Previous Next
Bağla

Ev telefonları dünyanın hər yerinə daşınacaq-Yenilik

11-09-2015 11:03
 Ev telefonları dünyanın hər yerinə daşınacaq-Yenilik

Aztelekom MMC-də yeni Aztelphone xidmətinin təqdimatı keçirilib.

MMC-dən Xeberler.az-a verilən məlumata görə, təqdimatı giriş sözü ilə açan Aztelekom MMC-nin Baş direktoru Məhəmməd Məmmədov bildirib ki, Aztelekom MMC stasionar rabitə tarixində bir ilkə imza atıb.  Belə ki, yeni yaradılan və analoqu olmayan Aztelphone  xidməti vasitəsilə Bakı şəhəri və regionlar üzrə abunəçilər stasionar telefon nömrələrini xaricə daşıya biləcəklər.

İKTŞ-nin müdiri Ədalət Abbasova isə bildirib ki, Azərbaycan vətəndaşları xaricə gedərkən, rabitədən istifadə etmək üçün məcburdurlar ki, rouminq xidmətinə keçsinlər:

“ Bu da abunəçilərə əlavə xərclər bahasına başa gəlir. Bu xidmətin yaradılmasında da əsas məqsəd xaricdə olarkən abunəçilərin az pulla çox danışmasını təmin etməkdir”.

Şöbə müdiri bildirib ki, Aztelphone xidmətinin özəlliyi ondadır ki, istifadəçi xüsusi proqramla ev və ya xidməti telefon nömrəsini istənilən internet işlədicisinə (smartfon mobil telefonuna, kompüterə, planşetə və s.) yükləməklə,  daşınan telefon nömrəsində "zənglərin şərtsiz yönləndirməsi" servisini aktivləşdirib istər respublika daxilində, istərsə də xarici ölkədə  internet şəbəkəsi olan hər hansı ərazidə daxil olan zəngləri qəbul etmək və yaxud bu nömrədən istənilən istiqamətlərə zəng etmək imkanına malik olur. Bu zaman lokal şəbəkədəki mənzil və ya xidməti telefonlarında olduğu kimi, daşınan nömrədə də  istifadə qaydaları və danışıq tarifləri dəyişməz qalır.
 
Mobil operatorların "Rouminq" xidmətindən fərqli olaraq "Aztelphone" xidmətindən xarici ölkələrdə istifadə zamanı hər hansı "Rouminq" və yaxud da bu xarakterli müqavilələrə ehtiyac yoxdur, yəni xidmət ödənişsizdir. Sadəcə, daşınan (məsələn, 346 xxxx nömrəsi) sabit şəbəkə nömrəsinin yerləşdiyi məkanda  internet şəbəkəsinin olması kifayət edir ki, xidmət aktivləşsin. Təbii ki, mehmanxana və s. yerlərdə də internet xidməti pulsuz olduğundan  əlavə internet haqqının da ödənilməsinə ehtiyac qalmır.

Xidmətə qoşulmaq istəyən abunəçilər telekommunikasiya qovşaqlarına müraciət edə bilərlər. Bunun üçün abunəçiyə login və parol verilir. Daha sonra isə abunəçi ona məxsus stasionar telefon nömrəsini bu xidmət üçün ayrılmış nömrəyə yönəltməlidir. Bu əməliyyatdan sonra abunəçinin ev nömrəsi onun mobil qurğusuna (smartfon, planşet və ya kompüter) yazılan Aztelphone proqramı vasitəsilə daşınır".

Şöbə müdiri onu da əlavə edib ki, abunəçi ölkə xaricində və  respublikanın istənilən bölgəsində olduqda da ona edilən zənglər və onun istənilən nömrəyə, o cümlədən mobil telefona etdiyi zənglər  indiyədək tətbiq edilən mövcud  tariflərə uyğun hesablanır. Bu xidmət çərçivəsində Bakı telefon abunəçiləri paytaxtın ev telefon abunəçiləri ilə istənilən qədər pulsuz danışa bilərlər. Eyni zamanda, Bakı telefon qovşaqlarının abunəçilərinin də ona etdiyi zənglər pulsuz olacaq. Həmin abunəçi rayon telefon abunəçisinə zəng etdikdə isə bir dəqiqəsi 5 qəpikdən ödəniş edəcək. Əgər telefonu Aztelphone xidmətinə yönləndirən abunəçi xaricdədirsə, onun rayonundan olan abunəçinin etdiyi zənglər də pulsuz olacaq.

Xatırladaq ki, bu xidmətə bütün  sabit telefon şəbəkə abunəçiləri qoşula biləcək və xidmətdən bütün növ smartfon istifadəçiləri də yararlanacaqlar.

Xidmətin aylıq abunə haqqı isə 20 manatdır.

Daha ətraflı məlumat almaq 344 00 00 (daxili 305 və ya 280)-ə üçün zəng edə bilərsiniz.

 Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bütün abunəçilər üçün Aztelphone xidməti istifadəyə verildi

28-08-2015

“Aztelphone xidmətindən xarici ölkələrdə istifadə ödənişsizdir”

21-09-2015

“Daşınan şəhər telefon xidməti” ilə 856 telefon çəkilib

20-08-2015

İnternet üzərindən səsli rabitə xidməti işə salınır

01-09-2015

Rayonda yaşayanlar Bakıdakı yaxınları ilə limitsiz danışa bilər

18-02-2016

Daşınan şəhər telefon xidməti istifadəyə verildi

02-03-2015

Azercell-dən rominqdə olan abunəçilərinə müjdə

18-03-2015

Bakcell-dən endirim kampaniyası

19-08-2015

iPhone əldə etmək üçün əla fürsət- Kampaniya

10-03-2016

Telefon borcu olanların nəzərinə

24-11-2017

Daha iki provayderin ödənişini MilliÖN-də həyata keçirmək olar

26-04-2016

Azercell-dən rominqdə olanlar üçün endirimli mobil internet

05-06-2015

Nar istifadəçiləri pulsuz ünsiyyət imkanı əldə edir

29-10-2015

Azercell yeni xidmət istifadəyə verdi

13-02-2017

Azercell-dən pulsuz smartfon-Kampaniya

21-06-2017

“Pulsuz 5 saat qazan” kampaniyasının vaxtı uzadıldı

06-04-2015

Əliyev soyadı daşıyan abunəçilər daha çoxdur

26-01-2015

“Bakcell” Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi  

04-07-2024

Aztelekom “Daşınan şəhər telefon xidmətini” rayonlara daşıyır

24-07-2015

Ev telefonlarından smartfonlara sms göndərmək mümkündür

18-05-2015

Bakcell abunəçiləri “Vətəndaş” tipli “Asan İmza” xidmətindən pulsuz istifadə edəcək

02-07-2021

Nar yenilənmiş “Ailəm” paketini təqdim etdi

18-08-2016

“Nar”dan sərfəli rouminq - Pulsuz WhatsApp yazışma

15-08-2023

Hər gün milyonlarla mahnı telefonunuzda

22-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə