya xidmət məntəqəsinə getməyə ehtiyac yoxdur. Sadəcə mobil tətbiqi yükləyib qeydiyyatdan keçmək kifayətdir.
Qeyd edək ki, “SİMA İmza” tətbiqinin yüklənilmə sayı 5.5 milyonu ötüb. SİMA İmza ilə 1000-dən çox elektron xidmətə əlçatanlıq təmin edilib. Yeni nəsil rəqəmsal imza haqqında daha ətraflı məlumatı sima.az saytından və “157” Çağrı Mərkəzi vasitəsilə əldə etmək olar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları