Previous Next
Bağla

Tax Free ilə bağlı internet saytı istifadəyə verildi

06-10-2016 11:45
Tax Free ilə bağlı internet saytı istifadəyə verildi

Tapşırıqların icrasının təmin edilməsi məqsədi ilə Vergilər Nazirliyinin müvafiq əmri ilə Tax Free sisteminin bütün zəruri məlumatlarını özündə əks etdirən və domen adı www.taxfree.az olan internet saytı yaradılıb. www.taxfree.az saytına keçid Vergilər Nazirliyinin www.taxes.gov.az və www.e-taxes.gov.az internet saytlarında və sosial şəbəkələrdəki rəsmi səhifələrdə yerləşdirilib.

Xeberler.az-ın məlumatına görə, Azərbaycanda Tax Free  sistemi haqqında bütün zəruri məlumatları özündə əks etdirən www.taxfree.az internet səhifəsi Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir. Bu resurs vasitəsi ilə istifadəçilər ilk öncə Azərbaycan Respublikası haqqında, o cümlədən ölkəyə gəlmək istəyən əcnəbi vətəndaşlar onlara gərəkli olan bütün məlumatlarla (məsələn, elektron turist vizaları barədə) tanış olma imkanı əldə edə bilərlər.

Səhifədə Tax Free sisteminin Azərbaycandakı özəllikləri barədə, bu sistemi tənzimləyən qanunvericilik aktları, normativ sənədlər barədə hər üç dildə ətraflı məlumat almaq mümkündür. İstifadəçi rahatlığını təmin etmək üçün alıcı və satıcılara aid xüsusi bölmələr yaradılib. Belə ki, Tax Free sistemindən yararlanmaq istəyən alıcılar ƏDV-nin qaytarılması şamil olunmayan mallar, Tax Free stikeri olan mağazalarda malların satışının rəsmiləşdirilməsi, ƏDV-nin geri qaytarılması, habelə Tax Free sisteminə qoşulmuş ticarət obyektləri barədə məlumatlana bilərlər.

Tax Free sistemini öz ticarət obyektlərində tətbiq edən satıcılar isə bu sistemə qoşulmaq üçün zəruri olan tələblər, qeydiyyat və qeydiyyatın ləğv olunma prosesi, öz mağazalarında malların satışının rəsmiləşdirilməsi, habelə Vergilər Nazirliyinin İnternet vergi idarəsi portalındakı Tax Free bölməsindən istifadə təlimatı ilə tanış ola bilərlər.

Səhifədə həm də ölkə üzrə Tax Free sisteminə qoşulmuş bütün ticarət obyektləri barədə məlumatla (obyektin adı, yerləşmə ünvanı) ətraflı tanış olmaq mümkündür.

ƏDV-nin qaytarılması, o cümlədən ölkə ərazisindəki hava limanlarında Tax Free məntəqələri barədə ətraflı məlumatlar isə “TAX REFUND” bölməsində yer alır.

Bundan başqa səhifədə əks-əlaqə yaratmaq imkanları da təqdim olunur ki, bunlar Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1), Vergi ödəyicilərinə xidmət mərkəzləri barədə məlumatlar və nazirliyin rəsmi səhifəsindəki sual-cavab bölməsi vasitəsilə yaradılmış imkanları özündə cəmləşdirir.

Alıcıların rahatlığını təmin etmək üçün daha bir imkan – “Tax Free Kalkulyatoru” da hazırlanaraq istifadəyə verilib.

Qeyd edək ki, taxfree.az səhifəsindən başqa Azərbaycanda Tax Free sistemi barədə lazımlı məlumatları istifadəçilər həm Facebook, həm də Twitter sosial şəbəkələrində yaradılmış rəsmi səhifələrdən də ala bilərlər.

 

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan rəqəmsal ticarətdə vergiqoymanı dəyişəcək

10-08-2016

Ticarət festivallarında ƏDV hansı qaydada qaytarılacaq?-Müsahibə

29-03-2017

Azərbaycanda yeni pulsuz rabitə xidməti-Toll Free

05-02-2016

Nar-dan yeni mobil tətbiq

17-10-2017

Alış-veriş zamanı səslə ödəniş imkanı yaradılıb

04-03-2016

İnternetin ən təhlükəli kəlmələri hansılardı?

18-12-2010

İnternetin ən təhlükəli kəlmələri

27-12-2010

"iPAD"– ə "skype" necə yükləməli?

04-05-2011

MyDutyFree Azərbaycan bazarına daxil olub

17-01-2017

Şirkətlərə pulsuz zəng etmək imkanı daha rahat oldu

21-08-2020

“İçəri Şəhər”in rəsmi saytı istifadəyə verilib

29-12-2009

ASAN xidmət-in saytı yeniləndi

25-07-2017

Vergilər qəzetinin yenilənmiş saytı fəaliyyətə başladı

10-01-2019

Vergilər Nazirliyindən daha bir elektron xidmət

10-02-2017

Vergilər Nazirliyi artıq Instagram-da

08-02-2017

Vergilər Nazirliyinin yenilənmiş internet saytı istifadəyə verilib

25-09-2019

“ASAN İmza”sı olan vergi ödəyicilərinin nəzərinə

28-10-2016

Vergi borcu barədə məlumatı daha tez necə əldə edək?

24-04-2017

Yeni mənzillərdən ƏDV qazancı əldə etmək üçün rahat imkan!

30-10-2024

Vergi borclarını onlayn necə ödəyək?

16-01-2018

Vergilər Nazirliyi bu il nə edəcək?

24-06-2011

Vergilər Nazirliyinin saytı yenilənib

22-08-2015

Artıq ödənilmiş vergilərin qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb

11-01-2019

İnternet ticarətə vergi qoyulacaq

05-07-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə