Previous Next
Bağla

Azərbaycanda yeni pulsuz rabitə xidməti-Toll Free

05-02-2016 13:30
Azərbaycanda yeni pulsuz rabitə xidməti-Toll Free

Avropa və Amerikada  uğurlu biznes fəaliyyətində  əsas amillərindən  biri Toll Free nömrələridir.  Belə ki, bu xidmət  müştəri xidmətləri və telemarketinq zamanı geniş istifadə olunur. Toll Free xidməti potensial müştərilərə pulsuz və daha rahat yolla  şirkətlər yaratmağa imkan verir.

Toll Free nədir?

Toll Free 088 prefiksi ilə başlayan danışıq xidmətidir. Toll Free xidməti zəng edənə biznes və ya şəxsi nömrələrlə pulsuz əlaqə yaratmaq imkanı verir. Danışıq müddəti üçün ödəmə zəng edən tərəfindən deyil, zəngi qəbul edən Toll Free abunəçi tərəfindən ödənilir. Toll Free nömrə birbaşa olaraq sizin biznes və ya şəxsi nömrənizə yönləndirilə bilər.

Qeyd edək ki, dünyada geniş istifadə olunan bu yeni xidməti AvirTel şirkəti Azərbaycana gətirib.  Belə ki, AvirTel uzunmüddətli fəaliyyəti müddətində Azərbaycanın bütün sabit və GSM şəbəkə operatorları ilə əməkdaşlıq quraraq Toll Free xidmətini şəbəkələrdə tanıdır.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, AvirTel artıq bu xidmətin ölkəmizdə geniş istifadə olunması istiqamətində işlərə başlayıb.

Şirkətdən  bildiriblər ki, Toll Free  xidmətinin ölkədə daha geniş və rahat istifadəsi üçün tariflərə yenidən baxılır və yeni formatlı sayt da yaradılır.

Toll Free necə işləyir?

Toll Free xidməti ilə  telefonlarda  zəngləri qəbul edirsiniz.  Bu zaman daxil olan zənglər zəng edən üçün pulsuz olacaq. Siz hər zamankı kimi zəngi qəbul edirsiniz. Hər  hansı bir proqramlaşdırma və yaxud quraşdırmaya ehtiyac yoxdur.

Toll Free-də nömrəni necə seçirsiniz?

Biznesinizin marketinq və reklamı məqsədilə 088 prefiksi və şirkət adından ibarət olan nömrə seçmə imkanınız olur.  Hətta  bu, ünvanınızı dəyişdikdə belə sabit qalacaq nomrədir. Bu o deməkdir ki,  siz mövcud və potensial müştərilərinizi ünvan dəyişməyə görə itirməyəcəksiniz.

 Xidmətin istifadə sahələri

Toll Free  xidməti sifariş, yardım, sorğu və ya texniki dəstək xidməti, qaynar xətt, məlumat prosessinq mərkəzləri, yaxud regional nümayəndəliklərin işinə nəzarət məqsədilə istifadə oluna bilər. Bu xidmət həmçinin Avropanın bank və sığorta sektorunda, o cümlədən səhiyyə və sosial layihələr üçün  geniş istifadə edilir.

Toll Free nömrəni haradan əldə etmək olar?

AvirTel MMC Azərbaycanda yeganə toll free xidmət operatorudur. Toll Free xidmətinə qoşulmaq  üçün xidmət haqqında daha ətraflı informasiya almaq və 088 prefiksi ilə Toll Free nömrə əldə etmək üçün AvirTel şirkətinə müraciət etmək lazımdır.

Məltəm Talıbzadə 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Şirkətlərə pulsuz zəng etmək imkanı daha rahat oldu

21-08-2020

İnternetin ən təhlükəli kəlmələri

27-12-2010

Alış-veriş zamanı səslə ödəniş imkanı yaradılıb

04-03-2016

İnternetin ən təhlükəli kəlmələri hansılardı?

18-12-2010

Azercell zorakılıqla üzləşən uşaqların sayını açıqladı

24-01-2018

Tax Free ilə bağlı internet saytı istifadəyə verildi

06-10-2016

"iPAD"– ə "skype" necə yükləməli?

04-05-2011

MyDutyFree Azərbaycan bazarına daxil olub

17-01-2017

Kaspersky-dən pulsuz antivirus

26-07-2017

Azərbaycan rəqəmsal ticarətdə vergiqoymanı dəyişəcək

10-08-2016

“Daşınan şəhər telefon xidməti” ilə 856 telefon çəkilib

20-08-2015

Ən yaxşı antivirus proqramları

28-04-2015

«AvirTel» Yeni il kampaniyasına start verib

11-12-2009

Data Mərkəzin fəaliyyətində Macarıstanla əməkdaşlıq edəcəyik

04-12-2015

Qatarlarda ödənişsiz “Wi-Fi” xidmətinin tətbiqinə başlanılır

29-10-2024

İlin ən yaxşı mobil tətbiqləri məlum olub

30-11-2021

“Kaspersky” yayın sonuna kimi kiçik sahibkarlar üçün ödənişsiz olacaq

21-04-2020

DutyFree mağazalarında yeniliklər-Video

21-07-2017

Diqqət! Bakcell-dən pulsuz Facebook xidməti

01-03-2011

Azercell-dən daha bir uğur

25-12-2015

ETX: “Google Chrome” brauzerində kritik boşluq aşkarlanıb

10-02-2025

“AvirTel” şirkətindən “İnternet Sizə Qurban”

30-11-2009

İstənməyən zəng və mesajların qarşısını almaq üçün 10 proqram

02-06-2015

Kanadadan Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat

10-01-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə