Previous Next
Bağla

Şirkətlərə pulsuz zəng etmək imkanı daha rahat oldu

21-08-2020 10:59
Şirkətlərə pulsuz zəng etmək imkanı daha rahat oldu

Ölkənin IKT sahəsində innovativ həllərlə daim fərqlənən Azerizone və Avirtel yerli və beynəlxalq şirkətlərə daha səmərəli İKT xidmətlərin göstərilməsi məqsədilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Xeberler.az bildirir ki, imzalanmış memorandum çərçivəsində Azerizone şirkətinin VirtualATS və Avirtel şirkətinin Toll-Free pulsuz zəng xidmətinin əlverişli şərtlərlə korporativ müştərilərə təqdim edilməsi üzrə birgə fəaliyyətin qurulması nəzərdə tutulur.

Artıq ilk kampaniya çərçivəsində, VirtualATS istifadəçiləri 088 prefiksli Toll-Free nömrələrini daha əlverişli şərtlərlə əldə edə bilərlər. Belə ki, cari ilin 20 avqust - 10 dekabr tarixləri arasında VirtualATS xidmətindən yararlanan müştərilər Toll-Free nömrələrin əldə edilməsi zamanı Avirtel’dən  50% endirim əldə edəcəklər.

Virtualats.az bulud texnologiyaları vasitəsilə kiçik və orta həcmli şirkətlərə İP Telefoniya imkanlarından yararlanmaq üçün proqram təminatı təqdim edir. Bu xidmət vasitəsilə cüzi xərclə müasir telefoniya şəbəkəsi quraraq, daxili və xarici kommunikasiyaları rahat idarə etmək və keyfiyyətini artırmaq mümkündür.

Xidmət çərçivəsində şirkətlər İP Telefoniya texnologiyasının bütün imkanlarından (IVR, ağıllı menu, danışıqların qeydə alınması, növbə sistemi, kənar proqram təminatları ilə inteqrasiya və s.) istifadə etmək imkanı əldə edir. 2017-ci ildən Azerizone MMC tərəfindən ilk təqdim edilən xidmət hazırda 100-dən artıq şirkətin zənglərinin idarə edilməsində istifadə edilir. Azerizone MMC sistem inteqrasiyası, informasiya texnologiyalarına aid avadanlıqların təchizatı, hostinq, proqram təminatının hazırlanması sahəsində fəaliyyət göstərir.

Avirtel şirkəti, Qərb ölkələrində qlobal brendlər tərəfindən uğurla istifadə edilən Toll-Free nömrələrin Azərbaycan üzrə təminatçısıdır. Toll-Free nömrəyə edilən zənglər üçün ödənişi zəngi qəbul edən tərəf həyata keçirir. Zəng edən üçün heç bir xərc nəzərdə tutulmur. 088 prefiksi ilə başlayan bu nömrələrlə həm şəhər, həm də mobil telefonlardan, hətta zəng edənin balansı 0 və ya mənfi olduqda belə əlaqə yaratmaq mümkündür ki, bu da brendə qarşı rəğbət yaratmaqla ona əvəzsiz üstünlük verir.

Avirtel’in beynəlxalq Toll-Free xidməti ilə şirkətin hansı ölkədə yerləşməsindən aslı olmayaraq, Azərbaycandakı müştəriləri onunla pulsuz əlaqə yarada bilərlər.  Bu xidmətin tətbiqi ilə xarici şikrətlər Azərbaycanda ofis qurmaq, əlaqə mərkəzi yaratmaq kimi xərclərdən azad olmaqla yanaşı, öz müştəriləri üçün pulsuz zəng xidmətini təmin edirlər. Beynəlxalq müştərilərimiz arasında Samsung, Philips, ABŞ viza məsləhətləri xidməti, Dell, İBM kimi şirkətlər mövcuddur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda yeni pulsuz rabitə xidməti-Toll Free

05-02-2016

«AvirTel» Yeni il kampaniyasına start verib

11-12-2009

“CityNet" yeni sərfəli tarifini təqdim edir

02-03-2022

AvirTel Dial Up qoşulma üçün yeni nömrə istifadəyə verdi.

30-12-2008

“Daşınan şəhər telefon xidməti” ilə 856 telefon çəkilib

20-08-2015

İnternetin ən təhlükəli kəlmələri

27-12-2010

“AvirTel” şirkətindən “İnternet Sizə Qurban”

30-11-2009

“Bakcell”dən “Pulsuz zəng” adlı yeni məhsul

16-09-2021

İnternetin ən təhlükəli kəlmələri hansılardı?

18-12-2010

Alış-veriş zamanı səslə ödəniş imkanı yaradılıb

04-03-2016

Bakcell-dən xüsusi smartfon kampaniyası

26-01-2018

AzerTelecom şirkətindən SİP telefoniya xidməti

28-09-2018

Nar korporativ müştərilər üçün yeni imkanlar açır

31-08-2018

Tax Free ilə bağlı internet saytı istifadəyə verildi

06-10-2016

Mənim Bakcellim mobil applikasiyasında yenilik

29-11-2018

“Nar”dan yeni xidmət: “İmzalı zəng”

12-05-2023

Bakcell abunəçilərinə bayram sovqatı

11-03-2019

Kaspersky-dən pulsuz antivirus

26-07-2017

Nar korporativ müştərilərinə xüsusi təkliflər təqdim edir

02-11-2018

MyDutyFree Azərbaycan bazarına daxil olub

17-01-2017

Ev telefonları dünyanın hər yerinə daşınacaq-Yenilik

11-09-2015

Avirtel abunəçilərinə internet xərclərini azaltmağa yardım edəcək

20-02-2016

Bakcell-dən yeni xidmət

27-04-2018

AvirTel ADSL qiymətlərində yenidən endirim edib

05-02-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə