SİMA Rəqəmsal Həllər Platformasının məhsulları “Yelo Bank”ın 3 müxtəlif xidmətinəinteqrasiya edilib. Bunlar məsafədən bank hesabının açılması, onlayn investisiya və rəqəmsal kart sifarişi xidmətləridir.
İndi fərdi sahibkarlar SİMA-nın “KYC Videozəng” həlli vasitəsilə “Yelo Business” tətbiqində məsafədən bank hesabı aça bilərlər. Xidmət tamamilə ödənişsizdir və 5 dəqiqədən az vaxt tələb edir. Yeni istifadəçilər üçün tətbiqdə sənədlərin “SİMA İmza” ilə imzalanması və “SİMA KYC Videozəng” vasitəsilə identifikasiya edilməsi kifayətdir.
Bankın cari müştəriləri isə xidmətdən videozəng çağrısı olmadan, sadəcə “SİMA İmza” vasitəsilə yararlana bilərlər.
“Yelo Bank”da SİMA rəqəmsal imza ilə həyata keçirilən daha bir xidmət isə yeni rəqəmsal kartın əldə edilməsidir. Artıq Bankın tətbiqində “Yelo” rəqəmsal kartını “SİMA İmza” ilə anında aktivləşdirərək, filiala getmədən dərhal istifadə etmək mümkündür.
SİMA haqqında
SİMA Rəqəmsal Həllər Platforması AZCON Holding şirkətlərindən olan AzInTelecom tərəfindən yaradılıb. Platformaya daxil olan SİMA rəqəmsal imzanı əldə etmək üçün xidmət məntəqəsinə getməyə və ya fiziki daşıyıcıya ehtiyac yoxdur. Olduğunuz yerdən “SİMA İmza” mobil tətbiqini smartfona yükləyib bir dəfə qeydiyyatdan keçmək kifayətdir.
“SİMA KYC” isə real vaxt rejimində şəxsin identifikasiyasını aparmaq imkanı verən rəqəmsal həlldir. “SİMA KYC” şəxsiyyətin təsdiqlənməsi üçün lazım olan bütün proseslərdə istifadə oluna bilər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları